Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-792/2023 18.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X19 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Aqrar İslahat Komissiyasının 1999cu il tarixi qərarı ilə J№-409 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə qardaşı Cavabdeh ailə başçısı olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini almaq üçün ödədiyi 2500 (iki min beş yüz) manat, əldən çıxmış fayda qismində bu günə həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin fərqini 8500 (səkkiz min beş yüz) manat və dövlət rüsumu olaraq ödədiyi 123 (bir yüz iyirmi üç) manat, cəmi 11123 manat pulun Cavabdeh alınaraq İddiaçı xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində İddiaçı 2016-cı ildə Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə J№-409 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə qardaşı Cavabdeh ailə başçısı olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş kənd təsərrüfatı təyinatlı torpaq sahəsini həmkəndlisi X5 2400 (iki min dörd yüz) manata satdığını eşitdiyini və qardaşı Cavabdeh torpağı satmasının səbəbini soruşduqda Sərdarın maşın almaq istədiyini, lakin pulu olmadığını, ona görə də torpaq sahəsini satmaq istədiyini bildirdiyini, İddiaçı ona həmin torpaq sahəsini başqa adama satmamasını, torpağı qaytarmasını və ona satmasını xahiş etdiyini, Cavabdehda həmin torpaq sahəsinə görə ona 2500 (iki min beş yüz) manat verəcəyi təqdirdə torpağı həmkəndlisi X2 geri alıb ona satacağını bildirdiyini, İddiaçı həmin gün Şərur rayon Xanlıqlar kəndində yaşayan əmisi oğlu X11 2500 (iki min beş yüz) manat pul borc alaraq qardaşı Cavabdeh verdiyini, Cavabdeh həmkəndlisi X2 aldığı 2400 (iki min dörd yüz) manat pulu geri qaytararaq həmin torpaq sahəsinin sənədlərinin alıb İddiaçı verdiyini, həmin tarixdən də qeyd olunan torpaq sahəsinin İddiaçı istifadəsində olduğunu və həmin torpaq sahəsinin iddiaçının istifadəsində olmasının Şərur rayon Xanlıqlar kənd İƏD üzrə Nümayəndəlikdən və Xanlılar kənd Bələdiyyəsindən alınmış arayışlarda da öz əksini tapdığını, lakin həmin vaxt Cavabdeh ailə üzvləri olan digər mülkiyyətçilər Türkiyə Respublikasında olduqlarından torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirə bilmədiklərini, 2022-ci ilin əvvəlində torpaq sahəsinin digər mülkiyyətçiləri Türkiyə Respubikasından qayıtdıqdan sonra X6 xx.xx.2022-ci il tarixdə, Hüseynova (Yaqubova) Təhminə Sərdar qızının xx.xx.2022-ci il tarixdə, X7 isə xx.xx.2022-ci il tarixdə Şərur rayon iki saylı Notariat ofisinə gələrək ataları Cavabdeh ailə başçısı olmaqla birgə mülkiyyətlərinə verilmiş torpaq sahəsinin onlara çatacaq hissəsinin satılmasına heç bir etirazları olmadığı barədə ərizə verdiklərini, ondan sonra İddiaçı Cavabdeh torpağın alqı-satqısının notarial qaydada rəsmiləşdirməsini bildirdikə Cavabdeh torpağı 2016-ci ildə ona satmadığını, kirayə verdiyini və torpağı geri qaytarmaq istədiyini bildirdiyini, iddiaçının dəfələrlə Cavabdeh aralarında olan razılaşmanı xatırladaraq ondan aldığı torpaq sahəsinin alqı-satqısını notarial qaydada rəsmiləşdirilməsini xahiş etsə də Cavabdeh hər dəfə torpağı ona satmadığını, kirayə verdiyini bildirərək torpağın alqı-satqısının notarial qaydada rəsmiləşdirilməsindən yayındığını, 2016-cı ildə Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə JN-409 (KOD ********) nömrəli “Torpağa Mülkiyyət Hüququna Dair” Dövlət Aktı ilə qardaşı Cavabdeh ailə başçısı olmaqla 4 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 11349,46 m2 (1,134946 ha) hissəsinin pulunu 2500 (iki min beş yüz) manat ödəməklə satın aldığını, bu gün həmin torpaq sahəsinin qiyməti hər 1000 m2-nin (0.1 ha) bazar qiyməti ilə dəyəri 1000 (bir min) manat edər ki, bu da həmin torpaq sahəsinin bazar qiyməti ilə ümumi dəyəri 11349 (on bir min üç yüz qırx doqquz) manat edəcəyini, iddiaçı Cavabdeh həmin torpaq sahəsini 2016-ci ildə ucuz satdığını düşünərək həmin torpaq sahəsini alıb başqasına baha qiymətə satmaq istədiyini öyrəndiyini və Cavabdeh həmin torpaq sahəsini 2016-ci ildə ondan 2500 manata ondan satın aldığını, həmin pulla özünə maşın aldığının bir daha xatırladaraq, torpaq sahəsini geri qaytarmaq üçün ona verdiyi 2500 (iki min beş yüz) manat və bu günə bazar qiyməti ilə həmin torpaq sahəsinin dəyərinin fərqini, yəni 8500 (səkkiz min beş yüz) manat ümümilikdə 11000 (on bir min) manat ödəyəcəyi təqdirdə ondan aldığı torpaq sahəsini geri qaytaracağını bildirir. Cavabdeh isə bir daha torpağı ona satmadığını, kirayə verdiyini və ona pul qaytarmayacağını bildirdiyini, 2016-cı ildə 2500 manata qardaşı Cavabdeh satın aldığı kənd təsərrüfatı təyinatlı torpaq sahəsini bu günə olan bazar qiyməti ilə 11000 (on bir min) manata satsa burdan 8500 (səkkiz min beş yüz) manat təmiz gəlir əldə etmiş olacağını, Cavabdeh ondan aldığı torpaq sahəsini qaytararaq ona əhəmiyyətli dərəcədə (85000 manat) maddi zərər vurduğunu, göstərilənlərə əsasən iddiaçının 2016-cı ildə qardaşı Cavabdeh aldığı 1,134946 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini geri qaytarması üçün Cavabdeh torpaq sahəsini almaq üçün ödədiyi 2500 (iki min beş yüz) manat və əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bu günə bazar qiyməti ilə dəyərinin fərqi olan 8500 (səkkiz min beş yüz) manat, ümumilikdə 11000 (on bir min) manat pulu ona ödəməli olduğunu hesab etdiyini bildirmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 22 sentyabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsində qeyd etdikləri xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddiaçının iddia ərizəsində qeyd etdikləri xüsusatları eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə baxışı iclasında iştirak edən Cavabdeh izahatında torpaq sahəsini iddiaçıya satmadığını, pula ehtiyacım olduğu üçün torpaq sahəsini ögey qardaşı İddiaçı 5 il müddətə 2500 manata kirayə verdiyini, həmin pulla Türkiyə Respublikasına gedərək orada qızına toy etdiyini, gübrə almaq üçün torpaq sahəsinin sənədinin lazım olduğunu, buna görə də torpaq sahəsinin sənədini Etibara verdiyini, aralarında heç bir alqı-satqı müqaviləsi bağlanmadığını, eyni zamanda icarə müqaviləsi də bağlanmadığını, torpaq sahəsinin satılmasında qızlarının heç birinin razılığı olmadığını, qızlarının savadının olmadığını, onları aldadaraq onlardan ərizə aldıqlarını, həmin ərizələri daha onra ləğv etdirdiklərini, həmni torpaq sahəsini 5 illiyinə icarə verməsinə baxmayaraq, 7 ildir ki, Etibarın istifadəsində olduğunu, 2500 manatın icarə haqqı olduğunu, buna görə də, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X22 ifadəsində təxminən 7 il əvvəl İddiaçı Musa oğlu onun yanına gələrək, qardaşı Sərdarın torpaq sahəsini Məzahirə satmaq istədiyini dediyini, Etibarın həmin torpaq sahəsini Sərdardan almaq üçün ondan 2500 manat borc pul istədiyini, Etibara 2500 manat verdiyini, daha sonra 2017-ci ildə Etibarın Bakı şəhərinə getdiyini, Etibarın Sərdardan aldığı torpaq sahəsini və özünün torpaq sahəsini ona əkibbecərməsi üçün icarəyə verdiyini, Etibara illik 250 manat icarə haqqı verdiyini, Etibarın torpaq sahəsini hal-hazırda da əkib-becərdiyini bildirmişdir. Məhkəmədə baxışı iclasında iddiaçının təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X8 ifadəsində 2016-cı ildə Sərdardın ona torpaq sahəsini satmaq istədiyini bildirdiyini, 2400 manata razılaşdıqlarını, sonra Etibarın ona “torpaq sahəsini alma, mənim qardaşımın torpaq sahəsidir, mən almaq istəyirəm” dediyini, buna etiraz etmədiyini, bundan sonra həmin torpaq sahəsini almadığını bildirmişdir. Məhkəmədə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X16 ifadəsində Cavabdeh onun atası olduğunu, Musa Salmanovun onun həyat yoldaşına zəng edərək, razılıq ərizəsi verməsi üçün onları notariusa apardığını, torpaq sahəsinin atası Sərdarın adına keçməsi üçün razılıq verəcəyinin ona bildirildiyini, ərizəni verdiyini, onu aldadıb ərizəni yazdırdıqlarını, başqa məlumatının olmadığını bildirmişdir. Məhkəmədə baxışı iclasında cavabdehin təşəbbüsü ilə məhkəməyə dəvət edilən şahid X17 ifadəsində Cavabdeh onun atası olduğunu, 2016-cı ildə Türkiyə Respublikasında toyu olduğunu, atasının da toya gəldiyini, atasının ona torpaq sahəsini 2500 manata Etibara icarəyə verdiyini bildirdiyini, toydan sonra atasının kəndə qayıdıb torpaq sahəsinin sənədlərini Etibara verdiyini, daha sonra Etibarın həmin torpaq sahəsini Musaya satdığını, Musa Salmanovun onu notariusa apardığını, orada torpaq sahəsinin atasının adına keçməsi üçün ərizə verdiyini, daha sonra notariusa gedərək ərizəsini geri götürmək üçün ərizə verdiyini bildirmişdir. Məhkəmə iddiaçının iddia ərizəsində qeyd etdiklərinə, iddiaçının vəkili və nümayəndəsinin və cavabdehin izahatına, şahidlərin ifadəsinə və tədqiq olunmuş digər sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur Rayon Aqrar İslahat Komissiyası tərəfindən JN-142 nömrəli torpağın mülkiyyətə verilməsinə dair dövlət aktından görünür ki, Cavabdeh ailə başçısı olmaqla X9, X10, X12 və X13 Şərur rayon Muğanlı kəndində 1.43 ha kənd təsərrüfatı məhsulları istehsalı torpaq sahəsi verilmişdir; - Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 253 saylı 21 iyul 2023-cü il tarixli arayışıdan qeyd olunmuşdur ki, X22 həmkəndlisi Cavabdeh məxsus JN 490 nömrəli (1-ci pay) 1.13 ha olan torpaq sahəsini 2016-cı ildən əkib-becərir; - Şərur rayon Xanlıqlar kənd Bələdiyyəsinin 23 saylı 22 iyul 2023-cü il tarixli arayışıdan qeyd olunmuşdur ki, X22 həmkəndlisi Cavabdeh məxsus JN 490 nömrəli (1-ci pay) 1.13 ha olan torpaq sahəsini 2016-cı ildən əkib-becərir. Həmin torpağın su pulunu və torpaq vergisini 2023-cü ilədək ödəyib; - İddiaçı Şərur rayon 2 saylı notariat ofisində vermiş olduğu **********677 saylı ərizəsində bildirmişdir ki, Şərur rayon Xanlıqlar kənd sakini Cavabdeh 2016-cı ildə JN 490 KOD 10218018 olan dövlət aktından 1.34 ha torpaq sahəsini 2500 manat almışam; - X3 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********107 saylı ərizəsində bildirmişdir ki, Cavabdeh məxsus Şərur rayon Xanlıqlar kəndində yerləşən 1.43 ha torpaq sahəsindən mənə düşən hissəsinin satılmasına heç bir etirazım yoxdur; - X1 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********114 saylı ərizəsində bildirmişdir ki, Cavabdeh məxsus Şərur rayon Xanlıqlar kəndində yerləşən 1.43 ha torpaq sahəsindən mənə düşən hissəsinin satılmasına heç bir etirazım yoxdur; İş materiallarında olan X4 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********120 saylı ərizəsində bildirmişdir ki, Cavabdeh məxsus Şərur rayon Xanlıqlar kəndində yerləşən 1.43 ha torpaq sahəsindən mənə düşən hissəsinin satılmasına heç bir etirazım yoxdur; İş materiallarında olan Şərur rayon Xanlıqlar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş 513 saylı 27 iyul 2023-cü il tarixli arayışıdan görünür ki, Cavabdeh aşağıdakı tərkibdə ailə üzvləri var;
1. Həyat yoldaşı X15 – xx.xx.1969
2. X18 – xx.xx.1993
3. X20– xx.xx.1995
4. X16– xx.xx.1997 Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 1999cu il tarixli 06 nömrəli qərarı ilə JN-490 (KOD ********) saylı “Torpağa Mülkiyyət Hüququna dair” Dövlət Aktına əsasən Cavabdeh ailə başçısı olmaqla 5 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə 1.43 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi ayrılmışdır. İddiaçı iddia tələbində 2016cı ildə Cavabdeh və ailə üzvlərinə məxsus həmin torpaq sahəsini 2500 manat müqabilində aldığını iddia etsədə, lakin məhkəmə tədqiqqatı zamanı həmin torpaq sahəsinin alqı-satqısına dair iş materialına hər hansi bir sübut təqdim edilməmişdir. Həmçinin məhkəmə baxışı iclasında Cavabdeh mübahisə predmeti olan torpaq sahəsini İddiaçı 2500 manat müqabilində icarəyə verdiyini qeyd etsədə, məhkəmə tədqiqqatı zamanı o da öz növbəsində həmin torpaq sahəsinin icarəyə verilməsinə dair iş materialına hər hansi bir sübut təqdim etməmişdir. Ona görə də iddia tələbi qismən təmin olunaraq yalnız Cavabdeh 2500 (iki min beş yüz) manat məbləğində pul alınaraq İddiaçı ödənilməlidir. Eyni zamanda məhkəmə iddia tələbi üzrə əldən çıxmış fayda qismində iddiaçının tələb etdiyi həmin torpaq sahəsinin bu günə olan bazar qiyməti ilə dəyərinin fərqi olan 8500 (səkkiz min beş yüz) manatın cavabdehdən tutulması ilə bağlı qeyd edir ki, tərəflər arasında torpaq sahəsinin alqısatqısına dair hər hansı bir əqd olmadığından və tərəflərin razılaşması heç bir qanuni əsasa söykənmədiyindən iddiaçının əldən çıxmış fayda qismində tələbi əsassızdır, təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091.1-ci maddəsinə görə əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinin mənasına görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Hazırda isə qanunun sadalanan normasında göstərilən həmin əsaslar cavabdehə münasibətdə ümumiyyətlə mövcud deyil. Həmçinin məhkəmə qeyd edir ki, məhkəmədə dindirilmiş şahidlərin ifadələri hazırki iş üzrə heç bir hüquqi əhəmiyyət kəsb etmədiyindən məhkəmə şahid ifadələrinə münasibət bildirməyi zəruri hesab etmir. Аzərbаycаn Rеspublikаsının Mülki Məcəlləsinin: - 1096.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) hüquqlа və yа qаnunlа müdаfiə еdilən bаşqа şəхsə (zərəçəkənə) birbаşа ziyаn və yа zərər vurulmаsınа gətirib çıхаrаn təqsirli, hüquqа zidd (mülki qаnunvеriciliyin nоrmаlаrını pоzаn) əməldir (hərəkət və yа hərəkətsizlikdir); - 1096.2-ci mаddəsinə əsаsən dеlikt törətmiş şəхs mülki hüquqi məsuliyyəti dаşıyır; -1097.1-ci mаddəsinə əsаsən mülki hüquq pоzuntusu (dеlikt) nəticəsində fiziki şəхsin şəхsiyyətinə və yа əmlаkınа vurulmuş zərərin, hаbеlə hüquqi şəхsin əmlаkınа və işgüzаr nüfuzunа vurulumş zərərin əvəzi zərərvurаn tərəfindən tаm həcmdə ödənilməlidir; - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür. Məhkəmə qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübutetmə hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. “Mahmudov Rusiyaya qarşı” 26 iyul 2007-ci il tarixlı qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, konvensiya araşdırılmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür prınsipi rəhbər tutulur. Ona görə də, hazırki mübahisə üzrə sübutetmə yükü iddiaçının üzərinə düşür. Məhz bu baxımdan da məhkəmə hesab edir ki, iddiaçı iddia tələbinin əsaslı olmasını sübut etməlidir. Yuxarıda qeyd olunan qanun normalarının təfsirindən belə nəticəyə gəlinir ki, MM-in 1096.1 mаddəsi üzrə dеlikt məsuliyyətinin yаrаnmаsı üçün mülki-hüquq pоzuntsunun tərkibini təşkil еdən аşаğıdаkı еlеmеntlərin оlmаsı zəruridir: а) ziyаnın vurulmаsı, b) ziyаnvurаnın hüquqа və yа qаnunаzidd hərəkəti, c) əvvəlki iki еlеmеntlər аrаsındа səbəbli əlаqə. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin - 14.2-ci mаddəsinə əsаsən məhkəmə yаlnız tərəflərin təqdim еtdikləri sübutlаrı аrаşdırmаlı və оnlаrdаn istifаdə еtməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda qeyd olunana prosessual normanın məzmunundan göründüyü kimi həmin maddə sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Qeyd edilən normaya əsasən iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran halları sübut etməlidir. Məhkəmə yuxarıda qeyd olunan qanun normalarının tələblərinə uyğun olaraq iddiaçının iddia tələblərinin əsası kimi istinad etdiyi hallara qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad edilən halları, yəni cavabdehin təqsirli, hüquqa zidd hərəkətləri ilə iddiaçıya ziyаn vurulmаsını, cavabdehin hərəkətləri ilə ziyаnvurmа аrаsındа səbəbli əlаqənin оlmаsını sübuta yetirmək iddiaçının vəzifəsi olduğundan və iş materiallarında yuxarıda qeyd olunanları təsdiq edən hər hansı bir sübut müəyyən olunmadığından, maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin alınıb iddiaçıya ödənilməsi barədə tələbi qanuni və əsaslı olmamışdır. Məhkəmə qeyd olunanlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbinin əsası kimi istinad olunan hallar iddiaçı tərəfindən təqdim olunmuş hər hansı bir mötəbər sübutla təsdiq olunmadığından iddia tələbi maddi zərər olaraq əldən çıxmış fayda qismində həmin torpaq sahəsinin bazar qiyməti ilə dəyərinin alınıb ona ödənilməsi hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin: - 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq, işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı məhkəməyə müraciət etməsi üçün ödənilmiş 123 (bir yüz iyirimi üç) manat dövlət rüsumunun da cavabdehdən tutulmasını tələb etmişdir, lakin iddia tələbi qismən təmin olunduğundan ödənilmiş 123 (bir yüz iyirimi üç) manat dövlət rüsumunun 95.05 (doxsan beş manat beş qəpik) manatı iddiaçıya aid edilməli, 27.95 (iyirmi yeddi manat doxsan beş qəpik) manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh iddiaçıdan aldığı 2500 (iki min beş yuz) manat və məhkəməyə müraciət etməsi üçün ödənilmiş 123 (bir yüz iyirimi üç) manat dövlət rüsumunun 27.95 (iyirmi yeddi manat doxsan beş qəpik) manatı olmaqla, cəmi 2527.95 (iki min beş yüz iyirmi yeddi manat doxsan beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev