Məhkəmə qərarları › İş №2(110)-847/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-847/2025

10.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-847/2025 10.02.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X46 Elmar oğlunun sədrliyi, X13 məhkəmə iclas katibliyi, Ərizəçinin Ərizəçi yaxın qohumu olan nümayəndəsi- Nümayəndə, Maraqlı şəxslər Maraqlı şəxs2 və Maraqlı şəxs3 qızının iştirakları ilə Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçinin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2011-ci il tarixdə vəfat etmiş anası X2 miras qalmış (Şərur rayonu, M.Müslüm kəndində JN-048A seriyalı 10210048 kod nömrəli şəhadətnaməyə əsasən 0.09 ha torpaq sahəsi) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum valideyinləri atası X25 ilə anası X10 ötən əsrin əllinci illərində nikaha daxil olaraq el adətinə uyğun ailə qurmuş, onların birgə nikahından on övladı- - 1955-ci ildə İbrahimova (Qasımova) Esmira Cəfər qızı (vəfat edib); - 1958-ci ildə Nümayəndə; 1960-cı ildə X21 (vəfat edib); 1962-ci ildə İbrahimova (Ağayeva) Aləmzər Cəfər qızı; 1963-cü ildə İbrahimova (Məmmədova) Aypara Cəfər qızı; 1966-cı ildə Maraqlı şəxs7; 1968-ci ildə Maraqlı şəxs6; 1970-ci ildə Maraqlı şəxs5; 1972-ci ildə İbrahimova (Cəfərova) Cəvahir Cəfər qızı; 1976-ci ildə Ərizəçi doğulmuş və mərhum valideyinləri ömürlərinin sonuna kimi Şərur rayonu M.Müslüm kəndində yerləşən evlərində yaşamışlar. Belə ki, atası C.İbrahimov 1984-cü ildə vəfat etmiş və valideyinlərinin birgə yaşadıqları torpaq sahəsi ölkəmizdə aparılan islahat zamanı onların adına qeydə alınmaqla bununla bağlı torpağın mülkiyyətə verilməsinə dair JN-048A seriyalı 10210048 kod nömrəli şəhadətnamə verilmişdir. Həmin şəhadətnaməyə əsasən Şərur rayonu M.Müslüm kəndində anası H.İbrahimova və onlar olmaqla ümümi sahəsi 0.09 ha olan həyətyanı torpaq sahəsi ayrılmış, bu torpaq sahəsi də hal hazırda müddət istifadəsindədir. Anası H.İbrahimova isə xx.xx.2011-ci il tarixdə vəfat etməklə ondan qeyd edilən torpaq sahəsindəki pay miras qalmış və qeyd edilən miras onun tərəfindən qəbul edilmiş, eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və quluq onun tərəfindən aparılmaqla, vergi və digər kommunal xidmətlərin haqqı onun tərəfindən ödənilmişdir. Bu fakt isə müvafiq orqanlar tərəfindən verilmiş arayış və məhkəməyə şahid kimi dəvət edəcəyi həmkəndlilərinin ifadələri ilə təsdiq edilə bilər. Ərizəçi bildirmişdir ki, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirməmişdir. 2025-ci ilin iyul ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxs1nə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdi. Baxmayaraq ki, anasından qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət edir. Hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və mərhum anasından qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı tanınmalıdır. Ərizəçinin nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə təqdim edərək, nümayəndəsi olduğu qardaşı Ərizəçi ilə birlikdə Şərur Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək mərhum anası X2 miras qalmış əmlakın (Şərur rayonu M.Müslüm kəndində JN-048A seriyalı 10210048 kod nömrəli şəhadətnaməyə əsasən 0.09 ha torpaq sahəsinin) Ərizəçi tərəfindən qəbul edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdiklərini, hal-hazırda tələbimizi dəqiqləşdirmək zərurəti yarandığını, tələblərinə mərhum anası X5 harada yerləşməsindən və nədən ibarət olmasından aslı olmayaraq miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi tələbi hüdudlarında baxılmasını xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-847/2025 nömrəli qərardadı ilə ərizəçinin tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi təmin edilmiş və işə dəqiqləşdirilmiş tələb hüdudunda baxılması qərara alınmışdır. Həmçinin Şərur Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(110)-847/2025 nömrəli digər bir qərardadı ilə Ərizəçi mirasın qəbul edilməsi faktının müəyyən edilməsi tələbinə dair mülki iş üzrə İbrahimova (Ağayeva) Aləmzar Cəfər qızının, İbrahimova (Məmmədova) Aypara Cəfər qızının, İbrahimova (Cəfərova) Cəvahir Cəfər qızının, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5, Maraqlı şəxs2, X6, X14 və X15 maraqlı şəxs qismində cəlb olunmaları qərara alınmışdır. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi yaxın qohumu nümayəndəsi Nümayəndə izahatında və verilən suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, atasının 1984-cü ildə, anasının isə 2011-ci ildə vəfat etdiyini, anasından torpaq sahəsi miras qaldığını, həmin torpaq sahəsinin üzərində ev yerləşdiyini, anası ilə qardaşı Əbdülün yaşadığını və mirası onun qəbul etdiyini, bacısı Esmiranın 2024-cü ildə vəfat etdiyini, anası ilə birlikdə qardaşı Əbdülün yaşadığını, o vəfat edəndən sonra da Əbdülün həmin evdə yaşadığını, Vilayətin özünə məxsus evi olduğunu, Ayparanın Çərçiboğan kəndində, Cəvahirin Sədərək rayonunda, özünün Şərur şəhərində, Aləmzar, Ədalət və Etibarın isə Bakı şəhərində yaşadıqlarını, Fətalının isə kənddə ayrı təsərrüfatının olduğunu, anasının atasını görmədiklərini, nənəsi Leylanın isə 1981-ci ildə vəfat etdiyini bildiyini, vərəsələr arasında mirasla bağlı mübahisənin olmadığını bildirərək, ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs2 izahatında onun Vilayətin yoldaşı olduğunu, onların kənddə başqa evi olduğunu, təsərrüfatlarının ayrı olduğunu, vərəsələr arasında mirasla bağlı mübahisənin olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X26 izahatında Əbdül ailəsi ilə birlikdə anası ilə yaşadığını, həmin torpaq sahəsini Əbdülün əkib becərdiyini, ərizənin təmin edilməsinə etirazının olmadığını, vərəsələr arasında mirasla bağlı mübahisənin olmadığını, nənəsini xatırladığını, amma babasını xatırlamadığını bildirmişdir Məhkəmə iclasında iştirak edən maraqlı şəxs X28 izahatında mirasın Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs10 izahatında mirasın Ərizəçi tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs5 izahatında mirasın qardaşı Əbdül tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs3 izahatında mirasın qardaşı Əbdül tərəfindən qəbul edilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə digər maraqlı şəxslər İbrahimova (Ağayeva) Aləmzar Cəfər qızı, Maraqlı şəxs7, Maraqlı şəxs6, X16 və Maraqlı şəxs1nə rəsmi qaydada məlumat verilmişdir. Maraqlı şəxslərdən, Maraqlı şəxs7 və Maraqlı şəxs6 xx.xx.2026-cı il tarixdə, İbrahimova (Ağayeva) Aləmzar Cəfər qızı isə xx.xx.2026-cı il tarixdə teleqram göndərərək miras əmlakla bağlı heç bir tələb və şikayətlərinin olmadığını bildirmiş, digər maraqlı şəxslər məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir Yazılı sübutlar: İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-048A seriyalı 10210048 Kodlu şəhadətnamənin surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 13 iyul 1999-cu il tarixli 06 saylı qərarı ilə Şərur rayonu, Muğancıq Müslüm kəndində yerləşən 0.09 ha torpaq sahəsi X10 ailə başçısı olmaqla Ərizəçi, X11, X17, X22 və X12 mülkiyyətinə verilmişdir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, AZ-İ № 436502 nömrəli ölüm akt qeydi üzrə çıxarışdan görünür ki, X10 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydiyyatından çıxarışdan görünür ki, Nümayəndə xx.xx.1958-ci il tarixdə Şərur rayonunun Muğancıq Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydiyyatından çıxarışdan görünür ki, X18 xx.xx.1962-ci il tarixdə Şərur rayonunun Muğancıq Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan A3 601284 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X23 xx.xx.1963-cü il tarixdə Noraşen rayonunun M.Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan A3 ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs7 xx.xx.1965-ci il tarixdə İliç rayonunun M.Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan A3 ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs6 xx.xx.1967-ci il tarixdə İliç rayonunun M.Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan A3 ******* №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Maraqlı şəxs5 xx.xx.1970-ci il tarixdə İliç rayonunun M.Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan İ-ЖГ 260560 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X19 xx.xx.1972-ci il tarixdə İlic rayonunun M.Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli doğum akt qeydiyyatından çıxarışdan görünür ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Şərur rayonunun Muğancıq Müslüm kəndində doğulmuşdur. Onun atası X25, anası isə X7r. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyəti Muğancıq Müslüm kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli 5-28-43/02-103 nömrəli arayışından görünür ki, X3 vərəsələri: 1.X24, 2.Nümayəndə, 3.X20, 4.X23, 5.X19, 6.X21, 7.Maraqlı şəxs7, 8.Maraqlı şəxs6, 9.Maraqlı şəxs5, 10.Ərizəçidur. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, AZ-İ № 802917 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X21 xx.xx.2022-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Sədərək Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-İİ № 672487 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X29 xx.xx.2024-cü il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon İcra Hakimiyyəti Muğancıq Mehrab kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X8 Maraqlı şəxs2 və X16 adlı vərəsələri vardır. İş materiallarında olan Sədərək rayon İcra Hakimiyyəti Sədərək kənd İnzibati Ərazi Dairəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, X9 X28 və X30 adlı vərəsələri vardır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli notarial qaydada təsdiq edilmiş ərizələrdən görünür ki, maraqlı şəxs qismində prosesə cəlb edilmiş Maraqlı şəxs3 və Maraqlı şəxs2, o cümlədən ərizəçinin nümayəndəsi Nümayəndə xx.xx.2011-ci il tarixdə vəfat etmiş X3 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlakdan vərəsəlik yolu ilə onlara çatası payı qəbul etməmişlər və etmirlər. İş materiallarında olan Maraqlı şəxs1 xx.xx.2025-ci il tarixli 75 nömrəli qərarından görünür ki, Ərizəçi miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X10 03 iyun 2011-ci il tarixdə vəfat etmişdir. İş materiallarında olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-048A seriyalı, 10210048 kodlu şəhadətnamədən görünür ki, Şərur rayonu, Muğancıq Müslüm kəndində yerləşən 0,09 ha torpaq sahəsi X10 ailə başçısı olmaqla Ərizəçi, X11, X17, X22 və X12 mülkiyyətinə verilmişdir. Bu səbəbdən mərhuma həmin əmlakda mülkiyyət payı məxsus olmuş və həmin pay onun ölümündən sonra miras kütləsinə daxil olmuşdur. İş materialları ilə həmçinin müəyyən olunur ki, mərhumun qanun üzrə birinci növbəli vərəsələri X24, Nümayəndə, X20, X23, X19, X21, Maraqlı şəxs7, Maraqlı şəxs6, Maraqlı şəxs5 və Ərizəçi olmuşlar. X1 xx.xx.2022-ci il tarixdə, X24 isə xx.xx.2024-cü il tarixdə vəfat etmişlər. X8 Maraqlı şəxs2 və X16 adlı vərəsələri, X9 isə X28 və X30 adlı vərəsələri vardır ki, onlar da iş üzrə maraqlı şəxs qismində cəlb olunmuşlar. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla, o cümlədən ərizəçinin nümayəndəsinin və maraqlı şəxslərin izahatları ilə müəyyən edilmişdir ki, Ərizəçi mərhum anası ilə birlikdə yaşamış, onun ölümündən sonra da həmin yaşayış yerində qalmış, torpaq sahəsindən istifadə etmiş, onu əkib-becərmiş, təsərrüfat işlərini aparmış və miras əmlaka faktiki sahiblik və idarəetmə hərəkətlərini həyata keçirmişdir. Maraqlı şəxslər də ərizəçinin mirası qəbul etməsinə etiraz etməmiş, bir qismi bunu məhkəmə iclasında, bir qismi isə notarial qaydada təsdiq edilmiş ərizələrində ifadə etmişlər. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi maddi imkanlarının məhdudluğu səbəbindən mirasın qəbulu ilə bağlı notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmiş, lakin sonradan Maraqlı şəxs1nə müraciət etdikdə, həmin notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarı ilə mirasın qəbulu müddətinin buraxılması əsası ilə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ərizəçi mirasın faktiki qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən miras əmlak üzərində sahiblik və faktiki idarəetmə hərəkətlərinin həyata keçirilməsi onun mirası qəbul etmək iradəsini açıq və şəksiz şəkildə nümayiş etdirir. Ərizəçinin mərhumun ölümündən sonra uzun müddət miras əmlakda yaşaması, təsərrüfat aparması, həyətyanı torpaq sahəsini istifadə etməsi və digər vərəsələrin etirazının olmaması mirasın qeyri-formal qaydada qəbul edildiyini təsdiq edir. Məhkəmə qeyd olunan nəticəyə gələrkən maraqlı şəxslərin izahatlarını və notariat qaydada təsdiq edilmiş ərizələrini də nəzərə almışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -Ərizə təmin edilməli; -xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2011-ci il tarixdə vəfat etmiş X4 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar