Məhkəmə qərarları › İş №2(110)-755/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-755/2023

09.10.2023 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-755/2023 09.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mülkiyyətin boşaldılması və istifadəyə olan maneələrin aradan qaldırılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-013 nömrəli torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə ilə onun və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.21 ha torpaq sahəsini boşaldılması və torpaqdan istifadəyə olan maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində Şərur Rayon Aqrar İslahat Komissiyasının qərarı əsasında JN-013 nömrəli torpağın mülkiyyətə verilməsinə dair akt əsasında o və onun ailə üzvlərinə 0.21 ha təsərrüfat təyinatlı torpaq sahəsinin verildiyini, əri Xəlilov Hüseynin həmin torpaq sahəsini istifadə etmək üçün qaynı Cavabdeh2 verdiyini, əri Xəlilov Hüseynin 2008-ci ildə vəfat etdiyini, o həmin torpağı artıq öz ailə ehtiyacları üçün istifadə etmək qərarına gəldiyini, bu zaman ona qaynının torpağı digər qaynı Cavabdeh1 şifahi alqı-satqı ilə satdığının məlum olduğunu, onun bundan xəbərinin olmadığını, torpaq sahəsinin geri qaytarılmasını tələb etsə də buna nail ola bilmədiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında mübahisə predmeti olan torpaqsahəsinin islahat dövründə onun və ailə üzvlərinin mülkiyyətinə verildiyini, əri rəhmətə getdikdən sonra torpaq sahəsi uzaqda olduğu üçün əkib becərmək üçün gedib-gələ bilmədiyini, qayınanam və qaynım Xəlilə torpağı satacağını dediyini, qayınanamın “satma uşağın böyüyər ehtiyacı olanda satarsan” dediyini, həmçinin qayınanamın “Xəlilə 150 manat pul vermişəm ki, sənə versin ehtiyacını ödə, o da sənin torpağını əkib-becərsin, sonra uşaqların böyüyəndə satarsan” dediyini, onun elədə etdiyini, o vaxtdan 3 uşağı böyütməklə məşğul olduğunu, qaynımın 15 il ərzində torpağı əkib becərdiyini, bu müddət ərzində əlavə olaraq mənə 1 qəpik belə maddi dəstək olmadığını, sonradan isə həmin torpaq sahəsini Xəlilin qardaşı İslama satdığını eşitdiyini, torpağı ona istifadə etmək üçün verdiyini, satmaq üçün vermədiyini dediyini, torpaq sahəsini qaytarmasını ondan tələb etdiyini, özünün əkib becərmək istədiyini, təsərrüfatında olan mallarını bağlamağa yerinin olmadığını qeyd edərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında iddianı qəbul etmədiyini bildirərək qardaşı Xəlilin öz torpağınıda qardaşı Hüseynin torpağınıda başqasına satmaq istədiyini eşitdiyini, torpaqların onun torpağı ilə sərhəddə olduğu üçün özünün almağa qərar verdiyini, Xəlilə 1200 dollar verərək hər iki torpağı ondan şifahi razılaşma ilə aldığını, 2012-ci ildən torpaqları onun əkibbecərdiyini, Xəlilin onun pulunu qaytararsa torpağı geri verməyə etirazının olmadığını qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir Cavabdeh2 məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, keçirilən məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir 15 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında iddianı qəbul etmədiyini bildirərək qardaşının 2008-ci ildə rəhmətə gedəndən sonra Aynurənin torpağı satmaq istədiyini dediyini, 350 manat razılaşdığını, 150 manatını anasının verdiyini, 200 manatınıda özünün qoyub Aynurəyə verdiyini,həmin torpaq sahəsini ondan aldığını, lakin sənədləşdirmədiyini, torpağı 4-5 il özünün əkib becərdiyini, sonra 2012-ci ildə özünə məxsus torpaq sahəsi ilə birlikdə hər iki torpaq sahəsini 1200 dollara qardaşı İslama satdığını, iddiaçının indi torpağı niyə geri istədiyini bilmədiyini qeyd edərək məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş JN-0013 KOD 10204018 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 22 yanvar 1999-cu il tarixli 01 nömrəli qərarı ilə X1, İddiaçı və X2 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Cəlilkənd kəndində 0.21 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; Beləliklə də, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Cəlilkənd kəndi ərazisində yerləşən 0.21 ha təsərrüfat təyinatlı torpaq sahəsi ümumi birgə mülkiyyət hüququ ilə X1, İddiaçı və X2 verilmişdir. İddiaçı və onun ailə üzvlərinin mülkiyyətində olan torpaq sahəsi heç bir hüquqi əsas olmadan Cavabdeh2 tərəfindən Cavabdeh1n satılmış və haliyədə həmin torpaq sahəsi Cavabdeh1 tərəfindən qanuni əsaslar olmadan məhdudlaşdırılmaqla istifadə edilir. Həmçinin məhkəmə baxışı zamanı cavabdehlərin həmin torpaq sahəsinə hər hansı hüquqlarının olmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda mübahisə predmeti olan torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətlərində olmasına baxmayaraq, cavabdehlərin mane yaratması nəticəsində iddiaçı onun və ailə üzvlərinin mülkiyyətində olan həmin torpaq sahəsindən istifadə edə bilmir. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə iddia təmin edilərək Şərur rayon Cəlil kəndi ərazisində JN-0013, KOD 10204018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı qzının və onun ailə üzvlərinin ümimi birgə mülkiyyətlərinə verilmiş 0.21 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılmalı və onlar tərəfindən torpaqdan istifadəyə olan maneələr aradan qaldırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehlərin hazırki vəziyyətdə mülkiyyətçilərə məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı hüquqi əsasa söykənməməklə, mülkiyyətçilərin daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutulmasını tələb etmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Cəlilkənd ərazisində JN-0013, KOD 10204018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı qzının və onun ailə üzvlərinin ümimi birgə mülkiyyətlərinə verilmiş 0.21 ha torpaq sahəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən boşaldılsın və onlar tərəfindən torpaqdan istifadəyə olan maneələr aradan qaldırılsın. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar