Məhkəmə qərarları › İş №2(110)-768/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-768/2023

04.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-768/2023 04.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X14 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, anası X11 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum valideynləri atası X9 ilə anası X13 birgə nikahdan beş övladıxx.xx.1959-cu il tarixdə X5, xx.xx.1968-ci il tarixdə X7, xx.xx.1972-ci il tarixdə X15, xx.xx.1970-ci il tarixdə Zülfüqarova (Seyidova) Mehparə Mirzaman qızının, xx.xx.1975-ci il tarixdə isə onun Ərizəçi dünyaya gəldiyini, atası X6 xx.xx.1977-ci ildə vəfat etdiyini və ondan Şərur rayon Maxta kəndində yerləşən fərdi yaşayış evinin miras qaldığını, sonradan həmin ev anası ilə onun adına rəsmiləşdirildiyini, bununla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən müvafiq çıxarış da aldığını, belə ki, bacısı və qardaşları ailə quraraq ailə təsərrüfatından ayrıldıqlarından evin son beşiyi olaraq anasının yanında onun qaldığını, eyni zamanda ailə qrduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşadığını, hal-hazırda da həmin evdə yaşamaqda olduğunu, anası X13 isə xx.xx.1998-ci ildə vəfat etdiyini və onunla anasının birgə mülkiyyətində olan Şərur rayon Maxta kəndi ərzisində 0.32 ha toraq sahəsində yerləşən ümumi sahəsi 107.02 kv.m fərd yaşayış evinə dair payı miras qaldığını, bu mirasında faktiki olaraq onun tərəfindən qəbul edildiyini, bacı və qardaşlarının təsərrüfatdan ayrılıb başqa ünvanlarda yaşadıqlarından miras əmlaka baxım və quluq onun tərəfindən aparıldığını, eyni zamanda vergi və digər kommunal xidmət haqlarının onun tərəfindən ödənildiyini, bu faktı həmkəndlilərinin öz ifadələri ilə təsdiq edə biləcəklərini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 202-cü ilin iyul ayında vərəsəlik haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman notariat ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 qonşu olduqlarını, Zamanın anası Əsmər xalanın nə vaxt rəhmətə getdiyini dəqiq xatırlamadığını, anası rəhmətə gedəndən sonra həmin evdə Zaman və onun ailəsinin bu günədək daimi olaraq yaşadıqlarını, bütün təsərrüfatı idarə etdiklərini, anası rəhmətə gedən vaxtı və ondan sonrakı vaxtlarda Zamanın qardaş və bacılarının orada yaşamaqlarını görmədiyini, onların ayrı-ayrı ünvanlarda yaşadıqlarını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 eyni məhəllədə böyüdüklərini, Zamanın anasının vəfat etdikdən sonra həmin evdə Zaman və onun ailəsinin bu günə qədər yaşadığını, anasının rəhmətə gedəndən sonra orada heç bir bacı-qardaşənən yaşamadığını, onların hər birinin fərqli ünvanlarda yaşadqlarını, anasından qalmış miras əmlakı Zamanın idarə etdiyini, bağ saldığını, əkib-becərdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon Maxta kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 171 nömrəli arayışından görünür ki, X24 həqiqətən də Şərur rayon maxta kəndində yaşamış və 23 noyabr 1998-ci ildə vəfat etmişdir. Mərhumun vərəsələri aşağıdakı kimidir.

1. Həyat yoldaşı X9 vəfat edib

2. X1-1958

3. X3-1968

4. Qızı Seyidova (Zülfüqarova) Mehparə Mirzaman qızı-1970

5. X8-1972

6. Oğlu Ərizəçi-1975 - X5 xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.1998-ci ildə vəfat etmiş anası X11 miras qalmış miras əmlaklardan ona çatan qanun üzrə vərəsəlik payını qəbul etmədiyini və qəbul etmək istəmədiyini, miras əmlaka sahilik etmədiyini, onun idarəçiliyində iştirak etmədiyini və idarəçilik tməyə başlamadığını, mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə vermədiyini, gələcəkdə mirasın qəbulu ilə bağlı müddətin uzadılması ilə əlaqədar məhkəməyə müraciət etməyəcəyini, hazırki ərizənin mətnini onun sözləri ilə tərtib edildiyini, tərəfindən oxunduğunu bildirmişdir. - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində Şərur rayonu Maxta kəndində yaşamış xx.xx.1998-ci ildə vəfat etmiş anası X11 miras qalmış miras əmlakdan vərəsəlik haqqında çəhadətnamə verilməsini xahiş etdiyini, miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, Şərur rayonu, Maxta kəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X13 ölümündən sonra Şərur rayon Çərçiboğan kəndində yerləşən fərdi yaşayış evinə dair miras qalmış əmlakdan qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın texniki pasportundan və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Maxta kəndində yerləşən 0.3212 ha torpaq sahəsi və üzərindəki 107.02 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X13 və Ərizəçi adlarına vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. - Sədərək rayon Dəmirçi kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş 17 fevral 2023-cü il tarixli AZ-İV № 786026 seriyalı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X9 və X24 xx.xx.1975-ci il təvəllüdlü Ərizəçi valideyinləridir. - Sədərək rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 17.02.202-cü il tarixli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X9 xx.xx.1977-ci il tarixində Şərur rayon Maxta kəndində öd kisəsinin iltihabı səbəbindən vəfat etmişdir. - Şərur rayon Maxta kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X24 xx.xx.1998-ci il tarixində Şərur rayon Maxta kəndində kəskin ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. - Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 084174 nömrəli vəsiqənin surətindən görünür ki, Ərizəçi müharibə veteranıdır. - Elektrik və qaz sərfiyatı qəbzlərindən görünür ki, Ərizəçi tərəfindən kommunal ödənişlər edilmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Maxta kəndində yerləşən sözügedən miras əmlak ümumi birgə mülkiyyət olaraq mərhum X17 və Ərizəçi məxsus olmuş, X24 xx.xx.1998-ci il tarixdə öldükdən sonra oğlu Ərizəçi həmin miras qalmış əmlaka sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1998-ci il tarixdə ölmüş mərhum X11 miras qalmış Şərur rayon Maxta kəndində yerləşən 0.3212 ha torpaq sahəsi və üzərindəki 107.02 kv.metr ölçüdə olan fərdi yaşayış evinin oğlu Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1998-ci il tarixdə ölmüş mərhum X11 miras qalmış Şərur rayon Maxta kəndində yerləşən 0.3212 ha torpaq sahəsi və üzərindəki 107.02 kv.metr ölçüdə olan fərdi yaşayış evinin oğlu Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar