Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-815/2023 02.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X26 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, onunla xx.xx.2013-cü il tarixdə vəfat etmiş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlu arasında qohumçuluq münasibətinin olması və mərhum valideynlərinin xx.xx.2013-cü il tarixdə vəfat etmiş atası Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlu və xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X6 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum valideyinləri atası Ramazanov Məhəmməd (Məmməd) Həbib oğlu ilə anası Ramazanova (Məhərrəmova) Nərgiz Bəhlül qızının ötən əsrin 40-cı illərində nikaha daxil olaraq ailə qurduğunu, bu nikahılarını isə 1956-cı ildə rəsmiləşdirdiklərini, onların birgə nikahından səkkiz övladı - xx.xx.1950-ci il tarixdə X8 (vəfat edib), xx.xx.1954-cü il tarixdə Ramazanova (Əliyeva) Nəcibə Məmməd qızının, xx.xx.1956-cı il tarixdə Ramazanova (Mehdiyeva) Zöhrə Məhəmməd qızının, xx.xx.1959-cu il tarixdə X5, xx.xx.1962-ci il tarixdə Ərizəçi, xx.xx.1964-cü il tarixdə Ramazanova (Rəhimova) Sona Məhəmməd qızının, xx.xx.1966-cı il tarixdə X10, xx.xx.1968-ci il tarixdə Ramazanova (Şıxəliyeva) Nüşabə Məmməd qızının doğulduğunu və onların ömürlərini sonuna kimi Şərur rayonu Məmmədsabir kəndində yerləşən evlərində yaşadıqlarını, atası Ramazanov Məhəmməd (Məmməd) Həbib oğlunun xx.xx.2013-cü ildə, anası Ramazanova (Məhərrəmova) Nərgiz Bəhlül qızının isə xx.xx.2013-cü ildə vəfat etdiyini, onlardan Şərur rayonu Məmmədsabir kəndində 0.2089 ha torpaq sahəsi və onun üzərində yerləşən ümumi sahəsi 137,63 kv.m olan fərdi yaşayış evinin miras qaldığını, qardaş və bacılarının ailə quraraq ailə təsərrüfatından ayrıldığından (el adəti üzrə) valideyinlərinin yanında onun qaldığını, eyni zamanda ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamaqla, valideyinlərindən qalmış mirası faktiki olaraq qəbul etdiyini, hal hazırda da həmin evdə yaşamaqda olduğunu, eyni zamanda bu müddət ərzində miras əmlaka baxdığını və quluq onun tərəfindən aparıldığını, vergi və digər kommunal xidmətlərin haqqının onun tərəfindən ödənildiyini, bu faktı isə müvafiq icra nümayəndəliyi tərəfindən verilmiş arayış və həmkəndlilərinin ifadələri ilə təsdiq edilə biləcəklərini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2023-cü ilin avqust ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etidiyin, mərhum atası Məhəmmədin adı bəzi sənədlərdə “Məmməd” kimi də qeyd edildiyini, eyni zamanda qardaş və bacılarına aid doğum sənədlərinin ata qrafasında həm “Məmməd” həm də “Məhəmməd” kimi qeyd edildiyini, bu səbəbdən də onunla mərhum atası Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlu arasında qohumçuluq münasibətinin olması faktının da təsdiq edilməsinə zərurət olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştrak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X4 onun əmisi oğlu olduğunu, eyni zamanda yaxın qonşu olduqlarını, Bilalın atasının Məhəmməd olduğunu, kənddə hamı ona “Məmməd”, “Mamed” deyə müraciət etdiyini, 2013-cü il tarixdə vəfat etdiyini, Bilalın anasının Nərgiz olduğunu, onunda 2013-cü ildə vəfat etdiyini, Məhəmmədlə Nərgizin qızlarının ərə getdiyini, Bəhlulunda Bakı şəhərində yaşadığını, Məhəmmədlə Nərgizin vəfat etdikdən sonra həmin evdə Bilalın təqribən 2 ildən artıq bir müddətdə ailəliklə yaşadıqlarını, həmin həyətin bağ olduğunu, bağa onların qulluq etdiklərini, Bilalın həyətdə tərəvəz əkib becərdiyini, evi təmir etdiyini, evin giriş qapısını dəyişdirərək “seyf” qapı asdığını, bir neçə pəncərə aldığını, lakin yerinə qoymadığını, haliyədə evdə qaldığını, Bilalın 2015-ci ildə əvvəl Bakı şəhərinə, oradanda Türkiyə Respublikasına işləmək üçün ailəliklə köçüb getdiyini bildirmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X7 uzaq qohumluğunun olduğunu, münasibətlərinin yaxşı olduğunu, həyətdə nə işi olarsa Bilalın ona dediyini, atasının Məhəmməd əmi, anasının isə Nərgiz xala olduğunu, atasının adının kənddə çox adamın “Mamed” olaraq bildiyini, Bilalın valideynlərinin təxminən 10 il olar vəfat etdiklərini, onların sağlığında da rəhmətə getdiklərindən sonrada onların yanlarında Bilalın ailəliklə yaşadığını, Bilalın bacılarının ailə qurduqlarını, hərəsinin bir yerdə yaşadıqlarını, qardaşı Bəhlulunda uzun illərdir Bakı şəhərində yaşadığını, valideyləri rəhmətə gedəndən sonra Bilalın həmin evdə təqribən 4-5 il yaşadığını, təsərrüfatı onun idarə etdiyini, həyətdə bostan əkib becərdiyini, Bilala birlikdə evin giriş qapısını dəyişdiklərini, evin pəncərələrini də düzəltdirdiyini, lakin işi ilə əlaqədar Türkiyə Respublikasına getdiyi üçün hələ yerinə asdırmadığını bildirmişdir. Məhkəmə ərizəçinin ərizədə qeyd etdiklərinə, vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon bir saylı Notariat Ofisinin notariusunun 78 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Məmmədsabir kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X9 və xx.xx.2013-cü il tarixdə vəfat etmiş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlunun ölümündən sonra onun harda yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras qalmış bütün əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş daşınmaz əmlakın **********08-10301 nömrəli texniki pasportundan və xx.xx.2023-cü il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Məmmədsabir kəndində yerləşən 0.2089 ha torpaq sahəsi və üzərindəki 137.63 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə X15 və X9 adlarına vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır; - Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 493563 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X18 xx.xx.2013-cü il tarixində Şərur rayon Məmmədsabir kəndində miokardinfakt nəticəsində vəfat etmişdir; - Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli, AZ-İ 493562 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X27 xx.xx.2013-cü il tarixində Şərur rayon Məmmədsabir kəndində qaraciyər xərçəngi nəticəsində vəfat etmişdir; - Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 74 nömrəli arayışdan görünür ki, Ərizəçi mərhum atası X19 aid olan reyestr nömrəsi **********02-10301 torpaq sahəsində olan evdə yaşayır; - Şərur rayon Məmmədsabir kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 74 nömrəli arayışdan görünür ki, mərhum X27 və mərhum X18 vəfat etdikdən sonra onların aşağıdakı tərkibdən ibarət vərəsələri qalmışdır:
1. Ramazanova Rübabə M.q
2. Ramazanova Nəcibə M.q
3. Ramazanova Zöhrə M.q
4. Ramazanova Rahilə M.q
5. Ərizəçi M.o
6. Ramazanova Sona M.q
7. Ramazanov Bəhlul M.o
8. Ramazanova Nüşabə M.q - Şərur rayon Məmmədsabir bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 10 nömrəli arayışdan görünür ki, Ərizəçi komunal borcu yoxdur; - Şərur rayon Qarxun kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli, AЗ № 127716 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi atası X20, anası X11r; - Şərur rayon Qarxun kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1956-cı il tarixli, İ-ИЕ № 017492 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X27 ilə X16 arasında 28 oktyabr 1956-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan sonra qadına “Ramazanova” soyadı verilmişdir; - X31 və X2 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********354 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atam X12 ölümündən sonra qalmış mirasdan mənə düşən payımı qəbul etməmişəm və etmirəm. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəm. - X28 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********650 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atam X12 ölümündən sonra qalmış mirasdan mənə düşən payımı qəbul etməmişəm və etmirəm. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəm. - X36 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********649 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atam X12 ölümündən sonra qalmış mirasdan mənə düşən payımı qəbul etməmişəm və etmirəm. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəm. - X3 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********338 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş mərhum atam X12 ölümündən sonra qalmış mirasdan mənə düşən payımı qəbul etməmişəm və etmirəm. Gələcəkdə miras payı tələbi ilə məhkəmə orqanlarına müraciət etməyəcəm. - X17 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********213 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə atam X27 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan mənə çatası miras payından və vərəsəlik hüququndan imtina edirəm. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm. - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli, AZ-İ 073132 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X32 xx.xx.2005-ci il tarixində Şərur rayon Muğanlı kəndində miokar infakt nəticəsində vəfat etmişdir; - X33 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********215 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə babam X27 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan mənə çatası miras payından və vərəsəlik hüququndan imtina edirəm. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm. - X23 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********215 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2013-cü il tarixdə babam X27 vəfat etmişdir. X1 miras qalmış bütün əmlaklardan mənə çatası miras payından və vərəsəlik hüququndan imtina edirəm. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm. - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli, AZ-İ 555698 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, X24 xx.xx.2015-ci il tarixində Şərur şəhərində kəskin ürək çətaışmamazlığı nəticəsində vəfat etmişdir. - Şərur Mənzil İstismah sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 906 nömrəli arayışdan görünür ki, Şərur şəhər sakini olmuş mərhumə X24 vəfat edəndən sonra onun aşağıda adları gösətərilən varisləri qalmışdır.
1. X23 – 1978 oğlu
2. X33 – 1980 oğlu
3. X25 – 1987 oğlu Beləliklə də qeyd olunmalıdır ki, ərizəçi xx.xx.2013-cü il tarixdə vəfat etmiş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlundan və xx.xx.2013-cü il tarixdə vəfat etmiş anası X6 miras qalmış əmlaka dair vərəsəlik şəhadətnaməsi almaq üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət etmədiyi üçün müddəti buraxmışdır ki, hazırkı vəziyyətdə də belə bir tələblə məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə tədqiqatı zamanı ki, xx.xx.2013-cü il tarixdə vəfat etmiş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlunun adı gah Məmməd, gah da ki, Məhəmməd olaraq qeyd edilsədə, isə iş materialında olan sənədlərlə və şahid ifadələri ilə müəyyən edilmişdir ki, Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlu Ərizəçi atasıdır, ona görədə onların aralarında qohumluq münasibətlərinin olması faktı təsdiq edilməlidir. Həmçinin məhkəmə tədqiqatı zamanı şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin atası Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlu xx.xx.2013-cü il tarixdə, anası X18 isə xx.xx.2013-cü il tarixdə, öldükdən sonra onların birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə valideynlərindən miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə mərhum X13 vərəsəsi X14 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2013-cü il tarixdə vəfat etmiş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlunun Ərizəçi atası olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin X1 və mərhum X6 miras qalmış əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi : Ərizə təmin edilsin. xx.xx.2013-cü il tarixdə ölmüş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlunun Ərizəçi atası olmaqla onların arasında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. xx.xx.2013-cü il tarixdə ölmüş Ramazanov Məmməd (Məhəmməd) Həbib oğlundan və xx.xx.2013-cü il tarixdə ölmüş mərhum X6 miras qalmış əmlakın Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev