Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-787/2025 07.11.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X37 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın - mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhumə X3 mülkiyyətində olmuş ünvan 1 ərazisində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, mərhumə bacısı X19 xx.xx.2001-ci ildə ünvan 1ində vəfat etmişdir. X12 ünvan 1 ərazisində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi mülkiyyətində olub. Bu barədə ona JN-264 saylı 10212018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. X3 ünvan 1i ərazisində yerləşən 0,13 ha həyatyanı torpaq sahəsi miras qalmışdır. X12 ölümündən sonra aşağıda göstərilən varisləri olmuşdur:
1. Atası: X13- (vəfat edib)
2. Anası: X21- (vəfat edib)
3. Bacısı: Əsgərova (Əliyeva) Zahidə Həsənxan qızı
4. Bacısı: X16
5. Qardaşı: X22 - (vəfat edib)
6. Qardaşı: Ərizəçi
7. Qardaşı: X14 Həmin miras əmlakını, o mərhumə X3 ölümündən sonra mübahisəsiz olaraq qəbul etmişdir və həmin torpaq sahəsindən istifadə edir. Onun digər varisləri isə miras əmlakı qəbul etməkdən imtina etmişdirlər. Onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilməmişdir. O mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon bir saylı Notariat Ofisinə müraciət etmiş, Şərur rayon bir saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 59 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmiş və məhkəməyə xx.xx.2025-ci il tarixli, 73№-lu məktubla müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahidlər X16 və X17 izahatında öz paylarından Ərizəçi xeyrinə imtina etdiklərini və bu barədə notarial təsdiqli ərizə imzaladıqlarını bildirmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən şahid X14 izahatında öz payından Ərizəçi xeyrinə imtina etdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatını və toplanmış sübutları məcmu halında, tam, hərtərəfli və əlaqəli şəkildə tədqiq edib, hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli AZ-İİ № 675761 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.2001-ci il tarixində Şərur rayonunda vəfat etmişdir; - JN-264A nömrəli 10212018 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 17 iyul 1997-ci il tarixli 11 nömrəli qərarı ilə X12 0.13 ha həyətyanı torpaq sahəsi mülkiyyətinə verilmişdir. - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 97 nömrəli arayışından görünür ki, mərhum X12 vərəsələri aşağıdakı kimidir:
1. X13- (vəfat edib)
2. X21- (vəfat edib)
3. Əsgərova (Əliyeva) Zahidə Həsənxan qızı
4. X16
5. X22 - (vəfat edib)
6. Ərizəçi
7. X14 - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində X15 aid xx.xx.2025-ci ilədək yoxlama aparılmış və nikah haqqında akt qeydi aşkar edilməmişdir. U.Əsgərova öldüyü xx.xx.2001-ci il tarixədək subay olmuşdur. - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 98 nömrəli arayışdan görünür ki, X1 yaşamış, ailə qurmamış və övladı olmamışdır. - ünvan 1 icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1998-ci il tarixli № 458287 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1997-ci il tarixində ünvan 1ində vəfat etmişdir; - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 047730 nömrəli çıxarışdan görünür ki, X21 xx.xx.2001-ci il tarixində ünvan 1ində Botulizm zəhərlənmə səbəbindən vəfat etmişdir; - Naxçıvan MSSR İliç rayonu Püsyan kənd soveti tərəfindən verilmiş xx.xx.1990-cı il tarixli Vжг 377655 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X22 ilə X17 arasında xx.xx.1990-cı il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 31 nömrə ilə qeyd edilmişdir. - Şərur rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 466603 nömrəli çıxarışdan görünür ki, X22 xx.xx.1994-cü il tarixində ünvan 1ində Mədə operasiya səbəbindən vəfat etmişdir; - ünvan 1 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 99 nömrəli arayışdan görünür ki, X2 yaşamış, ailəli olmuşdur və övladı olmamışdır. - Maraqlı şəxs notariusunun 59 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi Qanun üzrə X29 Şəhadətnamə verilməsindən imtina edilmişdir; - X4 rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2001-ci il tarixdə vəfat etmiş bacısı X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair İstənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur; - X8 rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2001-ci il tarixdə vəfat etmiş bacısı X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair İstənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur; - X10 rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-ci maddəsində (xx.xx.2023-cü il tarixdən əvvəlki redaksiyada) nəzərdə tutulmuş müddət ərzində xx.xx.2001-ci il tarixdə vəfat etmiş bacısı X11 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakı qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququnu) notariat orqanına müraciət etməklə və ya faktiki olaraq mirası qəbul edərək həyata keçirməmişdir. Miras əmlaka dair İstənilən əsaslarla ona çatası vərəsəlik payına dair hüquqlarını rəsmiləşdirmək istəmir, onu vərəsələr sırasına daxil etmədən vərəsəliyin rəsmiləşdirilməsinə etirazı yoxdur; - Şərur rayon Püsyan bələdiyyəsi tərəfindən verilmiş 28 oktyabr 2025-ci il tarixli 41 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum bacısı X15 məxsus JN-264 nömrəli torpaq sahəsini özü istifadə etmiş və vətəndaşın əmlak və torpaq vergisinə borcu yoxdur. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və X12 vərəsələrinin ərizələri ilə müəyyən edilmişdir ki, ərizəçinin bacısı X19 xx.xx.2001-ci il tarixdə öldükdən sonra onun ikinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə bacısından miras qalmış əmlaka faktiki sahiblik etməsi, həmin əmlakı idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıqaşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.2.-ci maadəsinə görə İkinci növbədə vərəsələr - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar. - 1160-cı maddəsində qeyd edilir ki, Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir. - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159-cu maddəsinin bəzi müddəalarının həmin Məcəllənin 1165-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə yalnız qanunla müəyyən edilmiş vərəsəliyin növbəliyinə daxil olan və miras qoyana münasibətdə müvafiq qohumluq dərəcəsi üzrə şəxslər vərəsə qismində çıxış edə bilər. Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2001-ci il tarixdə ölmüş X11 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki qanunvericiliyi vərəsəlik hüquq münasibətlərində irsi transmissiya qaydasının tətbiqini nəzərdə tutur. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Bu şəxslərə ölənin uşaqları, əri (arvadı), qardaş-bacıları, nənə - babaları və digər kateqoriya şəxslər aiddir. Göstərilən şəxslər miras qoyanla bu və ya digər dərəcə üzrə qohumluq münasibətində olan şəxslərdir.Qanun üzrə vərəsələr vərəsəliyə müəyyən olunmuş növbə qaydasında ardıcıllıqla çağırılırlar. Bu zaman vərəsənin miras qoyanla yaxın qohumluq faktı əsas meyar kimi nəzərdə tutulmuş və vərəsələrin ayrı-ayrı qruplarının miras qoyana yaxınlıq dərəcəsi ilə uyğunlaşdırılmışdır. Belə ki, bu dairə müəyyən edilərkən, ilk növbədə, ailə üzvlüyü, sonra yaxın qohumluq, daha sonra isə qohumluq amilləri ardıcıllıqla nəzərə alınmışdır. Beləliklə, qanunda miras qoyana yaxınlığı baxımından qohumlar arasında beş növbə üzrə vərəsəliyin təsbiti yalnız əvvəlki növbənin vərəsələrinin olmaması halında sonrakı növbənin vərəsələrinin mirası qəbul etmək imkanını, başqa sözlə qohumlar arasında mirasa yiyələnməkdə miras qoyana yaxınlığı baxımından ardıcıllığı tənzimləyir.Hazırkı halda miras qoyanın birinci növbə vərəsələrinin olmaması artıq ikinci növbə vərəsələrin mirasdan pay almaq hüququnu leqallaşdırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi:
1. Ərizə təmin edilsin.
2. xx.xx.2001-ci il tarixdə vəfat etmiş X11 miras qalmış ünvan 1 ərazisində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsinin miras əmlak olaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin.
3. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin.
4. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
5. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İlkin Zeynalov