Məhkəmə qərarları › İş №2(110)-724/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-724/2023

19.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-724/2023 19.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum həyat yoldaşı X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi sabiq həyat yoldaşı mərhum X10 ilə 1975-ci ildə ailə qurduqlarını, Mübarizin xx.xx.2019-cu il tarixində vəfat etdiyini, onun mülkiyyətində olan Şərur rayon Çomaxtur kəndində yerləşən MH seriyalı 69586 nömrəli çıxarışla 0,0999 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi və MH seriyalı ******* nömrəli çıxarışla 0,34 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi miras qaldığını, mərhum X10 ilə 1975-ci ildən o vəfat edən günədək bir ailədə yaşayaraq təsərrüfatı birgə idarə etdiklərini, X4 vərəsələrinin Ərizəçi, X11, X12, X8 və X3 olduğunu, həmin miras əmlakları ərinin vəfatından sonra mübahisəsiz olaraq qəbul etdiyini, digər vərəsələrin mirasdan imtina etdiklərini, maddi imkanının aşağı olması səbəbindən müvafiq rəsmiləşdirmə apararaq miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyini, ərindən miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, lakin Notariat Ofisinin xx.xx.2023-cü il tarixli 47 nömrəli məktubunda mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun tərəfindən mirasın qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləciyini, ona görə də, məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İş üzrə zərurət yarandığından Şərur rayon Çərçiboğan kənd sakini X9 maraqlı şəxs qismində prosesə cəlb olunmuşdur. X5 telefonoqram göndərilən zaman məhkəmə iclası barədə məlumatının olduğunu, hazırda Türkiyə Respublikasında yaşadığını, mirasın anası tərəfindən qəbul edilməsinə etirazının olmadığını bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, ərinin vəfatından sonra həmin torpaqları onun istifadə etdiyini, mirasla bağlı mübahisə olmadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə baxış iclasına heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X14 ifadəsində və verilən suallara cavabında Xatın ilə qonşu olduqlarını, Mübariz vəfat etdikdən sonra Xatının həmin evdə tək yaşadığını, Mübarizin torpaq sahələri olduğunu, Xatının həmin torpaq sahələrini qaynı oğlu Elşənə icarəyə verdiyini, vərəsələr arasında mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X15 ifadəsində və verilən suallara cavabında Xatın ilə qonşu olduğunu, Xatının Mübariz ilə bir evdə yaşadıqlarını, Mübarizdən torpaq sahələri miras qaldığını, Xatının həmin torpaq sahələrini satmaq istədiyini, torpaq sahələrini qaynı oğlu Elşənə icarəyə verdiyini, Elşənin icarə haqqını Xatına ödədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 748307 nömrəli çıxarışından görünür görünür ki, X10 ilə Ərizəçi xx.xx.1975ci il tarixdə nikaha daxil olaraq evlənmişlər. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İ № 748307 nömrəli çıxarışından görünür ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. İş materiallarında olan MH seriya ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şərur rayon Çomaxtur kəndində 0.0999 ha torpaq sahəsi (********** reyester nömrəli) mülkiyyət hüququ əsasında X7 və ailə üzvlərinə məxsusdur. İş materiallarında olan MH seriya ******* nömrəli Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyesterindən çıxarışdan görünür ki, Şərur rayon Çomaxtur kəndində 0.34 ha torpaq sahəsi (**********35 reyester nömrəli) mülkiyyət hüququ əsasında X7 və ailə üzvlərinə məxsusdur. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyəti Çomaxtur kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli 664 nömrəli arayışından görünür ki, X4 vərəsələri Ərizəçi, X11, X12, X8 və X1r. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 47 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X10 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun vərəsələri Ərizəçi, X11, X12, X8 və X3, X6r. Digər vərəsələrin mirasın ərizəçi tərəfindən qəbul olunmasına etirazı yoxdur. Ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X2 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X2 miras qalan torpaq sahələrini həmin şəxsin vəfatından sonra Ərizəçi qəbul edərək istifadə etmişdir. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X2 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar