Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-830/2022 23.12.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X10 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs1nə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, atası X3təsərrüfat başçısı olmaqla 8 ailə üzvündən ibarət olduğunu, qardaşları və bacılarının ailə quraraq ayrıldıqlarını, onun isə ata-anasının yanında qaldığını, atası X3 23.02.204-cü il tarixdə vəfat etdiyini, ondan Şərur rayon Mahmudkənd kəndində yerləşən 0.1924 ha torpaq sahəsinin üzərində yerləşən fərdi yaşayış evinin miras qaldığını, atası X3 vəfat edəndən həmin evdə onun anası ilə birlikdə yaşadıqardaşları X7, X4, X5 və bacısı X1 mirasdan imtina etdiklərini, bacısı Qurbanova Reyhanın isə atası vafət etməmişdən əvvəl evlənib ayrıldığını, ailəsi ilə birlikdə Rusiya Federasiyasına köçdüyünü, onun mirası faktiki olaraq qəbul edərək idarə etdiyini, atası X2 miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdiyini, lakin Notariat ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının da şahidlik edə biləcəyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini qeyd edərək X2 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək əlavə olaraq izahatında həyətdə əlavə bir otaq tikdirdiyini, açıq eyvanı hördürüb bağlı eyvan etdiyini, hamam-tualeti evə köçürdüyünü, həyəti hasarlatdığını, evin bütünlüklə dam örtüyünü dəyişdirdiyini bildirərək məhəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs1nə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində xx.xx.2022-ci il tarixdə keçiriləcək Ərizəçi vərəsəlik hüququnun bərpası ilə əlaqədar məhkəmə prosesində iş yükünün çoxluğu ilə əlaqədar iştirak etməyinin mümkün olmadığı üçün məhkəmə prosesinin onun iştirakı oladan keçirilməsini və müvafiq qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Maraqlı şəxs2 məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Maraqlı şəxs3 İsa qızı izahatında əri X3 23.02.204-cü il tarixdə vəfat etdikdən sonra ona məxsus evdə oğlu Əhədin, onun arvadının, iki uşağının və onun yaşadığını, əri rəhmətə gedəndən sonra Əhədin evi təmir etdiyini, əlavə bir otaq tikdiyini, evi təmir etdirdiyini, hamam-tualeti evə köçürdüyünü, həyətə hasar çəkdirdiyini, miras payından oğlu Əhədin xeyrinə imtina etdiyini bildirərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən Əliyev İlqar israfil oğlu Əhədlə ilə kirvə olduqlarını, eyni kəndli olduqlarını, atasının nə vaxt rəhmətə getdiyi tarixi dəqiq xatırlamadığını, atası rəhmətə gedəndən sonra o evdə Əhət, ailəsi, iki uşağı və anasının yaşadığını, atası rəhmətə gedəndən sonra 3-cü otaq tikdiyini, balkonu hördürüb bağlatdığını, evin sistemini dəyişdirdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X6 dayısı olduğunu, eyni zamanda qapıbir qonşu olduqlarını, Ələkbər rəhmətə gedəndən sonra Əhət, ailəsi, iki uşağı və anasının həmin evdə yaşadığını, atası rəhmətə gedəndən sonra 1 otaq tikdiyini, balkonu böyütdüyünü, evin dam örtüyünü dəyişdirdiyini, həyətə hasar çəkdirdiyini bildirmişdir. Məhkəmə ərizəçinin və maraqlı şəxsin izahatlarına, şahidlərin ifadələrinə, toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Daşınmaz Əmlakın İcbari sığortası şəhadətnaməsindən görünür ki, Mahmudkəndində yerləşən yaşayış evi Ərizəçi tərəfindən icbari sığorta növü ilə sığortalanmışdır. - X1 xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2004-cü ildə ölmüş atası X2 irs qalmış mirasın ona çatası hissəsindən imtina etdiyini bildirmişdir. - Ərizəçi xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2004-cü ildə vəfat etmiş atası X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - X5 xx.xx.2022-ci il tarixli ərizəsində xx.xx.2004-cü ildə vəfat etmiş atası X3 ölümndən sonra mirasın açılmasının ona məlum oduğunu, bütün əsaslar üzrə ona çatası miras paydan imtina etdiyini bildirmişdir. - Etibarnamələrdən görünür ki, X14 və X8 bütün hüquqlarının həyata keçirilməsini Ərizəçi etibar etmişlər. - Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, ünvan 1 kəndi ünvanda qeydiyyatda olan Ərizəçi xx.xx.2022-ci il tarixli ərizəsinə əsasən xx.xx.2004-cü il tarixdə vafət etmiş, atası X2 Şərur rayon Mahmudkənd kəndində fərdi yaşayış evi və həyətyanı torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir. - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən verilmiş nömrəli çıxarışdan görünür ki, Naxçıvan MR Şərur rayonu Mahmud kəndində mülkiyyətində olan 0.1924 ha torpaq sahəsində yerləşən 187.99 kv.m fərdi yaşayış evi tam mülkiyyət hüququ üzrə X3 adına daşınmaz əmlakın dövlət reyestrində 21/11 nömrəli reyestr kitabının 2047 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Şərur rayon Qaz İstismar İdarəsinin Şərur rayon Məhkəməsinə ünvanladığı arayışnda qeyd olunmuşdur ki, ********* kodlu abonent Ərizəçi rayon qaz istismar idarəsinə heç bir debitor borcu yoxdur. - Şərur rayon X12 rayon Məhkəməsinə ünvanladığı arayışında qeyd olunmuşdur ki, ********* kodlu abonent Maraqlı şəxs3 İsa qızının Şərur rayon Elektrik Şəbəkəsinə heç bir borcu yoxdur. - 05 noyabr 1965-ci il tarixli AЗ № ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təstiq olunmuş surətindən görünür ki, xx.xx.1965-ci il təvəllüdlü Ərizəçi ata adı X9, ana adı isə Maraqlı şəxs3 İsa qızı qeyd olunmuşdur. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli çıxarışdan görünür ki, X9 xx.xx.2004cü il tarixində prostat vəzinin xərçəngi səbəbindən vəfat etmişdir. - Şərur rayon Mahmudkənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 973 nömrəli arayışından görünür ki, X9 vəfat etmiş, vəfat etdiyi günə kimi nümayəndəlikdə qeydiyyatda olmuş, mərhumun vərəsələri aşağıdakı kimidir.
1. Maraqlı şəxs3 İsa-həyat yoldaşı
2. X20-oğlu
3. X17-oğlu
4. Ərizəçi-oğlu
5. X13-qızı
6. X15-qızı
7. X18-oğlu. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Mahmudkəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə mərhum X3 məxsus olmuş, o xx.xx.2004-cü il tarixdə öldükdən sonra həmin evdə ərizəçi arvadı, uşaqları və anası ilə yaşamağa davam etmişdir. Eyni zamanda həmin vaxtdan ərizəçi atasından qalmış miras əmlakı faktiki olaraq idarə etməklə, onu lazımi vəziyyətdə saxlamaqla, evdə əlavə tikililər, təmir işləri aparmaqla, evin komunal xərclərini və digər ödəmələrini ödəməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi ərizəçinin və maraqlı şəxsin izahatları, şahid ifadələri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iddia tələbindən kənara çıxa bilmədiyi üçün hazırki qətnamədə digər vərəsə Maraqlı şəxs2 mirası qəbul etməsi faktını müəyyən edə bilmir və hazırkı qətnamə gələcəkdə həmin şəxsin mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı aşağıdakılar bərabər pay hüquqlu vərəsələr sayılırlar: Birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, 23.02.204-cü il tarixdə ölmüş mərhum X2 miras qalmış Şərur rayon Mahmudkənd kəndində yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəşi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. 23.02.204-cü il tarixdə ölmüş mərhum X2 miras qalmış Şərur rayon Mahmudkənd kəndində yerləşən əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən : Seymur Qarayev