Məhkəmə qərarları › İş №2(110)-827/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-827/2023

01.11.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-827/2023 01.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, İddiaçının vəkili və nümyəndəsi Vəkil, iddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdehlər İmanova (Mehdiyeva) Əsmər Rəşid qızına, Cavabdeh2 və Cavabdeh3 qarşı “mirasın qəbul edilməsinin faktının və payların müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2023-cü ildə vəfat etmiş atası X5 miras qalan əmlakın vərəsələri tərəfindən qəbul edilməsi faktının və payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddiaçı iddia ərizəsində bildirmişdir ki, mərhum atası X19 ilə anası Nümayəndə 1979-cu ildə ailə quraraq Şərur rayon Muğanlı kəndində yaşadığını, onların bu nikahdan beş övladının - Sadiqova (Mehdiyeva) Əsli Rəşid qızının – xx.xx.1980, X6 – xx.xx.1981, İddiaçı – xx.xx.1983, Cavabdeh2 – xx.xx.1985, Cavabdeh3 – xx.xx.1988 doğulduğunu, onun uzun müddət Şərur rayon Muğanlı kəndində yaşadığını, dolanışıq səbəbindən Bakı şəhərinə köçdüyünü, bacısı Sadiqova (Mehdiyeva) Əsli Rəşid qızı ailə qurduğunu, onun da bu nikahdan xx.xx.2000-ci il təvəllüdlü X25 və xx.xx.2006-cı il təvəllüdlü X20 adında iki övladının doğulduğunu, bacısı Əslinin xəstəlik səbəbindən 2015-ci ildə vəfat etdiyini (mərhum bacısının yetkinlik yaşına çatmış oğlu Habilin hazırda ölkə xaricində, digər 2006-cı il təvəllüdlü övladı Zəhranın isə anası Aybənizin himayəsindədir) anası Aybənizin xəstəliyə tutulduğundan onların onun sağalması üçün bir xeyli xərc çəkməli olduqlarını, bunun isə mərhum atalarının ürəyincə olmadığını, yəni onun anasının sağalması mümkün olmadığından onun üçün xərc çəkilməsinin əhəmiyyətsiz olduğunu düşündüyünü, bu səbəbdən aralarında mübahisə yarandığını və atasının evi tərk edərək bir müddət qardaşı-cavabdeh Orucun evində qaldığını, daha sonra isə öz bacısı ilə yaşadığını, bu müddət ərzində isə anasının səhhəti yaxşılaşsa da atasının ona qarşı nikahın pozulması tələbi ilə iddia qaldırdığını, onlar arasındakı nikahın 2022-ci ildə pozulduğunu, lakin gözlənilmədən 20 gün ərzində atası X1 pisləşdiyini və onun xx.xx.2023-cü ildə vəfat etdiyini, atası vəfat etdikdən sonra ondan Şərur rayon Muğanlı kəndində fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0.13 ha torpaq sahəsi və kənd təsərrüfatı məhsullarının istehsalı üçün ayrılmış 0.98 ha torpaq sahəsindəki payın, həmçinin 2007-ci il buraxılışlı VAZ 21074 markalı avtomobil və mərhum atası usta işlədiyindən ona məxsus elektrik mişarının miras qaldığını, qeyd edilən torpaq sahələrinin ölkəmizdə aparılan islahatlar zamanı müvafiq komissiyanın xx.xx.1997-ci il tarixli qərarı ilə onların ailəsinin istifadəsi üçün ayrılmış və bununla bağlı JN-003A və JN-18 seriyalı, 10214028 kod nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamələr verildiyini, bundan başqa mərhum atası X5 99 il müddətinə Abşeron rayon Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsinə dair icarə hüququnun da miras qaldığını, hansı ki, həmin torpaq sahəsinin üzərində onların bir mərtəbəli üç otaqlı yaşayış evi tikdiyini, lakin müəyyən səbəblərdən həmin torpaq sahəsinin mülkiyyətə çevrilməsinə dair çıxarış ala bilmədiklərini, atası vəfat etdikdən sonra onlar yəni o və bacıları qanunvericiliyə uyğun olaraq atalarından qalmış miras əmlakın qəbul edilməsi ilə bağlı Şərur rayon 1 saylı notariat ofisinə müraciət edərərk ərizə verdiklərini, lakin miras əmlakla bağlı aralarında digər vərəsə ilə mübahisə olduğundan məhkəməyə müraciət edilməli olduğunun bildirildiyini, belə ki, avtomobil və elektrik mişarı qardaşı-Cavabdeh3 istifdəsində olduğunu, əldə etdikləri məlumata görə həmin miras əmlakların onun tərəfindən satıldığını, eyni zamanda mərhum atasına məxsus icarə hüququnun da əsassız olaraq qardaşı-Cavabdeh3 bağışlanması halları da müəyyən edildiyini, buna görədə göstərilən səbəblərdən mərhum atasından qalmış mirasın qəbul edilməsi və payların vərəsələr arasında məhkəmə tərəfindən bölünməsininin zəruri olduğunu bildirdiyini və qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş, lakin vəkil və nümayəndələrlə təmsil olunmuşdur. Məhkəmə mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehlər İmanova (Mehdiyeva) Əsmər Rəşid qızına, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, оnlar məhkəmə baxışına gəlməmiş, həmçinin gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndələrinin təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində şahid Sultanov Hidayət oğlu ifadəsində Rəşidlə qonşu olduqlarını, Rəşidin təqribən 1 il olar ya olmaz rəhmətə getdiyini, Muğanlı kəndində Rəşidin evi olduğunu, həyətyanı, çöl torpağı olduğunu, Rəşid rəhmətə gedəndən sonra qızları Əfsanənin və Rəqsanənin həmin evə gəlib getdiklərini, evə sahib çıxdıqlarını, gəlib həyətə baş çəkdiklərini, bağda meyvə ağaclarına qulluq etdiklərini, çöl torpağını isə əkməsi üçün kirvələrinə verdiklərini bildirmişdir. Məhkəmədə iddiaçının vəkili və nümayəndələrinin təşəbbüsü ilə məhkəməyə gələrək şahid qismində ifadə verən X2 atası Rəşidlə qonşu olduqlarını, dəqiq xatırlamasa da təqribən Rəşidin 3-4 ay olar rəhməyə getdiyini, uşaqlarının yas mərasimini verdiklərini, kənddə Rəşidin evi, həyətyanı, çöl torpağı olduğunu bildiyini, başqa əmlaknın olduğundan xəbərinin olmadığını, Rəşid öləndən sonra qızları Əfsanənin və Rəqsanənin həmin evə tez-tez gəlib - getdiklərini, onların evin həyətini əkib becərdiklərini, bağda olan meyvə ağaclarını suvardıqlarını, çöl torpağının isə özlərinin əkdiklərini, yoxsa kiməsə verdiklərini bilmədiyini bildirmişdir. Məhkəmə iddiaçının vəkili və nümayəndələrinin izahatlarına, şahid ifadələrinə və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan; - İddiaçı Şərur rayon 1 saylı notariat ofisində vermiş olduğu **********309 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakı qəbul edirəm. - Şərur rayon bir saylı Notariat Ofisinin notariusunun 49 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Muğanlı kəndində qeydiyyatda olan İddiaçı xx.xx.2023-cü il tarixli, Şərur rayon Muğanlı kəndində qeydiyyatda olan Cavabdeh2 xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 Şərur rayon Muğanlı kəndində həyətyanı torpaq ahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - JN-118 KOD 10214028 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə X13, Nümayəndə, X9, X14, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Muğanlı kəndində 0.98 hektar kənd təsərrüfatı məhsulları istehsalı təyinatlı torpaq sahəsi verilmişdir; - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, ******* qeydiyyat nömrəli çıxarışından görünür ki, Abşeron rayonu, 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpaq sahəsi X8 adına yüklü edilmişdir; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü il tarixli 3.13.43-14/2-1243/2023 saylı məktubunda qeyd edilmişdir ki, X8 adında olmuş “Vaz 21074” markalı, 2007-ci il buraxılışlı, ağ rəngli, **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixdə Xaçmaz Rayon Qeydiyyat İmtahan və Texniki Baxış şöbəsi tərəfindən alqı-satqı müqaviləsi əsasında satılaraq Qusar rayonu, Urva kənd sakini X4 adına qeydiyyata alınaraq **-BJ-*** dövlət qeydiyyat nişanı verilmişdir. Halhazırda “Vaz 21074” markalı **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil X4 adında qeydiyyatda durur; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ 296025 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X19 xx.xx.2023cü il tarixdə Şərur rayon Muğanlı kəndində mədənin lokalizasiyalı bədxassəli yeni törəməsindən ölmüşdür. - JN-003A KOD 10214028 nömrəli Torpağın mülkiyyət hüququna dair dövlət aktından görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 aprel 1997-ci il tarixli 03 nömrəli qərarı ilə X13, Nümayəndə, X9, X14, İddiaçı, Cavabdeh2 və Cavabdeh3 ümumi birgə mülkiyyət hüququ əsasında Şərur rayon Muğanlı kəndində 0.13 hektar fərdi yaşayış evi, həyətyanı sahə verilmişdir. - Şərur rayon Şəhriyar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1988-ci il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 atası X19, anası Nümayəndədır. - Şərur rayon Şəhriyar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1985-ci il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh2 atası X19, anası Nümayəndədır; - Şərur rayon Şəhriyar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1983-cü il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı atası X19, anası Nümayəndədır; - Şərur rayon Şəhriyar kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X6 atası X19, anası Nümayəndədır; - Şərur Rayon İcra Hakimiyyəti Muğanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 131 nömrəli arayışdan görünür ki, X8 aşağıdakı tərkibdə vərəsələri olmuşdur:

1. Arvadı- Nümayəndə;

2. Qızı- X26;

3. Qızı- Cavabdeh1;

4. Qızı- İddiaçı;

5. Qızı- Cavabdeh2;

5. Oğlu- Cavabdeh3; - Şərur rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli, doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X10 atası X27, anası X17r. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X26 xx.xx.2015-ci il tarixdə Şərur rayon Yengicə kəndində süd vəzinin xərçəngindən ölmüşdür; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.2000ci il təvəllüdlü X15 atası X27, anası X17r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1980ci il təvəllüdlü X11 atası X19, anası Nümayəndədır; - Nümayəndə Şərur rayon 1 saylı notariat ofisində vermiş olduğu **********230 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X16 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verməyinizi xahiş edirəm; - Cavabdeh2 Şərur rayon 1 saylı notariat ofisində vermiş olduğu **********310 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə vəfat etmiş X8 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras qalmış bütün əmlakı qəbul edirəm; - Cavabdeh1 Şərur rayon 1 saylı notariat ofisində vermiş olduğu **********232 saylı ərizəsində bildirmişdir ki, mən Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəfat etmiş X5 miras qalmış (yaşayış (ev, mənzil otaq), qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından ibarət) mirasın mənə çatan hissəsindən Nümayəndə xeyrinə imtina edirəm; - Cavabdeh1 Şərur rayon 1 saylı notariat ofisində vermiş olduğu **********233 saylı ərizəsində bildirmişdir ki, mən Cavabdeh1 xx.xx.2015-ci il tarixdə vəfat etmiş X16 vəfatından sonra ondan miras qalmış (əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm; - Bakı şəhər 18 saylı Notariat Ofisində bağlanmış xx.xx.2023-cü il tarixli torpağın icarə hüquqlarının bağışlama müqaviləsindən görünür ki, X3 rayon 1 nömrəli Hövsan Zeytunçuluq sovxozu ərazisində yerləşən 0.02 ha torpağı Cavabdeh3 hədiyə etmişdir. Beləliklə də, məhkəmə tədqiqatının nəticəsi olaraq müəyyən olunmuşdur ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 miras əmlakların İddiaçı faktiki qəbul etməsi və onu idarə etməsinə dair bütün hərəkətləri nümayiş etdirməsi iddiaçının vəkili və nümayəndələrinin izahatları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır. Bu isə onu deməyə əsas verir ki, iddiaçı miras əmlakları qəbul etdiyini şəksiz nümayiş etdirmişdir. Cavabdehlər isə məhkəmə baxışı iclaslarında iştirak etməməklə miras əmlakların iddiaçı tərəfindən faktiki baxımdan qəbul etməməsinə dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişlər. Beləliklə də, məhkəmə belə nəticəyə gəlir ki, xx.xx.2023-cü il tarixdə ölmüş X5 oğlundan miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia tələbi payının müəyyən edilməsi hissəsində isə rədd edilməlidir. Məhkəmə iddia tələbi üzrə iddiaçının payının müəyyən edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, nə qədər ki, miras əmlakın digər vərəsələrdən kimlərin qəbul edib, kimlərin isə qəbul etməməsi müəyyən edilmədiyindən, iddiaçının miras əmlakda payının müəyyən edilməsi mümkün deyil. Ona görədə iddia tələbi həmin hissədə rədd edilməlidir. Eyni zamanda məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı iddia tələbində xx.xx.2023-cü ildə vəfat etmiş atası X5 miras qalan əmlakın vərəsələri tərəfindən qəbul edilməsi faktının və payların müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etsədə, mülki prosessual qanunvericiliyə əsasən iddiaçılar və cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış etməsini nəzərə alaraq, məhkəmə hazırki tələb üzrə miras əmlakın digər vərəsələr tərəfindən qəbul edib - etməməsinə münasibət bildirmir. Həmçinin hazırkı qətnamə gələcəkdə digər vərəsələrin mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. İşin hallarından görünür ki, iddiçı miras əmlakları faktiki olaraq qəbul etmişdir. Eyni zamanda məhkəmə qeyd edir ki, faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Həmçinin məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib olur. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1159.1-ci maddəsinə əsasən, qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1159.1.1. Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər); - 1159.1.2. Övladlığa götürülən və onun övladları övladlığa götürənin vərəsələri və ya qohumları kimi övladlığa götürənin uşaqlarına və onların övladlarına bərabər tutulurlar; - 1159.1.3. Bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar; - 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır; - 1273-1-ci maddəsinə görə, vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, həmin hal vərəsənin susması kimi qiymətləndirilir. Vərəsənin susması isə mülki qanunvericiliyə əsasən mirası qəbul etməkdən imtinaya bərabər tutulur. “G.Qəhrəmanovanm şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının 18 oktyabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “18” iyul 2014-cü il tarixli qərarında göstərmişdir ki, miras əmlakı faktiki idarə etmək vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun.” Həmçinin həmin qərarda qeyd edilmişdir ki, Mülki Məcəllənin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Miras əmlakın faktiki qəbulu vərəsənin konkret hərəkətləri və rəftarı ilə onun mirası qəbul etmək niyyətinin açıq-aşkar təsdiqlənməsi və sübut etməsi kimi qəbul edilir və belə hərəkətlərin məzmunu vərəsə tərəfindən məhz mirası qəbul etmək məqsədi daşıyır. Mirasın faktiki qəbulu üsulu iki cür olur: miras əmlaka faktiki sahiblik etmək üsulu və miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu ondan ibarətdir ki, onun əsasında vərəsə miras qoyan şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Miras əmlakı faktiki idarə etmək isə vərəsə tərəfindən elə hərəkətləri nəzərdə tutur ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanması və normal təsərrüfatın aparılması üçün etmiş olsun. Məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Burada nəzərə alınmalıdır ki, həmin öhdəliklərin yerinə yetirilməsi vərəsəlik hüququnun əsasını təşkil edən sosial ədalətlilik prinsipinin təmin edilməsinə və gələcəkdə hər hansı vərəsənin qanuni əsaslarla qəbul edilmiş miras əmlak üzərində mülkiyyət hüququndan formal tələblərə görə məhrum edilməməsinə yönəlmişdir. Qeyd olunmalıdır ki, Konstitusiya hüquq və azadlıqlarla yanaşı, onlardan irəli gələn vəzifələri də müəyyən edir və hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir. Lakin hər hansı hüquqa, o cümlədən mülkiyyət hüququna qanuni müdaxilə mütənasib olmalı, cəmiyyətin və ya dövlətin ümumi maraqları ilə fərdin konstitusiya hüquqlarının qorunması arasında ədalətli tarazlığa nail olunmaqla həyata keçirilməlidir. Bu maddələrin tələblərinə görə mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. Qeyd olunmalıdır ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın faktiki olaraq qəbul edilməsi araşdırılarkən nəzərə alınmalıdır ki, mirasın qəbulu birtərəfli, könüllü əqddir və özünün miras əmlak əldə etmək və almaq niyyətini açıq şəkildə göstərən hərəkətlərdə ifadə olunur. Bu hərəkətlər əsasında vərəsə miras qoyanın əmlak hüquq və vəzifələrinin daşıyıcısı hesab oluna bilər. Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 sentyabr 2000-ci il tarixli 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 99-cu bəndinə görə əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur; - 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; - 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Yuxarıda qeyd edilənlərin nəticəsi olaraq məhkəmə qeyd edir ki, xx.xx.2023-cü il tarixdə ölmüş mərhum X5 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli, iddia tələbi miras əmlakdan onun payının müəyyən edilməsi hissəsində rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2023-cü il tarixdə ölmüş mərhum X5 miras qalmış əmlakların İddiaçı tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. İddia tələbi payın müəyyən olunması hisəsində rədd edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu İddiaçı aid edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar