Məhkəmə qərarları › İş №2(110)-810/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-810/2025

08.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-810/2025 08.07.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X2 Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçi məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X1 miras qalmış (Abşeron Rayon Buzovna qəsəbəsində yerləşən tərəfəzçilik-südçülük sovxozu ərazisində 0.04 ha torpaq sahəsi) əmlakın onun tərəfindən qəbul edilməsi fatının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə təqdim edilmiş ərizə və ona əlavə edilmiş sənədləri araşdıraraq belə qənaətə gəlir ki, ərizənin geri qaytarılması üçün əsaslar mövcuddur. Belə ki, Ərizəçi xx.xx.2023-cü il tarixdə vəfat etmiş qardaşı X1 miras qalmış Abşeron rayonu, Buzovna qəsəbəsində yerləşən, tərəvəzçilik-südçülük sovxozu ərazisindəki 0.04 ha torpaq sahəsinin onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasını xahiş etsə də, ərizəyə şəxsin vəfat etməsini təsdiq edən müvafiq sənədi – ölüm haqqında şəhadətnaməni əlavə etməmiş, onun əvəzinə ölüm haqqında tibbi şəhadətnamə təqdim etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 310-cu maddəsinin məzmunundan belə müəyyən olunur ki, hüquqi faktın müəyyən edilməsi üçün məhkəməyə müraciət edildikdə, həmin faktın sübut edilməsi üçün digər qaydada əldə olunması mümkün olmayan sənədlər və ya sübutlar təqdim edilməlidir. Həmçinin, ərizəyə müvafiq hüquqi nəticə doğuran sənədlər əlavə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1143-cü maddəsindən görünür ki, vərəsəlik, vəfat etmiş şəxsin (miras qoyanın) əmlakının qanunla və ya vəsiyyətnamə ilə müəyyən edilmiş şəxslərə (vərəsələrə) keçməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1145-ci maddəsinə əsasən Vərəsəlik, miras qoyanın ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsindən sonra yaranır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydası”nın tələblərinə uyğun olaraq şəxsin ölümü faktı yalnız ölüm haqqında dövlət qeydiyyat orqanı tərəfindən verilmiş şəhadətnamə ilə təsdiqlənə bilər. Tibbi şəhadətnamə isə bu baxımdan yetərli hüquqi qüvvəyə malik deyil və şəxsiyyətin ölümünün hüquqi baxımdan tanınması üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə, bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Həmin maddənin məzmunundan göründüyü kimi, xüsusi icraat qaydasında baxılan işlərə dair verilmiş ərizələrə də iddia ərizəsinə dair tələblərin tətbiq edilməsi mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.3-cü maddəsinə əsasən iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb ərizədə göstərilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Bu səbəbdən də, məhkəmə hesab edir ki, ərizəçi tərəfindən qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə əməl edilmədiyindən, onun ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Ərizəçiyə izah olunmalıdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Həmçinin məhkəmə hesab edir ki, ərizə geri qaytarıldığından, ərizəçi tərəfindən ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu da, ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151, 152.2, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Ərizəçi izah olunsun ki, ərizənin geri qaytarılmasına səbəb olan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına 02 iyul 2025-ci il tarixdə, ********** nömrəli qəbzlə ödənilmiş 100 (yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar