Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-746/2024 02.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “zamin tərəfindən ödənilmiş pul məbləğinin reqres qaydasında geri alınması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 06 aprel 2022-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsi üzrə ödədiyi 1214.36 (bir min iki yüz on dörd manat otuz altı qəpik) manat pulun və 33 manat dövlət rüsumunun, ümumilikdə 1247.36 (bir min iki yüz qırx yeddi manat otuz altı qəpik) manat pulun alınıb ona verilməsi arədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində 06 aprel 2022-ci il tarixində cavabdeh (borclu) Cavabdeh və "xxxx" Açıq Səhmdar Cəmiyyəti (kreditor) arasında ******* nömrəli kredit müqaviləsi bağlandığını, həmin müqaviləyə əsasən cavabdeh (borclu) Cavabdeh 36 (otuz altı) ay müddətinə nağd şəkildə istifadə olunmaqla 8000 (səkkiz min) manat məbləğində kredit verildiyini, bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin edilməsi məqsədilə onunla "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında 06 aprel 2022-ci il tarixli, ZM1011236/26866 nömrəli zaminlik müqaviləsinin bağlandığını, Cavabdeh ilk vaxtlar kredit üzrə aylıq ödənişlərini vaxtı-vaxtında ödəsə də, sonralar ödəməyi dayandırdığını, bundan sonra bankın cavabdehin öhdəliyinin yerinə yetirilməsini cavabdehdən və ondan tələb etməyə başladığını, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 6916.90 manat əsas, 413.59 manat faiz borcu olmaqla, cəmi 7330.49 manat kredit borcun, həmçinin 93.30 manat dövlət rüsumunun tutulması tələbi ilə ümumilikdə 7423.79 manat məbləğində pulun alınması üçün onu və Cavabdeh məhkəməy verdiyini, Şərur Rayon Məhkəməsinin 19 aprel 2023-cü il tarixli, e-2(110)-304/2023 nömrəli qətnaməsi ilə ondan və Cavabdeh müştərək qaydada 06 aprel 2022-ci il tarixli, İK ******* nömrəli kredit müqaviləsindən yaranmış 6916.90 manat əsas, 413.59 manat faiz borcu olmaqla, cəmi 7330.49 manat kredit borcun, həmçinin 93.30 manat dövlət rüsumunun tutulması tələbi ilə ümumilikdə 7423.79 manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsinin qət edildiyini, Şərur Rayon Məhkəməsinin qətnaməsi icraya yönəldikdən sonra məcbur qalıb banka olan borcu birgə borclu kimi ona düşən hissəsi olan 1214.36 manat pulu ödəniş edərək krediti tam bağladığını, ödədiyi 1214.36 manat pulu cavabdehdən dəfələrlə istəsə də, onun hər dəfəsində bir bəhanə gətirərək ona lan borcunu ödəmədiyini, belə olan halda pozulmuş hüquqlarının bərpasının məhkəmə qaydasında tənzimlənməli və iddia tələbinin tam şəkildə təmin edilməklə, əsaslı məhkəmə qətnaməsi çıxarılmalı, cavabdeh tərəfindən ödənilməli olan reqres qaydasında geri qaytarılmalı olan pul tələbinin təmin edilməli, tələb etdiyi 1214.36 (bir min iki yüz on dörd manat otuz altı qəpik) maat borc məbləğinin və 33 manat dövlət rüsumunun, ümumilikdə 1247.36 (bir min iki yüz qırx yeddi manat otuz altı qəpik) manat pulun cavabdehdən alınmaqla ona verilməsinə dair müvafiq məhkəmə aktının qəbul edilməli olduğunu hesab etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə olunmuş: - 06 aprel 2022-ci il tarixli, İK1011236 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh arasında müqavilə, həmçinin Naxçıvanbank” ASC ilə İddiaçı arasında həmin tarixdə Zaminlik müqaviləsi bağlanmışdır. - Zaminlik Müqaviləsinin 1.1-ci bəndinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh arasında bağlanmış 06 aprel 2022-ci il tarixli, İK1011236 saylı Kredit müaviləsi üzrə Kredit müaviləsi əsasında “Borcalan”a veriləcək illik 16% dərəcəsi ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kreditlə əlaqədar “Borcalan” “Bank” qarşısında öz öhdəlilərini tam yerinə yetirilənədək “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürmüşdür. - Şərur Rayon Məhkəməsinin e-2(110)-304/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməklə, 06 aprel 2022-ci il tarixli, İK1011236 saylı Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 6916.90 (altı min doqquz yüz on altı manat doxsan qəpik) manat əsas borcu, 413.59 (dörd yüz on üç manat əlli doqquz qəpik) manat faiz borc olmaqla, ümumilikdə 7330.49 (yeddi min üç yüz otuz manat 49 qəpik) manat borc və 93.30 (doxsan üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7423.79 (yeddi min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir; - Ödəniş kartı üzrə çıxarışlardan görünür ki, İddiaçı bank hesabından borcun ödənilməsinə görə Bank tərəfindən ümumilikdə 1214.36 manat pul tutulmuşdur; - "xxxx" ASC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 1957 saylı arayışdan görünür ki, "xxxx" ASC-də olan xx.xx.2022-ci il tarixli tarixli NBGT6537410B500 kontrakt №-li 8000 manat kredit müqaviləsinə xitam verilmişdir. X2 ASC-də həmin müqavilə üzrə vətəndaş İddiaçı heç bir zaminlik öhdəliyi mövcud deyil; - xx.xx.2024-cü il tarixli, 18186 nömrəli qəbzdən görünür ki, məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur rayon filialı vasitəsilə dövlət büdcəsinə 33 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə iddiaçının izаhаtını iş mаtеriаlında olan və məhkəmə tərəfindən tədqiq оlunаn sübutlаrla qarşılıqlı qiymətləndirərək belə qənaətə gəlir ki, iddia təmin еdilməlidir. Belə ki, məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında 06 aprel 2022-ci il tarixli, İK1011236 saylı Kredit müqaviləsi bağlanmış, "xxxx" ASC tərəfindən Cavabdeh illik 16 % dərəcəsi ilə 36 ay müddətinə 8000 (səkkiz min) manat məbləğində kredit verilmiş, həmçinin həmin kredit müqaviləsi ilə yanaşı 06 aprel 2022-ci il tarixdə Bankla İddiaçı arasında verilən kreditin təminatı kimi Zaminlik müqaviləsi bağlanmış, Şərur Rayon Məhkəməsinin e-2(110)-304/2023 saylı mülki iş üzrə 19 aprel 2023-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilməklə, 06 aprel 2022ci il tarixli, İK1011236 saylı Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh və İddiaçı müştərək qaydada 6916.90 (altı min doqquz yüz on altı manat doxsan qəpik) manat əsas borcu, 413.59 (dörd yüz on üç manat əlli doqquz qəpik) manat faiz borc olmaqla, ümumilikdə 7330.49 (yeddi min üç yüz otuz manat 49 qəpik) manat borc və 93.30 (doxsan üç manat otuz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 7423.79 (yeddi min dörd yüz iyirmi üç manat yetmiş doqquz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməsi qət edilmişdir. Qətnamənın icrası üzrə Zamin İddiaçı əmək haqqından 2024-cü ilin mart-aprel ayları ərzində 1214.36 manat pul tutularaq "xxxx" ASC-nin hesabına ödənilmişdir. İddiaçının izahatından da görünür ki, dəfələrlə cavabdehə onun əmək haqqından tutulmuş məbləği ona geri qaytarmasını tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə yayınmışdır. İddiaçının əmək haqqından tutulmalar nəticəsində o, maddi ziyana məruz qalmışdır. Beləliklə də məhkəmə qeyd edi ki, cavabdehin bank qarşısında öhdəliyini lazımınca icra etməməsi nəticəsində iddiaçıya maddi ziyan vurduğunu nəzərə alaraq, Cavabdeh 1214.36 ( bir min iki yüz on dörd manat otuz altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442 ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 470.1-ci maddəsinə əsasən Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 472.1 -ci maddələrinə əsasən Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar; - 475.1-ci mаddəsinə əsаsən öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir; - 1114.1-ci mаddəsinə əsаsən başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələbi təmin edildiyindən iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi üçün ödənilmiş 33 manatı dövlət rüsumunun əvəzidə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Bеləliklə də, məhkəmə işin məhkəmə iclаsındа tədqiq еdilən hаllаrını qiymətləndirərək və qanunvericiliyin yuxarıda sadalanan normalarını nəzərə аlаrаq bеlə nəticəyə gəlir ki, iddia təmin edilərək Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan Cavabdeh 1214.36 (bir min iki yüz on dörd manat otuz altı qəpik) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1247.36 (bir min iki yüz qırx yeddi manat otuz altı qəpik) manat məbləğində pul alınaraq Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olan İddiaçı ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, hakim (məhkəmə) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Vərməziyar kəndində qeydiyyatda olan Cavabdeh 1214.36 (bir min iki yüz on dörd manat otuz altı qəpik) manat məbləğində pul və 33 (otuz üç) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1247.36 (bir min iki yüz qırx yeddi manat otuz altı qəpik) manat məbləğində pul alınaraq Kəngərli rayon Şahtaxtı kəndində qeydiyyatda olan İddiaçı ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-746/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-746/2024
02.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver