Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-808/2023 30.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X29 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atam X21, mərhumə anam X14 və bacım X15 birgə mülkiyyətində olmuş Şərur rayon Yengicə kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş yaşayış evinin miras olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, X13nun xx.xx.2001-ci ildə, X5nın xx.xx.2013-cü ildə, bacısı X15 isə xx.xx.2022-ci il tarixdə vəfat etdiyini, onların birgə mülkiyyətində olan Şərur rayon yengicə kəndində yerləşən Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il 05 nömrəli qərarı ilə mülkiyyətinə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsi və üzərində 3 tikilmiş 3 otaq, 1 mətbəx və salondan ibarət ümumi sahəsi 120 kvadratmetr olan yaşayış evinin miras qaldığını, mərhum X21, X15 və X14 qeyd edilən varisləri olduğunu, həyat yoldaşı: X22 (vəfat edib), Qızı: X25 (vəfat edib), X8, Qızı: X24, Oğlu: X26, Oğlu: X17, həmin miras əmlakı o mərhum X13nun, mərhumə X5nın və bacısı X15 ölümündən sonra mübahisəsiz olaraq qəbul etdiyini, orada yaşayaraq bütün kommunal xidmətləri (qaz, elektrik enerjisini) ödədiyini, onların digər varislərinin hamısının isə ailə quraraq ayrıldığını, onun maddi imkanının aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyi, o mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon bir saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon bir saylı Notariat Ofisinin 12 iyun 2023-cü il tarixli 44 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X3 qonşu olduqlarını, Canpoladın atasının və anasının nə vaxt rəhmətə getdiyini dəqiq xatırlamadığını, amma bacısının 2022-ci ilin sentyabr ayında rəhmətə getdiyini xatırladığını, bacısının ailə qurmadığını, səhhətində problemlər olduğunu, Canpoladın əvvəldən ailəsi ilə həmin evdə yaşadığını, atası, anası, bacısı rəhmətə gedəndən sonra da həmin evdə Canpolad və onun ailəsinin bu günədək daimi olaraq yaşadıqlarını, ata və anası rəhmətə gedəndən sonra Canpoladın evi təmir etdirdiyini, bütün təsərrüfatı idarə etdiyini, malqara saxladığını, həyəti əkib becərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X7 qonşu olduqlarını, Canpoladın atasının və anasının çoxdan rəhmətə getdiyini, bacısının isə 1-2 il olar rəhmətə getdiyini, onların rəhmətə getdikdən sonra həmin evdə Canpolad və onun ailəsinin bu günə qədər yaşadığını, Canpoladın ata evini sökərək yenidən tikdiyini, təsərrüfatında ev heyvanları saxladığını, meyva ağacaları əkdiyini, onlara qulluq etdiyini, həyətyanı sahəni əkib-becərdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X4 qonşu olduqlarını, həmdə əminəvəsi olduqlarını, Canpoladın atasının və anasının çoxdan rəhmətə getdiyini, bacısının isə 2 il olar rəhmətə getdiyini, bacısının səhhətində problemlər oduğunu, bacısının ailə qurmadığını, ata və anası rəhmətə gedəndən sonra Canpoladın evi təmir etdirdiyini, meyva ağacaları əkdiyini, onlara qulluq etdiyini, həyətyanı torpaq sahəsini əkib-becərdiyini bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2022-ci il tarixində vəfat etmiş X15 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2013-cü il tarixində vəfat etmiş X14 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - Maraqlı şəxs Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, Şərur rayonu, Yengicə kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2022-ci il tarixdə X15, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X14 və xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21 Şərur rayon Yengicə kəndində həyətyanı torpaq sahəsinə vərəsəliyin açılmasından imtina edilmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş 12 iyun 2023-cü il tarixli çıxarışdan görünür ki, X30 və X31 xx.xx.1962-ci il təvəllüdlü Ərizəçi valideyinləridir. - Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 148 nömrəli arayışından görünür ki, X21 aşağıdakı tərkibdən ibarət vərəsələri vardır.
1. Həyat yoldaşı X22-vəfat edib
2. X9-vəfat edib
3. X8
4. X10
5. X16
6. Oğlu Ərizəçi - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ölüm haqqında şəhadətnamədən çıxarışdan görünür ki, X30 xx.xx.2001-ci il tarixində Şərur rayon Yengicə kəndində ürək çatışmamazlığı səbəbindən vəfat etmişdir. - JN-151A KOD 10207018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yengicə kəndi ərazisində 0.19 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X21, X14 və X15 birgə mülkiyyətinə verilmişdir. - Şərur rayon Yengicə kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X22 xx.xx.2013-cü il tarixində Şərur rayon Yengicə kəndində miokart infakt səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X25 xx.xx.2022-ci il tarixində Şərur rayon Yengicə kəndində generalizə olunmuş idiopatik epilepsiya və epileptik sindiromlar səbəbindən vəfat etmişdir. - Şərur rayon Yengicə kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 228 nömrəli arayışından görünür ki, X15 aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. X13-vəfat edib
2. X5-vəfat edib
3. X1
4. X2
5. X6
6. Qardaşı Ərizəçi - X23 xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2001-ci il tarixdə vəfat etmiş X21, xx.xx.2013-cü il tarixdə vəfat etmiş X14 və xx.xx.2022-ci il tarixdə vəfat etmiş X15 ölümündən sonra miras qalmış əmlaklardan mənə düşən payımı qəbul etməmişəm, qəbul etmək niyyətim yoxdur və gələcəkdə bununla heç bir iddia qaldırmayacağam. Mirası faktiki olaraq idarə etməmişəm və mirasın qəbulu üçün heç bir orqana müraciət etməmişəm. Mənə məlumdur ki, əgər mən miras paydan imtina edirəmsə (vəsiyyət, qanun üzrə) bütün miras əmlakdan imtina etmiş sayılıram. Notarius tərəfindən mənə izah olundu ki, ərizəni ləğv edə və götürə bilmərəm. Gələcəkdə mirasın qəbulu üçün müddətin bərpası və vərəsəliyin qəbulu ilə əlaqədar məhkəməyə müraciət etmyəcəyəm. - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2001-ci il tarixində vəfat etmiş X21 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Yengicə kəndində yerləşən sözügedən miras əmlak ümumi birgə mülkiyyət olaraq mərhum X27, X18 və X19 məxsus olmuş, X30 xx.xx.2001-ci il tarixdə, X22 xx.xx.2013-cü il tarixdə, X25 isə xx.xx.2022-ci il tarixdə öldükdən sonra Ərizəçi həmin miras qalmış əmlaka sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyrirəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.2-ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2001-ci il tarixdə ölmüş mərhum X20, xx.xx.2013-cü il tarixdə ölmüş mərhum X11 və xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X12 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2001-ci il tarixdə ölmüş mərhum X20, xx.xx.2013-cü il tarixdə ölmüş mərhum X11 və xx.xx.2022-ci il tarixdə ölmüş mərhum X12 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev