Məhkəmə qərarları › İş №2(110)-858/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-858/2023

24.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-858/2023 24.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onların birgə mülkiyyətlərində olan Şərur rayon Aqrar İslahat Komissiyasının 20 avqust 1997-ci il tarixli 06 nömrəli qərarına əsasən JN-009B nömrəli Şərur rayon Kürçülü kənd ərazisində yerləşən həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək ərizəsində Şərur Rayon Məhkəməsində Cavabdeh qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi barədə” iddia qaldırdığını, hal-hazırda mübahisənin cavabdehlə məhkəmədən kənar öz aralarında həll etmələri üçün iddia ərizəsinin baxılmamış saxlanılması və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddiaçı ilə öz aralarında razılaşdıqlarını, ona görədə iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlərin məhkəmə baxışı iclasında iştirak etməyərək işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizə baxılmamış saxlanıldığından İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2023-cü il tarixdə 25522 nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı “mülkiyyətində olan həyətyanı torpaq sahəsinin özgənin qanunsuz sahibliyindən geri qaytarılması tələbi barədə” mülki iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi və on əlavə edilmiş sənədlər geri qayarılsın. İddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 25522 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar