Məhkəmə qərarları › İş №2(110)-740/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-740/2023

12.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-740/2023 12.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1nə qarşı mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X5 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi bacısı X7 xx.xx.2021-ci il tarixdə vəfat etdiyini, ondan ünvan 1 fərdi yaşayış evinin miras qaldığını, bacısının övladı olmadığını, onun əri X24 xx.xx.2020-ci il tarixdə, atası X6 xx.xx.1989-cu il tarixdə, anası X15 xx.xx.2001-ci il tarixdə vəfat etdiklərini, bacısının adına olan həmin evdə 1995-ci ildən yaşadıqlarını, qardaşları Mahir, Eldar, bacılarından Kəklik və Mənzərin onun xeyrinə mirasdan imtina etdiklərini, lakin bacısı Lətifənin isə səhhəti ilə əlaqədar imtina etmədiyini, miras qalmış əmlaka vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur Rayon 2 saylı Dövlət Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisi vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasının onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini bildirmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini və əlavə olaraq atasının həmin evi 1995-ci ildə aldığını, işi ilə əlaqədar olaraq onu bacısının adına rəsmiləşdirdiyini, həmin vaxtdan 2013-cü ilə qədər o evdə yaşadıqlarını, sonra başqa yerə köçdüklərini, lakin evin açarlarının onlarda olduğunu, evə sahiblik etdiklərini, bibisinin 2021-ci il tarixdə, onun yoldaşının isə 2020-ci il tarixdə vəfat etdiklərini, bibisinin uşağı olmadığını bildirərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlərə isə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən gəlməmişdirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehlərə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X25 ifadəsində və verilən suallara cavabında Orxan ilə əvvəlki yaşadıqları binadan qonşu olduqlarını, həmin evdə İbrahim müəllim və onun ailəsinin 2010-cu illə qədər yaşadıqlarını xatırladığını, hal-hazırda həmin evin boş olduğunu, İbrahim müəllim və onun ailəsinin evə nəzarət etdiyini, orada başqa adam görmədiyini bildirdi. Məhkəmə iclasında iştirak edən şahid X10 ifadəsində və verilən suallara cavabında iddiaçı ilə əvvəl qaldıqları binada qonşu olduqlarını, həmin evdə İbrahim müəllim, onun yoldaşı Ziba, qızı Aygün və Orxan yaşadıqlarını, sonra onların başqa evə köçdüklərini, hal-hazırda həmin evin boş olduğunu, İbrahim müəllimin ailəsini evə gəlib-getdiklərini gördüyünü, Tovuz adlı şəxsi həmin evdə görmədiyini bildirdi. Yazılı sübutlar: İş materiallarında olan Sumqayıt şəhər Qeydiyyat Şöbəsi və Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli AZ-İİ № 115139 nömrəli və xx.xx.2022-ci il tarixli AZ-İİ № 235566 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X31 xx.xx.2020-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon VVAQ Şöbəsi tərəfindən verilmiş xx.xx.2000-ci il tarixli, Vİİ-ЖГ № 355468 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X31 ilə X16 xx.xx.2000-ci il tarixdə nikaha daxil olmuşdur. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və X28 Şəxsin xx.xx.2022-ci il tarixli , ********** nömrəli çıxarışından görünür ki, ünvan 1 ünvanı mülkiyyət hüququ əsasında X9 məxsusdur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli Az-İ № 080144 nömrəli və Az-İİİ № 430781 nömrəli ölüm akt qeydi üzrə çıxarışlardan görünür ki, X6 xx.xx.1989-cu il tarixdə, anası X15 xx.xx.2001-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 4 saylı Mənzil-Kommunal sahəsinin xx.xx.2023-cü il tarixli 124 nömrəli ailə tərkibi haqqında arayışından görünür ki, X31 1991ci ildən həmin ünvanda yaşayıb və xx.xx.2020-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Aşağı Aralıq Kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 12 nömrəli arayışdan görünür ki, X4 vərəsələri olaraq X16, X18, Cavabdeh2, X19, İddiaçı, X11 və X12 qeydə alınmışdır. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, X16 vəfat edəndən sonra onun varisi İddiaçı mirasın qəbul olunması ilə bağlı notariat orqanına ərizə ilə müraciət etmişdir. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Kontorunun xx.xx.2023-cü il tarixli 37 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Elektrik Şəbəkəsi tərəfindən verilmiş xx.xx.2023cü il tarixli 515 nömrəli arayışdan görünür ki, 2022-ci ilin iyul ayında enerji pulu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X11 və X1 Eldar İsmayıl oğlu, X2 Tovuz İsmayıl qızından qalan miras əmlakdan imtina etmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, iddiaçının nümayəndəsinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X3 Asif Əli oğlu xx.xx.2000-ci il tarixdə nikaha daxil olublar. Birgə nikahdan uşaqları doğulmamışdır. X31 xx.xx.2020-ci il tarixdə, X16 xx.xx.2021-ci il tarixdə ölmüşdür. X7 vərəsələri X18,Cavabdeh2, X19, İddiaçı, X11 və X8r. Onun vərəsəsi olan qardaşı İddiaçın mirası faktiki olaraq qəbul etmiş və kommunal ödənişlər etmişdir. Lakin mirasın qəbulu ilə bağlı notariat orqanına qanunla müəyyən olunmuş müddət ərzində müraciət etməmişdir. Şərur Rayon 2 Saylı Notariat Kontoru şəxs tərəfindən mirasın qəbul edilməsi ilə bağlı müəyyənləşdirilmiş müddəti buraxdığından xx.xx.2023-cü tarixli, 37 nömrəli qərarı ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, iddiaçı tərəfindən miras faktiki qəbul edilmişdi. Cavabdeh2 başqa digər vərəsələr mirasdan imtina ilə bağlı notarial ərizələrini məhkəməyə təqdim ediblər. Cavabdeh2 isə məhkəmə sənədlərini şəxsən qəbul etməsinə baxmayaraq onun tərəfindən hər hansı bir etiraz daxil olmamışdır. Məhkəmə işin yuxarıda sadalanan və məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına əsasən iddia tələbinin əsaslılığını aşağıda qeyd olunan hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) sayılırlar. İş üzrə miras qoyanın birinci növbə vərəsələrinin olmadığı müəyyən edilmişdir. Mülki Məcəllənin 1159.2ci maddəsinə görə ikinci növbədə - ölənin bacıları və qardaşları bərabər pay hüquqlu vərəsələr sayılırlar. İş üzrə miras qoyanın ikinci növbə vərəsəsi olan qardaşı (iddiaçı) mirası faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1160-ci maddəsinə görə qanun üzrə vərəsəlik zamanı növbəlik əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia təmin edilməli, X5 miras qalmış əmlakın qardaşı İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək iddiaçının cavabdehdən dövlət rüsumu ilə bağlı tələbinin olmadığını nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.4-cü maddəsinə əsasən dövlət rüsumu iddiaçıa aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X5 miras qalmış əmlakın İddiaçı tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar