Məhkəmə qərarları › İş №2(110)-821/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-821/2025

30.12.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-821/2025 30.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Cavabdeh və onun nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “yaşayış və istifadə hüququna xitam verilməkl mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq müəyyən etdi: Tələb: 1.İddiaçı iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdeh - Allahverdiyeva (Zeynalova) Zərri Məhəmməd qızının ona məxsus ünvan 1 ünvanında yerləşən evə yaşayış və istifadə hüququna xitam verilməklə onun həmin mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsaslandırıldığı hallar:

2. İddiaçı iddia tələbinin əsası kimi, o cavabdeh Allahverdiyeva (Zeynalova) Zərri Məhəmməd qızı ilə 2007-ci ildə el adətinə uyğun nikah bağlayaraq ailə həyatı qurmuş, bu nikahı isə 27 sentyabr 2007-ci il tarixdə Şərur rayon VVADQ Şöbəsində rəsmiləşdirilməklə, həmin orqanın akt qeydləri kitabında 179 nömrə ilə dövlət qeydiyyatından keçmişdir. Onların birgə nikahdan iki övladı xx.xx.2008-cı il təvəllüdlü X4, xx.xx.2013-cü il təvəllüdlü X3 doğulmuşdur. Ailə qurduqları ilk vaxtlarda cavabdehlə münasibəti yaxşı olmuş, aralarında kiçik məişət mübahisələri olsa da, mehriban yola getmiş və birgə təsərrtüfat aparmışlar. Lakin müxtəlif səbəblərdən birgə yaşamaqları mümükün olmamış və aralarındakı nikah Şərur rayon Məhkəməsinin 2(110)-24/2025 xx.xx.2025-ci il tarixli qətnaməsi ilə pozulmuşdur. Aralarındakı nikahın pozulmasından beş aydan çox keçməsinə baxmayaraq cavabdehin hələ də ona məxsus mənzildə qeydiyyatda olmaqla orada yaşamaqdadır. Hansı ki, həmin ünvan 2 ünvanında yerləşən 2 otaq 1 mətbəx və sanitar qovşaqdan ibarət mənzil vaxtı ilə mərhum anası X1 məxsus olmuş, o isə xx.xx.2020-ci ildə vəfat etdikdən sonra vərəsəlik qaydasında (digər vərəsələr imtina etdiklərinə görə) onun mülkiyyətinə keçmiş və bununla bağlı daşınmaz əmlakın Dövlət reyestri tərəfindən müvafiq çıxarış verilmişdir. Həmin çıxarışa əsasən qeyd edilən əmlakın tam olaraq mülkiyyət hüququ ilə ona məxsusdur. Lakin cavabdehlə hazırda boşanmaqlarına baxmayaraq həmin mənzildə yaşaması onun mülkiyyətçi olaraq hüquqlarımı pozmaqda, mənzildən istədiyi kimi istifadə hüququnu məhdudlaşdırmaqdadır. Bununla bağlı cavabdehə mənzili tərk etməsi və sözü gedən mənzildən qeydiyyatdan çıxması bağlı etdiyi müraciətlərin heç bir faydası olmamışdır ki, nəticədə hazırki tələblə ilə o məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehə ona məxsus mənzili tərk etməsi və qeydiyyatdan çıxması ilə bağlı tərəfindən Mediyasiya təşkilatına müraciət edilmiş, lakin Mediasiya prosesi də hazırki iddi tələbi istiqamətində heç bir müsbət nəticə verməmişdir. Bu səbəbdən də müvafiq tələblə məhkəməyə müraciət edtiyini bildirmişdir.

İşdə iştirak edən şəxslər: 3.Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı keçirilən məhkəmə iclasında iştirak etməmişdir.

4. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia qaldırdığını, hal-hazırda iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması zərurəti yarandığını, buna görə də iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması və mülki işin baxılmamış saxlanılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

6. 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır.

7. 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır.

8. 260.4-cü maddəsinə əsasən İddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır.

9. 260.6-cı maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadından şikayət verilə bilər.

10. 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu geri qaytarılır.

11. 114.2-ci maddəsinə əsasən məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 5.1.2-ci maddəsinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır.

Məhkəmənin mövqeyi:

13. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının ərizəsi nəzərə alınaraq, sözügedən iddia tələbi baxılmamış saxlanılmalı, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

14. Həmçinin iddia ərizəsi baxılmamış saxlanıldığından və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarıldığından məhkəmə hesab edir ki, iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən "xxxx" ASC-nin Şərur Filialı vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır.

15. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı: Ərizə təmin edilsin. İddiaçı Cavabdeh qarşı “yaşayış və istifadə hüququna xitam verilməkl mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən xx.xx.2025-ci il tarixdə ********** nömrəli qəbzə əsasən "xxxx" ASC-nin Şərur Filialı vasitəsi ilə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar