Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-748/2023 06.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X26 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il tarixdə vəfat etmiş arvadım X5 miras qalmış əmlakın mənim tərəfimdən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində Həsənova (İsmayılova) Gülçöhrə Tofiq qızı ilə 1976-cı ildə el adəti üzrə nikah bağlayaraq ailə həyatı qurduqlarını, nikahlarının isə 22 fevral 1978 cil tarixdə o vaxtki İliç rayon (indiki Şərur rayonu) Siyaqut kənd X30 2 nömrəli akt qeydi ilə qeydiyyata alındığını, birgə nikahlarından beş övladları doğulduğunu, xx.xx.1977-ci il tarixdə X16, xx.xx.1978-ci il tarixdə (Həsənova) X8, xx.xx.1979-cu il tarixdə (Həsənova) X11, xx.xx.1981ci il tarixdə X12, xx.xx.1985-ci il tarixdə X6, ölkəmizdə aparılan torpaq islahatları zamanı Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə fərdi yaşayış evinin tikintisi məqsədilə onlara 0.22 ha həyətyanı torpaq sahəsi ayrıldığını, bununla bağlı JN-172B seriyalı, 10213028 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verildiyini, həmin gündən bu günədək qeyd edilən torpaq sahəsini onun əkib becərdiyini, zəruri qulluq göstərməklə təsərrüfat işlərini apardığını, belə ki, uşaqlarının ailə quraraq təsərrüfatdan ayrıldığını, həyat yoldaşı G.Həsənovanın isə xx.xx.2012-ci ildə vəfat etdiyini, o vəfat etdikdən sonra onun birgə mülkiyyətdə olan torpaq sahəsindəki payı miras qaldığını, hansı ki, həmin miras pay da tərəfindən faktiki olaraq qəbul edildiyini, övladları ilə onun arasında miras qalmış torpaq sahəsinə dair hər hansı mübahisə olmadığını, lakin həyat yoldaşından miras qalmış əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, onun isə həyat yoldaşı vəfat edəndən sonra ondan qalan mirası mənim tərəfindən qəbul edilməsinə qonşuları və qohumları da şahidlik edə biləcəyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında torpaq islahatları zamanı Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli qərarı ilə Şərur rayon Kosacan kəndində ona və ailə üzvlərinə fərdi yaşayış evinin tikintisi məqsədilə JN-172B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.22 ha həyətyanı torpaq sahəsi, JN-172A seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında 0.08 ha həyətyanı torpaq sahəsi ayrıldığını, həmin gündən bu günədək qeyd edilən torpaq sahəsini onun əkib becərdiyini, zəruri qulluq göstərməklə təsərrüfat işlərini apardığını məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir, lakin Maraqlı şəxs notariusu Araz Abbaslı xx.xx.2023-cü il tarixdə məhkəməyə məktub ünvanlayaraq məktubda bildirmişdir ki, sizin xx.xx.2023-cü il tarixli 2(110)-748/2023 nömrəli bildirişinizə əsasən məlum edirəm ki, xx.xx.2023-cü il tarixdə keçiriləcək, Ərizəçi vərəsəlik hüqunun bərpası ilə əlaqədar məhkəmə prosesində iş yükümüzün çoxluğu ilə əlaqədar iştirak etməyim mümkün olmadığı üçün məhkəmə prosesini mənim iştirakım olmadan keçirməyinizi və müvafiq qərar qəbul etməyinizi xahiş edirəm. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 45 ildir qonşu olduqlarını, İsmixanın arvadı Gülçöhrənin nə vaxt rəhmətə getdiyini xatırlamadığını, Gülçöhrənin rəhmətə gedəndən sonra onlara məxsus Kosacan kəndində 2 torpaq sahəsini İsmixanın müxtəlif vaxtlarda buğda əkib - becərdiyini, son vaxtlar hər ikisində də yonca əkdiyini, həmin torpaqlarının daimi onun istifadəsində olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 42 ildir qonşu olduqlarını, İsmixanın arvadı Gülçöhrənin nə vaxt rəhmətə getdiyini xatırlamadığını, ancaq xeyli vaxt olduğunu bildiyini, Gülçöhrənin rəhmətə gedəndən sonra onlara məxsus Kosacan kəndində 2 torpaq sahəsini İsmixanın əkib becərdiyini, hər ikisində də yonca əkdiyini, haliyyədə icarə verdiyini, əvvəllər özünün istifadəsində olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 35 ildir qonşu olduqlarını, İsmixanın arvadı Gülçöhrənin 15 il olar rəhmətə getdiyini, Gülçöhrə rəhmətə gedəndən sonra onlara məxsus Kosacan kəndində 2 torpaq sahəsini İsmixanın yonca, kartof, qarğıdalı əkib-becədiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2023-cü il tarixli 39 nömrəli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, Şərur rayonu, Kosacan kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən xx.xx.2012-ci il tarixdə vəfat etmiş X9 Şərur rayon Kosacan kəndində yerləşən həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir. - Şərur rayon Kosacan kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 146 nömrəli arayışından görünür ki, X22 həqiqətən də Şərur rayon Kosacan kəndində yaşayıb. xx.xx.2023-cü il tarixdə vəfat edib. Onun aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. Ərizəçi – həyat yoldaşı
2. X31 - oğlu
3. (Həsənova) X23 – qızı
4. (Həsənova) X27 – qızı
5. X28 - oğlu
6. X17 - oğlu - Torpağın mülkiyyətə verilməsinə dair JN-172A KOD 10213028 nömrəli şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 01 nömrəli qərarı ilə Ərizəçi, X13, X18, X19, X20 və X10 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Kosacan kəndində 0.08 hektar torpaq sahəsi verilmişdir. - Torpağın mülkiyyətə verilməsinə dair JN-172B KOD 10213028 nömrəli şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 01 nömrəli qərarı ilə Ərizəçi, X13, X18, X19, X20 və X10 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Kosacan kəndində 0.22 hektar torpaq sahəsi verilmişdir. - Şərur rayon Koscan kənd İƏD tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli AZ-İ № 377072 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X22 xx.xx.2012-ci il tarixində Şərur rayon Kosacan kəndində ürək dayanması, miokardinfakt səbəbindən vəfat etmişdir. - Naxçıvan MR, İliç rayonu, Siyaqut XDS tərəfindən verilmiş 27 fevral 1978-ci il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X14 arasında 27 fevral 1978-ci il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 2 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına "Həsənova" soyadı verilmişdir. - Naxçıvan şəhər 2 saylı nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X34 və X7 xx.xx.1955-ci il təvəllüdlü X4 valideynləridir. - Şərur rayon Koscan kənd bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 7 saylı arayışdan görünür ki, Şərur rayon Kosacan kənd sakini Ərizəçi 2023-cü ilədək heç bir vergi borcu yoxdur. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Kosacan kəndində yerləşən sözügedən miras əmlaklar xüsusi mülkiyyət hüququ üzrə Şərur rayon Aqrar İslahat Komissiyasının 11 fevral 1999-cu il tarixli 01 nömrəli qərarı ilə Ərizəçi, X13, X18, X19, X20 və X10 ümumi birgə mülkiyyət hüququ əsasında verilmişdir. Ərizəçinin həyat yoldaşı mərhum X22 xx.xx.2012-ci il tarixdə öldükdən sonra həmin torpağa ərizəçi, sahiblik etmiş, həmin torpaı bugünədək əkib becərmişdir. Bununlada ərizəçi mirası birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın həyat yoldaşı kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin izahatları, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.3-cü maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2012-ci il tarixdə ölmüş mərhum X9 ölmündən sonra miras qalmış JN-172B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin və JN-172A seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. xx.xx.2012-ci il tarixdə ölmüş mərhum X9 ölmündən sonra miras qalmış JN-172B seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.22 ha həyətyanı torpaq sahəsinin və JN-172A seriyalı Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında verilmiş 0.08 ha həyətyanı torpaq sahəsinin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev