Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-803/2024 07.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh və maraqlı şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X1 iştirakalrı ilə, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən su arxından istifadəyə olan maneələrin aradan qaldırılması və su arxının açılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh məhkəmədən iddianın rədd olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak maraqlı şəxs Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin Şərur Rayon İdarəsinin nümayəndəsi X2 izahatında həmin su arxının keçdiyi torpaq sahəsi Torpaq islahatı zamanı texniki səhvlik olaraq vətəndaşın JN-1096A-A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 verilmiş torpaq sahəsinin üzərinə işləndiyini, həmin su arxından əvvəllər qonşuların istifadə etdiyini, sonradan həmin torpaq sahəsini şifahi razılıq əsasında almiş Cavabdeh həmin hissədən keçən su arxını bağladığını, vətəndaşların müraciəti əsasında həmin torpaq sahəsinə baxış keçirdiklərini, dəfələrlə bu barədə vətəndaşla söhbət aparıldığını, lakin heç bir nəticəsinin olmadığını qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək hesab edir ki, işə məhkəmə qaydasında baxılmalı olmadığından hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə baxışı gedişində müəyyən edilmişdir, mübahisə predmeti olan su arxının texniki səhvliklə JN-1096A-A nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə X4 məxsus torpaq sahəsinin üzərinə işləndiyindən iddiaçı həmin texniki səhvliyin aradan qaldırılması üçün Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməli, həmin texniki səhvlik aradan qaldırılmadığı təqdirdə isə, bu hal müvafiq inzibati məhkəmənin araşdırma predmeti ola bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; - 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır; - 262.3-cü maddəsinə əsasən, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; - 262.5-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə də, İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması tələbi barədə” mülki iş üzrə icraata xitam verilməli, iddiaçıya hazırki məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi, həmin texniki səhvlik aradan qaldırılmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Şərur rayon filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 23714 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı “maneənin aradan qaldırılması tələbi barədə” mülki iş üzrə icraata xitam verilsin. İddiaçıya hazırki məsələnin həlli ilə bağlı Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinə müraciət etməsi, həmin texniki səhvlik aradan qaldırılmadığı təqdirdə müvafiq inzibati məhkəməyə müraciət etmək hüququ izah edilsin. İdiaçı İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar Kapital Bank ASC-nin Şərur rayon filialı vasitəsilə xx.xx.2024-cü il tarixdə 23714 saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-803/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-803/2024
07.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver