Məhkəmə qərarları › İş №2(110)-791/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-791/2024

16.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-791/2024 16.09.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X22 məhkəmə iclas katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2019-cu il tarixdə vəfat etmiş əri X8 miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, mərhum həyat yoldaşı X9 Şərur rayon Danyeri kəndində 3916.57 kv.m torpaq sahəsi və üzərində 20.6 kv.m köməkçi sahədən, 61.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinin miras əmlak olaraq qaldığını, mərhum həyat yoldaşı X16 14 dekabr 2014-cü ildə dünyasını dəyişdiyini, onun

1. X17 – arvadı

2. X25 – oğlu

3. Əbilova (İsmayılova) Xatirə İsa qızı – qızı

4. X50 – oğlu

5. X26 – qızı

6. X33 – qızı

7. X34 (vəfat edib)

8. X27 – oğlu (vəfat edib) Mərhum həyat yoldaşının əvvəllər X18 ilə evli olduğunu, onların nikahının 02 aprel 1990-cı ildə pozulduğunu, vərəsələrdən X50, X26, X35, X19 həyat yoldaşının 1-ci nikahından olan övladları olduğunu, Gülgəz İsmayılovanın nikahları pozulmamışdan 4-5 il öncə İsa İsmayılovdan faktiki ayrılaraq uşaqları ilə birgə Gəncə şəhərinə köçdüyünü, heç bir zaman Şərur rayon Danyeri kəndinə gəlmədiyini, sonradan isə nikahlarının pozulmasını rəsmiləşdirdiklərini, hal-hazırda Gəncə şəhərində yaşadıqlarını, lakin dəqiq ünvanlarını bilmədiklərini, onun mərhum həyat yoldaşı X36 ilə 02 iyun 1992ci ildə rəsmi nikah qeydiyyatından keçməklə ailə qurduğunu və nikahlarında X25, X27 və X51 adlı 3 övladının doğulduğunu, miras qoyan mərhum həyat yoldaşı X16 xx.xx.2014-cü ildə vəfat etdiyini, onun vəfat edəndən sonra qanunla müəyyən olunmuş müddət ərzində (mirasın qəbulu üçün nəzərdə tutulmuş 3 ay müddət) həmin miras əmlakda faktiki yaşamaqla və miras əmlakı idarə etməklə miras əmlakı onun qəbul etdiyini, mərhum həyat yoldaşının vəfatından sonra həmin miras əmlakda o və övladları – X37 və X28 yaşadıqlarını, həyat yoldaşının vəfatından sonra bələdiyyə ödənişlərinin (torpaq, su, tullantı ödənişləri), həmçinin elektrik sərfiyatına görə və s. ödənişləri onun ödədiyini, bunu kəndlərində yaşayan qonşuları da təsdiq edə biləcəyini, mərhum həyat yoldaşının Gəncə şəhərində yaşayan birinci nikahından olan vərəsələrinin isə miras əmlakı qəbul etmədiklərini və miras əmlakı qəbul etməyə heç bir təşəbbüs göstərmədiklərini, mərhum həyat yoldaşı X9 miras qalan Şərur rayon Danyeri kəndində 3916.57 kv.m torpaq sahəsi və üzərində 20.6 kv.m köməkçi sahədən, 61.6 kv.m yaşayış sahəsindən ibarət fərdi yaşayış evinə dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini Şərur Rayon 2 Saylı Notariat Ofsindən xahiş etsə də, notariat ofisinin müraciətindən imtina etdiyini, bu səbəbdən də məhkəməyə müraciət etdiyini, həmçinin məhkəməyə ərizə ilə müraciət etmək üçün zəruri sənədlərin toplanması zamanı Şərur Rayon Nikah Evinə müraciət edərək mərhum həyat yoldaşı X16 Gəncə şəhərində yaşayan vərəsələrinin doğum haqqında şəhadətnamələrindən çıxarış almaq istəsə də, mümkün olmadığını bildirmişdir. Ərizəçi məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsədə, o məhkəmə iclaslarında iştirak etməmiş, lakin məhkəmədə nümayəndə ilə təmsil olunmuşdur Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin nümayəndəsi Nümayəndə ərizəçinin ərizədə qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X38 ifadəsində Tamara ilə qonşu olduqlarını, ailəliklə yaxın münasibətlərinin olduğunu, Məmmədin nə vaxt rəhmətə getdiyini xatırlamadığını, Məmməd rəhmətə getdikdən sonra həmin evdə Tamara və Şahinin yaşadıqlarını, Aşağı Yaycıda olan torpaq sahələrini və digər torpaq sahələrinidə Tamaranın bu günədək idarə etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X10 ifadəsində Tamara ilə həm qonşu olduğunu, həmdə Məmmədin onun qaynı olduğunu, Məmmədin təqribən 5 il olar rəhmətə getdiyini, amma dəqiq vaxtı xatırlamadığını, onun rəhmətə gedəndən sonra həmin evdə Tamara ilə oğlu Şahinin birlikdə yaşadıqlarını, X53 və Bakıda torpaqları olduğunu, Məmməd rəhmətə gedəndən sonra həmin torpaqlara Tamaranın sahiblik etdiyini, həmin evdə mətbəx, hamam, tualet tikdirdiyini, Aşağı Yaycıda olan torpaqlarında meyvə ağaclarının olduğunu, daimi bağa qulluq etdiyini, evin həyət sahəsində tərəvəz əkib becərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X11 ifadəsində Tarama və Məmmədlə uzaq qohumluqlarının olduqlarını, həmdə qonşu olduqlarını, Məmmədin təqribən 5 il olar rəhmətə getdiyini, onun evində Tamara və Şahinin yaşadıqlarını, bütün əmlaklara Tamaranın Shiblik etdiyini, Məmmədin ölümündən sonra Tamaranın xərc çəkərək evdə hamamı təmir etdirdiyini, həyətyanı sahədə meyvə ağacları əkdiklərini, onlara qulluq etdiklərini, Aşağı Yaycıda və Bakı şəhərində torpaq sahələrinin olduğunu, Aşağı Yaycıda olan torpaq sahəsində meyvə ağacları əkdiklərini, bağa daimi qulluq etdiklərini bildirmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatlarına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - İliç rayon Yaycı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1976-cı il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə atası X39, anası Ərizəçidır; - Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, X39 ilə Ərizəçi arasında xx.xx.1963-cü il tarixdə 02 nömrəli akt qeydi ilə rəsmi nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra qadına “Cəfərova” soyadı verilmişdir; - Şərur rayon Y.Yaycı kənd icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X39 xx.xx.2019-cu il tarixində Şərur rayon Yuxarı Yaycı kəndində beyin özemi səbəbindən vəfat etmişdir; - Şərur rayon Y.Yaycı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 151/10 nömrəli arayışından görünür ki, mərhum Nümayəndə X4 aşağıdakı tərkibdən ibarət varisləri vardır:

1. Yoldaşı: Ərizəçi xx.xx.1944

2. Qızı: Cəfərova (Qasımova) Xatirə Məmməd qızı xx.xx.1967

3. Qızı: Cəfərova (Hüseynova) Səriyyə Məmməd qızı xx.xx.1970

4. Qızı: Cəfərova (Nəsibova) Fatma Məmməd qızı xx.xx.1972

5. Oğlu: X40 xx.xx.1974

6. Oğlu: Nümayəndə xx.xx.1976

7. Oğlu: X29 xx.xx.1978

8. Qızı: Cəfərova (Nadirova) Surə Məmməd qızı xx.xx.1981 - xx.xx.2018-ci il tarixli, MH № ******* seriyalı, ********** qeydiyyat nömrəli Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışdan görünür ki, Abşeron rayon Məmmədi kəndində yerləşən torpoaq sahəsi tam mülkiyyət hüququ üzrə X20 adına qeydiyyata alınmışdır; - JN-172A KOD 10215018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Aşağı Yaycı kəndində 0.14 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X20, Ərizəçi, X12, X13 və X21 mülkiyyətlərinə verilmişdir; - JN-424 KOD 10215005 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının notarial qaydada təsdiq olunmuş görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1998-ci tarixli 06 nömrəli qərarı ilə Şərur rayon Yaycı kəndində 0.29 ha torpaq sahəsi birgə mülkiyyət hüququ əsasında X20, Ərizəçi, X12, X13 və X21 mülkiyyətlərinə verilmişdir; - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 58 saylı, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Şərur rayon Yuxarı Yaycı kəndində qeydiyyatda olan Ərizəçi qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - xx.xx.2018-ci il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X5 rayonu Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsinin 0.02 ha hissəsini X1; - Ərizəçi əvəzindən Nümayəndə Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində Şərur rayon Yuxarı Yaycı kəndində yaşamış xx.xx.2019-cu ildə vəfat etmiş əri X8 qalmış miras əmlakdan vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Miras əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlakdan ibarət olduğunu bildirmişdir. - X30 Maraqlı şəxsndə verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində xx.xx.2019-cu ildə vəfat etmiş atası X8 qalmış mirası qəbul etmədiyini, qəbul etməsi ilə bağlı məhkəməyə iddia vermədiyini və mirasa dair heç bir iddiasının olmadığını bildirmişdir. - X23 1 saylı Gəncə regional “ASAN xidmət” mərkəzində verdiyi xx.xx.2024-cü il tarixli ərizəsində atası X20 xx.xx.2019-cu ildə vəfat etdiyini, ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq ona məxsus olan bütün miras əmlakdan ona çatası miras payını qanunla müəyyən olunmuş müddət ərzində bilərəkdən qəbul etmədiyini, indi də etmədiyini və vərəsəlik hüququ haqqında şəhadətnamə almaq istəmədiyini bildirmişdir. - Nümayəndə, X41, X42 və X3 rayon 2 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2019-cu ildə vəfat etmiş atası X20 ölümündən sonra qalmış miras əmlakdan ona düşən vərəsəlik payını qəbul etmədiyini, qəbul etmək niyyəti olmadığını və gələcəkdə bunula bağlı heç bir iddia qaldırmayacağını, mirası faktiki olaraq idarə etmədiyini və mirasın qəbulu üçün heç bir orqana müraciət etmədiyini, ona məlumdur ki, əgər onun miras paydan imtina edirsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayıldığını, notarius tərəfindən ona izah olundu ki, ərizəni ləğv edə və götürə bilməyəcəyini, gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyini bildirmişdir. - X29 Bakı şəhəri 1 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2019-cu ildə ölmüş atası X8 irs qalmış qeyri yaşayış və torpaq sahələrindən habelə digər əmlak hüquqlarından ibarət mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. - xx.xx.2014-cü il tarixli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X7 rayonu Məmmədli kəndində yerləşən 0.1 ha torpaq sahəsini X2; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin nümayəndəsinin və şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin yoldaşı mərhum X39 xx.xx.2019-cu il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə yoldaşından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2019-cu il tarixdə ölmüş mərhum X8 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2019-cu il tarixdə ölmüş mərhum X8 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar