Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-788/2023 18.09.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X15 məhkəmə iclas katibliyi, Ərizəçi X8 iştirakı ilə, Ərizəçi X8 maraqlı şəxs Şərur rayon Polis İdarəsinə qarşı “Azərbaycan Respublikası ərazisində daima yaşama faktının müəyyən edilməsi barədə” ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi X23 ərizə ilə məhkəməyə müraciət edərək, onun 1995-ci ildən Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Şərur rayonu Yengicə kəndində daimi olaraq yaşadığı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi X23 ərizəsində 1995-ci il tarixdən X16 ilə ailə həyatı quraraq Şərur rayonu Yengicə kəndində yaşadığını, onların 3 övladları-xx.xx.1995-ci il təvəllüdlü X4, xx.xx.2001-ci il təvəllüdlü X9 və xx.xx.2004-cü il təvəllüdlü X10 doğulduğunu, X4 xx.xx.2014-cü il tarixdə serebral iflicdən vəfat etdiyini, oğlu Qabilin xx.xx.2023-cü il tarixdən Azərbaycan respublikası ərazisində hərbi xidmətdə olduğunu, Şərur rayon Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci il tarixdən Şərur rayon Yengicə kəndində 0.13 ha torpaq sahəsində yerləşən fərdi yaşayış evinin və torpaq sahəsinin onların mülkiyyətinə verildiyini, onun 1995-ci il tarixdən Şərur rayon Yengicə kəndində yaşadığını, onun Şərur yaşamağının fakt olduğunu, Şərur rayon Yengicə kəndində yaşamağının yaşayış yeri arayışında da öz təsdiqini tapdığını, həmin arayışda onun Şərur rayon Yengicə kəndində yaşamağının 1995-ci il tarixdən olaraq qeyd edildiyini, bunu sübut etmək üçün qonşularını məhkəməyə şahid kimi dəvət edəcəyini, onun Azərbaycan Respublikası vətəndaşı olmaq üçün, şəxsiyyət vəsiqəsi almaq üçün müvafiq orqanlara müraciət etdiyini, lakin heç bir nəticə əldə olunmadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçi X23 ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında 1995-ci ildə şərur rayon Yengicə kəndində X16 ilə ailə qurduğunu, yetkinlik yaşına çatmadığı üçün nikah bağlamadıqlarını, sonradan ərinin azadlıqdan məhrum edildiyini, ona görə də nikaha düşə bilmədiklərini, şəxsiyyətini təsdiq edən sənədin yalnız doğum şəhadətnaməsi olduğunu, məqsədinin qeydiyyata düşüb şəxsiyyət vəsiqəsi almaq olduğunu, eyni zamanda 2017-ci il təvəllüdlü qızı Məryəmin doğum haqqında şəhadətnaməsi olsa da şəxsiyyət vəsiqəsi ala bilmədiklərini, buna görə də uşağın məktəbə gedə bilmədiyini, məhkəmədən ərizəsinin təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Polis İdarəsinə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinin tələblərinə müvafiq olaraq məhkəmə baxışı iclasının maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X25 ifadəsində X8 Şərur rayon Yengicə kənd sakini Cəlil İsmayılovla 1995-ci ildə evləndiklərini, 27-28 ildir ki, Şərur rayon Yengicə kəndində onlarla qonşuluqda yaşadıqlarını, onların evliliklərindən 4 uşaqlarının doğulduğunu, uşaqlarından birinin xəstə olduğu üçün rəhmətə getdiyini, birinin hərbi xidmətdə olduğunu, digərinin Xələc kəndində ailəli olduğunu, balaca qızının onunla kənddə yaşadığını, Ekanın evdar xanım olduğunu, onun heç bir sənədi olmadığı üçün ümumiyyətlə Naxçıvanı tərk edə bilmədiyini, təqribən 1 ilə yaxındır anasının rəhmətə getdiyini, sənədləri olmadığı üçün onun yas mərasiminə də gedə bilmədiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 ifadəsində Ekanın 1995-ci ildə Cəlil İsmayılovla ailə quraraq Yengicə kəndində gəlin gəldiyini, həmin vaxtdan bu günədək Yengicə kəndində yaşadığını, sənədləri olmadığı üçün heç bir yerə gedə bilmədiyini, evdar xanım olduğunu 4 uşağının olduğunu, birinin rəhmətə getdiyini, birinin hərbi xidmətdə olduğunu, digərinin Xələc kəndində ailəli olduğunu, balaca qızınında onunla kənddə yaşadığını bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X27 ifadəsində Qasaşvili Ekanın 1995-ci ildə Şərur rayon Yengicə kənd sakini yaxın qonşusu Cəlil İsmayılovla evləndiyini, bu günədək həmin kənddə yaşadığını, sənədləri olmadığı üçün qeydiyyata düşə bilmədiyini, heç bir yerə gedə bilmədiyini, 4 uşağının doğulduğunu, birinin rəhmətə getdiyini, birinin hərbi xidmətdə olduğunu, digərinin Xələc kəndində ailəli olduğunu, balaca qızınında onunla yaşadığını bildirmişdir. Məhkəmə ərizəçini və şahidləri dinləyib, işdə olan digər sübutları qarşılıqlı şəkildə qiymətləndirərək hesab edir ki, ərizə əsaslıdır və təmin edilməlidir. Belə ki, iş materialında olan: - JN-0083 KOD 10207018 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X5, X24, X11 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Yengicə kəndində 0.31 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - xx.xx.2010-cü il tarixli, 08 nömrəli orderdən görünür ki, X2 əlili olması ilə əlaqədar X16 ailə başçısı olmaqla X26, X11, X17 və X1 91.8 m2 mənzil verilmişdir; - JN-712A KOD 10207018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X5, X24, X11 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Yengicə kəndində 0.13 hektar yəyətyanı torpaq sahəsi verilmişdir; - Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin xx.xx.2023-cü il tarixli 428 nömrəli arayışından görünür ki, 2005-ci il təvəllüdlü X20 müddətli həqiqi hərbi xidmətdədir; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 177 nömrəli arayışından görünür ki, X23 həqiqətəndə 1995-ci ildən Şərur rayon Yengicə kəndində yaşayır; - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, AZ-İ № 799384 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X4 atası X16, anası isə X13r. - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2001-ci il təvəllüdlü X6 atası X18, anası isə X13r. - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 474423 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X7 atası X18, anası isə X13r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X21 xx.xx.2014-cü il tarixdə Şərur rayon Yengicə kəndində serebral iflic səbəbəindən ölmüşdür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, ərizəçi X23 1995-ci il tarixdə Şərur rayon Yengicə kənd sakini X16 ilə ailə həyata quraraq həmin vaxtdan Şərur rayon Yengicə kəndində yaşamağa başlamışdır. Həmin vaxt ərizəçi yetkinlik yaşına çatmadığından onlar nikah qeydiyyatına düşə bilməmişlər. Onların birgə evliyindən dörd uşaqları doğulmuşdur. Eyni zamanda torpaq islahatı zamanı Arar İslahat Komissiyasının xx.xx.1998-ci il tarixli, 05 nömrəli qərarı ilə ona və ailə üzvlərinə Şərur rayon Yengicə kəndində 0.31 ha kənd təsərrüfatı təyinatlı və 0.13 ha həyətyanı torpaq sahəsi verilmişdir. Məhkəmə baxışı iclasında dindilən şahidlərin ifadələri, həmçinin Şərur rayon Yengicə kənd inibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 177 nəmrəli arayışı ilə müəyyən olunur ki, X8 həqiqətəndə 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.11-ci maddəsinə görə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışdırsa, hüquqi əhəmiyyəti olan digər faktlar məhkəmə qaydasında müəyyən edilir; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsini, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır; - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Yuxarı qeyd edilənlərə hüquqi qiymət verərək məhkəmə belə hesab edir ki, ərizəçi X8 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi X14 aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 216-220-ci, 307,308, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : Ərizə təmin edilsin. Ərizəçi X8 1995-ci ildən daimi olaraq Şərur rayon Yengicə kəndinin ərazisində yaşaması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçi X14 aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəkti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-788/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-788/2023
18.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması,habelə Azərbaycan Respublikasında daimi yaşaması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver