Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-754/2024 02.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X35 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, naxçıvan Muxtar Respublikası Şərur rayonu Yengicə kəndində xx.xx.2014-cü il tarixində vəfat etmiş xalası X12 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün müəyyən olunmuş müddətin gecikdirmənin səbəbinin üzürlü sayılmasını və ona miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsini Maraqlı şəxs öhdəliyinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə Ərizəçi ərizəsində xx.xx.2024-cü il tarixdə Maraqlı şəxsnə müraciət edərək xx.xx.2014cü il tarixində vəfat etmiş xalası X12 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etdiyini, lakin Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 51 nömrəli qərarı ilə qanunla müəyyən edilmiş müddətin ötürülməsi səbəbindən ona qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edildiyini, xalası X12 qalan miras əmlakın tərəfindən faktiki qəbulu istifadə edilməsi halı onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlədiyini və sübut edilməsi kimi qəbul edilməli olduğunu, həmçinin belə hərəkətlərin məzmununun onun tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıdığını bildirmişdir. xx.xx.2024-cü il tarixdə Ərizəçi iddia tələbinin dəyişdirilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsində Şərur Rayon Məhkəməsində Maraqlı şəxsnə qarşı ərizə ilə müraciət edərək Naxçıvan Muxtar Respublikası Şərur rayonu Yengicə kəndində xx.xx.2014-cü il tarixində vəfat etmiş xalası X12 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət asılı olmayaraq miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün müəyyən olunmuş müddətin gecikdirmənin səbəbinin üzrlü sayılmasını və ona miras qalmış bütün əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi vəzifəsini Maraqlı şəxs öhdəliyinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etdiyini, hal-hazırda iddia tələbini dəyişərək xx.xx.2014-cü il tarixdə Şərur rayonu Yengicə kəndində vəfat etmiş X12 onun xalası olması faktının və onun ölümündən sonra harada yerləşməsindən asılı olmayaraq ondan miras qalmış bütün əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılmasını qərara almışdır. Məhkəmə baxışı iclasında iştrak edən Ərizəçi ərizədə qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X4 Maral Məmmədcəfər qızı ilə qonşu olduqlarını, onu 1961-ci ildən tanıdığını, Maralın övladının ollmadığını, onun qayğısına bacısının oğlu Akifin qaldığını, onun həyətinə baxdığını, gündəlik ehtiyaclarını təmin etdiyini, Maralın 10 ildən artıq bir müddətdir öldüyünü, onun ölümündən sonra onun həyətinə, evinə Akifin nəzarət etdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X7 Maral Məmmədcəfər qızı ilə yaxın qonşu olduqlarını, 50 ildir onu tanıdığını, Maralın övladının olmadığını, tək yaşadığını, ona bacısının oğlu Akifin qulluq etdiyini, ona bazarlıq etiyini, gündəlik tələbatını təmin etdiyini, Maralın təxminən 10 il əvvəl öldüyünü, onun yas mərasimini Akifin təşkil etdiyini, xərclərini onun ödədiyini, öldükdən sonra onun evinə, bağına Akifin nəzarət etdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X5 Maral Məmmədcəfər qızı ilə yaxın qonşu olduqlarını, Maralın ərindən boşandığını, övladının olmadığını, ona bacısının oğlu Akifin qulluq etdiyini, Maralın təxminən 10 il əvvəl öldüyünü, onun yas mərasimini Akifin təşkil etdiyini, xərclərini onun ödədiyini, onun həyətinə, evinə Akifin nəzarət etdiyini, Akifin onun torpağını əkib - becərdiyini bildirmişdir Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - 2 saylı bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İİ № 313656 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X17 xx.xx.2022-ci il tarixində Bakı şəhərində bronxların və ya ağciyərin dəqiqləşdirilməmiş lokalizasiyası nəticəsində vəfat etmişdir; - Ərizəçi Maraqlı şəxsndə vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə vəfat etmiş X12 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakı qəbul edirəm; - Maraqlı şəxs notariusunun 51 saylı, xx.xx.2024-ci il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir; - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 245 saylı arayışdan görünür ki, X12 vərəsələri aşağıdakı tərkibdən ibarətdir:
1. X25 M.Cəfər qızı – vəfat edib
2. Bacısı oğlu X14
3. Bacısı qızı X22
4. Bacısı oğlu Ərizəçi
5. Bacısı oğlu X13 - vəfat edib
6. Bacısı oğlu X15
7. Bacısı qızı X18
8. Bacısı qızı X23
9. Bacısı qızı X24 - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Allahverdiyeva Ceyran M.Cəfər qızı xx.xx.1997-ci il tarixində ünvan 1ində beyin damarlarının sklerozu nəticəsində vəfat etmişdir; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli çıxarışdan görünür ki, Allahverdiyeva Maral M.Cəfər qızı xx.xx.2014-cü il tarixində ünvan 1ində beyin miokard infakt nəticəsində vəfat etmişdir; - JN-252A KOD 10207018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı ilə ünvan 1ində 0.11 ha torpaq sahəsi Mehdiyeva Maral M.Cəfər qızının mülkiyyətlərinə verilmişdir. - JN-252B KOD 10207018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 05 nömrəli qərarı ilə ünvan 1ində 0.02 ha torpaq sahəsi Mehdiyeva Maral M.Cəfər qızının mülkiyyətlərinə verilmişdir. - X2 rayon 1 saylı notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xalam X17 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdü, yəni buraxılmışdır. X12 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X22 Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə X10 miras qalmış bütün əmlaklardan mənə çatası miras payı qəbul etməmişəm, etmək fikrim yoxdur Adımın vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəm; - X3 rayon 1 saylı notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, X17 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdü, yəni buraxılmışdır. X12 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X8 rayon 1 saylı notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xalam X17 xx.xx.2014-cü il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdü, yəni buraxılmışdır. X12 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X19 Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə X10 miras qalmış bütün əmlaklardan mənə çatası miras payı qəbul etməmişəm, etmək fikrim yoxdur Adımın vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəm; - X24 Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə X10 miras qalmış bütün əmlaklardan mənə çatası miras payı qəbul etməmişəm, etmək fikrim yoxdur Adımın vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəm; - Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisinin xx.xx.2024-cü il tarixli arayından görünür ki, X11 xx.xx.2022-ci il tarixdə vəfat etmiş əri X6 miras qalmış əmlaklara dair Bakı 2 saylı “ASAN xidmət” mərkəzində notariat ofisində xx.xx.2023-cü il tarixində vərəsəlik işi açılmışdır. X1 vərəsəsi arvadı - X16 müəyyən edilmişdir; - X16 Bakı şəhəri 2 saylı “ASAN xidmət” mərkəzi notariat ofisində vermiş olduğu xx.xx.2024-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2014-cü il tarixdə X10 miras qalmış bütün əmlaklardan mənə çatası miras payı qəbul etməmişəm, etmək fikrim yoxdur Adımın vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etməyəcəm. Beləliklə də məhkəmə tədqiqatı zamanı ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə müəyyən edilmişdir ki, xx.xx.2014-cü il tarixdə ölmüş X12 vərəsələri onun mərhum bacısı və mərhum bacısının uşaqlarıdır. Ərizəçi qohumluq münasibətlərinin, yəni Maralın onun xalası olması və ondan miras qalmış əmlakı faktiki qəbul etməsi faktlarını başqa qaydada müəyyən edə bilmədiyindən, bu faktların müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə baxışı iclasında dindirilən şahid ifadələri ilə iş materialında olan digər sənədlərdə qeyd edildiyi kimi X12 Ərizəçi xalası olması və ondan miras qalmış əmlakı qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.2014-cü il tarixdə ölmüş X12 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2014-cü il tarixdə ölmüş X10 miras qalmış əmlaklara miras əmlak kimi Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2014-cü il tarixdə ölmüş X12 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2014-cü il tarixdə ölmüş X10 miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi : Ərizə təmin edilsin. xx.xx.2014-cü il tarixdə ölmüş X12 Ərizəçi xalası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. xx.xx.2014-cü il tarixdə ölmüş X10 miras qalmış əmlakların Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev