Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-78/2021 27.10.2021 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və cavabdehin vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan torpaq sahəsinin boşaldılması tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətində olan Şərur rayonu Maxta kənd ərazisində yerləşən dövlət aktı ilə verilmiş JN-0412 kod-10216018 nömrəli 0,72 ha torpaq sahənin cavabdehi tərəfindən yaradılmış maneələri aradan qaldıraraq Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Torpağa Mülkiyyət Hüququna dair Dövlət aktı ilə ona verilmiş JN-0412 KOD-10216018 nömrəli 29 dekabr 2002-ci il tarixli Şərur rayonunun Maxta kəndində 0,72 ha torpaq sahəsinin onun və ailə üzvlərinin mülkiyyətinə verildiyini, 2000-ci ildə torpaq sahəsinin əkilib-becərməklə ona baxılması üçün qohumları sayılan Maxta kənd sakini Cavabdeh sövdələşmə yolu ilə verildiyini, 2008-ci ilin mart ayında təcili pul lazım olduğunu, həmin ilin mart ayının 23-də axşam telefon ilə Cavabdeh zəng vurub ona 500 manat pul lazım olduğunu, pul düzəlməsə bəlkə torpağı satacağını bildirdiyini, onun səhəri günü Cavabdeh 560 manat pul gətirərək ona “torpağı niyə satırsan, onsuzda neçə illərdir ki, mən sənin torpağına baxıram, al bu pulu götür, işlərini qaydasına qoy, nə vaxtsa pulumu qaytararsan, yenə də əvvəlki kimi torpaq sənindir” dediyini, həmin vaxt sövdələşmədən başqa alqı-satqı olmadığı üçün heç bir qanuni sənədləşdirmə işi aparmadığını, bir neçə ildən sonra Cavabdeh torpaq sahəsinə dövlətdən gübrə almaq üçün torpaq aktını ondan istədiyini, surətini notariusda təsdiqlədib ona verdiyini, 2018-ci ilin noyabrın axırında 560 manat götürüb Cavabdehgilə yollandığını, Elxanla görüşüb o zamankı sövdələşməməzi xatırlatdığını və onun pulunu özünə geri qaytardığını, 2019-cu ildə Cavabdeh oğlunun xəstə olduğuna görə o il üçün ondan torpaq sasindən çıxan gəlirlərdən heç bir pay istəmədiklərini və bir qohum kimi insanlıq naminə bunu ona maddi bir dəstək kimi qəbul etdiklərini bildirdiyini, 2020-ci ilin iyun ayında həyat yoldaşı Sədaqət Seyidovayla torpaq sahələrinə baxmağa gəldiklərini, həmin an Cavabdehda həmin sahəyə gəldiyini, oğlunun kredit borcu olduğundan və pandemiya dövrü ilə əlaqədar olaraq torpaq sahələrindən yonca məhsulunu iki ayda iki üzünün biçilməsindən çıxan məhsulun maya dəyərinin yarısını, yəni təqribən 120 manatın onlara verilməsi ilə bağlı sövdələşib razılığa gəldiklərini, iki ayın tamam olduğunu, Cavabdeh danışdıqları razılığı pozaraq pulu verməkdə imtina etdiyini, gözləmədikləri və ağlasığmayan sözlərlə qarşılaşdıqlarını, cavabdehin gah əvvəlcə o zaman iki inəyimi satıb sizə vermişəm dediyini, gah da 1200 ABŞ dolları sizə vermişəm dediyini, gahda sizə verdiyim pulları geri qaytarmamısınız dediyini, onların cavabdehə “bizim torpaq sahəmizə yaxın durmayın, bugündən özümüz baxacağıq” dediyini, bu mübahisədən 10-15 gün sonra Cavabdeh onlara gəldiyini, aralarında olan söz-söhbətdən sonra peşimançılıq hissi keçirdiyini bildirdiyini, özü ilə 150 manat da pul gətirdiyini söylədiyini, həyat yoldaşı Sədaqət Seyidovayla pulu qəbul etmədiklərini, yoldaşının cavabında “Elxan deyirdin ki, yonca toxumuna pul vermişəm, o da olsun sənin yonca toxumunun pulu. Bu ilin sentyabr ayına qədər sahəmizə baxmaqla bərabər məhsulunuda götür. Bundan sonra özümüz baxacağıq” dediyini, Cavabdeh onlara “eşitmişəm torpaq sahənizi başqasına satmaq fikrindəsiniz” dediyini, onlarında torpaq sahələrini satmaq və ya başqasına vermək fikirləri olmadığını “arxeyin ol, əgər elə bir fikrimiz olsa yəqin ki, sizdən başqasına torpaq sahəsini vermərik” dediklərini, bununla da onlar arasında olan söhbətin yekunlaşdığını, traktorla sahəsini şumlatmaq istəyəndə Cavabdeh və onun oğlunun torpaq sahəsinə girərək çığır-bağırla “bura bizim torpaqdır. Biz buranı almışıq. Hara gedirsiniz gedin. 1200 ABŞ dollarımı gətirdikdən sonra torpağını özünüzə verərəm” dediklərini, Cavabdeh onun mülkiyyət hüququnu pozduğunu, onun mülkiyyətini qanunsuz olaraq zəbt etdiyini qeyd edərək, mülkiyyətində olan Şərur rayonu Maxta kənd ərazisində yerləşən dövlət aktı ilə verilmiş JN-0412 kod-10216018 nömrəli 0,72 ha torpaq sahənin cavabdehi tərəfindən yaradılmış maneələri aradan qaldıraraq Cavabdeh alınıb ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı izahatında iddia ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında iddiaçı Cavabdeh ona qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun mülkiyyətində olan Şərur rayon Maxta kənd ərazisində yerləşən 0.72 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 1100 (bir min yüz) ABŞ dollarını, zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiyini, Şərur Rayon Məhkəməsinin 2(110)-229/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə onun iddia tələbi qismə əsaslı hesab edilərək ondan iddiaçıdan aldığı 560 (beş yüz altmış) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4.71 (dörd manat yetmiş bir qəpik) manatı olmaqla, cəmi 864.71 (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) manat pulun alınaraq iddiaçı Cavabdeh ödənilməsinin müəyyən olunduğunu, iddianın digər hissədə rədd edildiyini, bununlada Cavabdeh qeyd etdiyi kimi torpaq sahəsinin ona satılmasının öz təsdiqini tapmamasını qeyd edərək məhkəmədən iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddianı qəbul etmədiyini bildirərək izahatında 2000-ci ildə İddiaçı pul lazım olduğu üçün hazırkı mübahisəli torpaq sahəsini satmaq istədiyini bildirdiyini, torpaq sahəsini ona almağı təklif etdiyini, o da qəbul edərək torpağın hər 1000 m2-nə 150 ABŞ dolları ödəyərək torpağı satın aldığını, Torpağın alqı-satqısını rəsmiləşdirmək üçün notariusa getdiklərini, həmin vaxt onun avtomobildə oturub gözlədiyini, Mirağanın notariusun yanına getdiyini, geri qayıtdıqdan sonra notariusun orada olmadığını bildirdiyini, alqı-satqını rəsmiləşdirməyə ehtiyac olmadığını, “torpaq sənindir” dediyini, torpaq sahəsinin sənədlərinin ona verdiyini, 2009-cu ildə Mirağa kredit götürmək istədiyini bildirərək ondan torpağın sənədlərini istədiyini, o, da sənədləri ona verdiyini, kredit götürdükdən sənədi ondan tələb etdiyini, Mirağanın torpağı sənədini gətirib ona verdiyini, sonradan həmin sənədlərin əslini deyil təsdiqlənmiş surətini ona verdiyini bildiyini, 2019-cu ildə Mirağanın onlara gəldiyini, 560 manat pul gətirib mənə qaytarmaq istədiyini dediyini, onun da pulu götürmədiyini, özünün isə Mirağagilə getmədiyini, ona 150 manat aparmadığını, 2020-ci ilin sentyabr ayında Mirağa ilə həyat yoldaşı gələrək, torpağı qaytarmaq istədiklərini dediklərini, onlara ödədiyim pulu qaytarın özümə torpaq sahəsi alım” dediyini, onların da torpaqlarını da qaytaracağını da dediyini, həmin torpaq sahəsini iddiaçıdan satın aldığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehin vəkili Vəkil cavabdehlə eyni məzmunlu izahat verərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. 25 yanvar 2021-ci il tarixdə keçirilən məhkəmə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilərək ifadə verən X5 ifadəsində İddiaçı arvadı olduğunu, Mirağanın mübahisəli torpaq sahəsini 2000-ci ildə 2008-ci ilə qədər Cavabdeh icarəyə verdiyini, 2008-ci ildə pul lazım olduğu üçün Mirağanın həmin torpaq sahəsini satmaq istədiyini, Cavabdeh Mirağaya “mən sənə pul verərəm, torpağı satma” deyib Mirağaya 560 manat pul gətirib verdiyini, 2015-ci ildə Bakı şəhərinə getdiklərini, 2018-ci ildə yenidən Maxta kəndinə qayıtmalı olduqlarını, 2018-ci ilin noyabr ayında Mirağanın Elxanın pulunu qaytardığını, 2019-cu ildə Mirağa Elxana yoncanın bir biçimini ona verməsini istədiyini, Elxanın onunla razılaşdığını, lakin sözünü tutmayaraq yoncanı onlara vermədiyini, 2020-ci ildə Mirağa ilə torpaq sahəsinə getdiklərini, Elxanla oğlunun da orada olduğunu, Mirağa Elxana oğlunun kredit borcunu ödəmək üçün 240 manat pul lazım olduğunu dediyini, sonradan Elxanın onlara gəldiyini, krediti ödəməsi üçün Mirağaya 150 manat gətirdiyini dediyini, Mirağanın pulu ondan almadığını, Mirağanın cavabdehdən torpaq sahəsini geri qaytarmasını dəfələrlə tələb etsə də, cavabdehin onunla razılaşmadığını və torpaq sahəsini qaytarmadığını bildirmişdir. Məhkəmə tərəflərin və cavabdehin vəkilinin izahatlarına və tədqiq olunmuş digər sübutlara məcmu halda qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarında olan JN-0412 KOD 10216018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Maxta kəndi ərazisində 0.72 ha torpaq sahəsi İddiaçı, X2, X1 və X3 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli 2(110)-78/2021 saylı qərardadından görünür ki, mülki işin icraatı dayandırılmışdır. İş materiallarında olan Şərur rayon Məhkəməsinin 06 oktyabr 2021-ci il tarixli 2(110)-78/2021 saylı qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Beləliklə məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, mübahisə predmeti olan Şərur rayon Maxta kəndi ərazisində yerləşən 0,72 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı və onun ailə üzvlərinin - X2, X1 və X3 ümimi birgə mülkiyyətlərinə verilmişdir. Həmin torpaq sahəsi haliyədə iddiaçının həmkəndlisi, Cavabdeh tərəfindən qanuni əsaslar olmadan istifadə edilir. Məhkəmə baxışı zamanı cavabdehin həmin torpaq sahəsinə hər hansı hüququnun olmasını müəyyən etmək mümkün olmamışdır. İddiaçı və ailə üzvləri birgə mülkiyyətlərində olan həmin torpaq sahəsindən istifadə edə bilmir, bir neçə dəfə cavabdehdən həmin torpaq sahəsinə törədilən maneənin aradan qaldırılmasını tələb etsələrdə də, cavabdeh könüllü olaraq həmin torpaq sahəsinə törədilən maneəni aradan qaldırmaq istəməmişdir. Eyni zamanda mübahisə predmeti təşkil edən torpaq sahəsi iddiaçı və ailə üzvlərinin birgə mülkiyyətlərində olmağına baxmayaraq, həmin torpaq sahəsindən cavabdehin maneə yaratması nəticəsində iddiaçılar birgə mülkiyyətlərində olan həmin torpaq sahəsi üzərində sahiblik və ondan istifadə edə bilmirlər. Halbuki hər bir kəs mülkiyyətində olan əmlakı üzərində digər şəxslərin hüquqlarını məhdudlaşdırmadan sərbəst surətdə sahiblik, istifadə və sərəncam vermək səlahiyyətinə malikdir. Ona görədə iddia təmin edilərək Cavabdeh tərəfindən İddiaçı və onun ailə üzvlərinin birgə mülkiyyətlərində olan və Şərur rayon Maxta kəndi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.72 ha torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılaraq, torpaq sahəsi İddiaçı və ailə üzvlərinə qaytarılmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh İddiaçı oğlunun mülkiyyətində olan Şərur rayon Maxta kənd ərazisində yerləşən 0.72 ha torpaq sahəsinin alınması üçün ödənilmiş 1100 (bir min yüz) ABŞ dollarını, zərər olaraq əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin və ya manatla ekvivalentinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat pulun və 30 (otuz) manat dövlət rüsumunun İddiaçı alınıb ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmiş, Şərur Rayon Məhkəməsinin 2(110)-229/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçıdan aldığı 560 (beş yüz altmış) manat, hüquqi yardıma görə vəkilə ödənilmiş 300 (üç yüz) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun 4.71 (dörd manat yetmiş bir qəpik) manatı olmaqla, cəmi 864.71 (səkkiz yüz altmış dörd manat yetmiş bir qəpik) manat pul alınaraq iddiaçı Cavabdeh ödənilməsi müəyyən olunmuş, iddia digər hissədə rədd edilmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-229/2021 nömrəli, 26 avqust 2021-ci il tarixli qətnaməsi tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, qətnamə qanuni qüvvəyə mindiyindən icraya yönəldilmişdir. İlk öncə qeyd edilməlidir ki, mübahisə predmeti olan torpaq sahəsinin iddiaçının xüsusi mülkiyyətində olması işin mübahisəsiz hallarıdır. Mülkiyyətin müdafiəsi isə konstitusion hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəllənin: - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; - 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Eyni zamanda “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Mançini İtaliyaya qarşı” işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. “Loizidu Türkiyəyə qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 84-cü maddəsinə əsasən torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur; - 111-ci maddəsinin tələbinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 239.2-ci maddəsinə əsasən fizik və ya hüquqi şəxsin mülkiyyətində olan torpaq sahəsinə onun mülkiyyətçisinin icazəsi olmadan girməyə, qanunla nəzərdə tutulan hallar istisna olmaqla, icazə verilmir. Beləliklə, işin müəyyən olunmuş faktiki hallarından aydın olur ki, cavabdehin hazırki vəziyyətdə iddiaçıya məxsus torpaq sahəsindən istifadəyə müdaxiləsi hər hansı qanuni-hüquqi əsasa söykənməməklə, iddiaçının daşınmaz əmlak üzərində əmlak hüquqlarının kobud surətdə pozulması ilə nəticələnmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia ərizəsinə məhkəmədə baxılması ilə iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi ilə əlaqədar ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etlmədiyindən, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon Maxta kəndi ərazisində JN-0412 KOD 10216018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktı ilə İddiaçı və ailə üzvlərinin mülkiyyətinə verilmiş 0.72 ha torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılaraq, torpaq sahəsi İddiaçı və ailə üzvlərinə qaytarılsın. İddia qaldırılarkən ödənilmiş 10 (on) manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-78/2021
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-78/2021
27.10.2021 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver