Məhkəmə qərarları › İş №2(110)-755/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-755/2024

06.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-755/2024 06.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X18 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.2023-cü il tarixdə vəfat etmiş atası X4 miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Ərizəçi ərizəsində mərhum atası X13 ilə anası X21 arasında bağlanmış nikahdan beş övladı -

1. xx.xx.1979-cu il tarixdə İsmayılova (Nəcəfova) Səbinə Məhəmməd qızı:

2. xx.xx.1983-cü il tarixdə Tahirova (Nəcəfova) Fatma Məhəmməd qızı:

3. xx.xx.1985-ci il tarixdə Cindemir (Nəcəfova) Sevda Məhəmməd qızı;

4. xx.xx.1986-ci il tarixdə X14:

5. xx.xx.1982-ci il tarixdə Ərizəçi doğulduğunu, Mərhum atası X5 xx.xx.2023-cü ildə vəfat etdiyini, ondan Şərur rayonu Yengicə kəndi ərazisində daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə qeydə alınmış 0,1799 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 274.11 kv.m olan iki mərtəbəli, 4 otaq və digər yardıçmı sahədən ibarət fərdi yaşayış evindəki payın miras qaldığını, qeyd edilən miras əmlakın onun və mərhum nənəsi (atasının anası) X22 birgə mülkiyyəti olduğunu, nənəsi S.Nəcəfova xx.xx.2008-ci ildə vəfat etdiyini və ondan qeyd edilən daşınmaz əmlakdakı payın miras qaldığını, sonradan yəni, 2023cü ildə mərhum atasının anasından qalmış mirasın qəbulu faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etdiyini və Şərur rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(110)-926/2023 saylı qətnaməsi ilə mərhum atasının ərizəsi təmin edilməklə xx.xx.2008-ci il tarixdə vəfat etmiş mərhum anası X19 miras qalmış əmlakın atası X15 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edildiyini, lakin, qəbul edilmiş məhkəmə qətanməsinin qanuni qüvvəsini almamış atasının dünyasını dəyişdiyini və faktiki olaraq məhkəmə qətnaməsi icra edilməyərək, mərhum atasının vərəsəlik hüquqlarını rəsmiləşdirilə bilmədiyini, atası vəfat etdikdən sonra onun rəsmi olaraq Bakı şəhərində qeydiyyatda olsa da, Şərur rayon Yengicə kəndinə gəldiyini və el adətinə uyğun olaraq atasının yas mərasimini və bununla bağlı digər tədbirləri həyata keçirməklə 2024-cü ilin mart ayınadək həmin evdə yaşamaqla atasından qalmış miras əmlakı faktiki qəbul etdiyini, ötən müddət ərzində atasından qalmış miras əmlakı faktiki qəbul etdiyindən eyni zamanda həmin əmlakın onsuz da yarı hissəsinin ona məxsus olması və digər səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2024-cü ilin iyul ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarımın başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini, ərizəsində göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlərin də öz ifadələri ilə təsdiq edə biləcəklərini, məhkəmənin ərizəsində göstərilənləri nəzərə alıb, mərhum atasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qərar qəbul edəcəyini bildirmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəmə baxış iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 06 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X25 onun Məhəmmədin qapı bir qonşusu olduğunu, çox yaxın ailəvi münasibətlərinin olduğunu, Məhəmmədin 2023-cü ildə öldüyünü, onun ölümündən sonra arvadı, 4 qızı və oğlunun qaldığını, Məhəmməd öldükdən sonra arvadı Gülşənin, oğlu Qulunun ailəsi və uşaqları ilə ondan miras qalmış evdə yaşadıqlarını, haliyədə anasının səhhətində olan problemlərlə bağlı Qulunun anasını Bakı şəhərinə müalicəyə apardığını, son 1 ayadək orada yaşadıqlarını, Məhəmməd rəhmətə getdikdən sonra Qulunun evin birinci mərtəbəsinin pəncərələrini, qapısını saldığını, evin təmir işlərini apardığının şahidi olduğunu, çünki evin təzə tikildiyini, onların evin ikinci mərtəbəsini hazır edib orada yaşadıqlarını, əlavə olaraq Qulunun həyətə hasar çəkdirdiyini bildirmişdir. 06 sentyabr 2024-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 qonşu olduqlarını, yaxın münasibətlərinin olduğunu, Məhəmmədin 2023-cü ildə öldüyünü, Məhəmmədin 5 uşağının olduğunu, Məhəmməd öldükdən sonra ondan qalmış evdə arvadı Gülşənin, oğlu Qulunun ailəsi ilə yaşadığını, bir müddət sonra Gülşənin gedərək Bakı şəhərində yaşadığını, orada onun da gəlib bir neçə gün qaldıqdan sonra Bakı şəhərinə qayıtdığını, Qulunun Məhəmməd öldükdən sonra evdə və həyətdə xeyli təmir işləri etdiyini gördüyünü, su quyusunu bərpa etdiyini, evin poluna taxta döşədiyini, həyətə hasar çəkdirdiyini, həyətyanı sahədə meyvə ağaclarına qulluq etdiyini, suvardığını, meyvələrdən istifadə etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - X9 və X6 Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində xx.xx.2023-cü ildə vəfat etmiş miras qoyan X4 miras qalmış əmlakdan onlara çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiklərini və idarəçilik etməyə başlamadıqlarını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiklərini, gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişlər; - X10 nümayəndəsi X9 Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində xx.xx.2023-cü ildə vəfat etmiş miras qoyan atam X4 miras qalmış əmlakdan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiyini və idarəçilik etməyə başlamadığını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcəyini bildirmişdir; - X2 və X11 Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində xx.xx.2023-cü ildə vəfat etmiş miras qoyan ataları X4 miras qalmış əmlakdan onlara çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiklərini və idarəçilik etməyə başlamadıqlarını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiklərini, gələcəkdə mirasın qəbul edilməsinə dair müddətin uzadılması üçün məhkəməyə müraciət etməyəcəklərini bildirmişdir; - Ərizəçi Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli saylı ərizəsində Şərur rayon Yengicə kəndində yaşamış xx.xx.2008-ci ildə vəfat etmiş nənəsi X19 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu bildirmişdir; - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 55 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Ərizəçi qanun üzrə vərəsəik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu Yengicə yerləşən 0.1799 ha torpaq sahəsi və üzərindəki 274.11 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə Ərizəçi və X22 adlarına vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır; - Şərur Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(110)-926/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş mərhum X19 miras qalmış əmlakın X13 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024cü il tarixli 243 nömrəli arayışından görünür ki, mərhum X5 aşağıdakı tərkibdən ibarət varisləri vardır.

1. Arvadı: X21

2. Qızı: X7

3. Qızı: X16

4. Qızı: X23

5. Qızı: X14

6. Oğlu: Ərizəçi - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Ərizəçi atası mərhum X13, anası X17r; - Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.2023-cü il tarixində Şərur rayon Yengicə kəndində kəskin miokardinfakt səbəbindən vəfat etmişdir; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X30 xx.xx.2008-ci il tarixində Şərur rayon Yengicə kəndində beyinə qansızma səbəbindən vəfat etmişdir; Məhkəmə tədqiqatı zamanı Şərur rayon Yengicə kəndində ümumi birgə mülkiyyət hüququ üzrə Ərizəçi və X24 məxsus olmuş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Şərur Rayon Məhkəməsinin 13 noyabr 2023-cü il tarixli 2(110)-926/2023 saylı qətnaməsinin surətindən görünür ki, xx.xx.2008-ci il tarixdə ölmüş mərhum X19 miras qalmış əmlakın X13 tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilmişdir. X13 xx.xx.2023-cü il tarixdə öldükdən sonra oğlu Ərizəçi həmin miras qalmış əmlaka sahiblik etməklə, faktiki olaraq onu idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2023-cü il tarixdə ölmüş mərhum X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. xx.xx.2023-cü il tarixdə ölmüş mərhum X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar