Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-859/2023 16.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X12 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “miras əmlakın faktiki qəbulu tələbi barədə” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizəsində mərhum X20 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbulunun müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində, mərhum X31 ilə 04 fevral 1976-cı ildə ailə qurduğunu, onların birgə nikahdan altı övladları – xx.xx.1976-cı il təvəllüdlü X13, xx.xx.1978-ci il təvəllüdlü X14, xx.xx.1980-ci il təvəllüdlü X15, xx.xx.1983-cü il təvəllüdlü X21,, xx.xx.1986-cı il təvəllüdlü X16 və xx.xx.1980-ci il təvəllüdlü X17 doğulduğunu, X20 xx.xx.2021-ci il tarixdə vəfat etdiyni və onun ölümündən sonra Şərur rayon Maxta kəndində Şərur rayon Aqrar İslahat Komissiyasının qərarı ilə X31 ailə başçısı olmaqla 6 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.770 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin miras qaldığını, xx.xx.2023-cü il tarixdə Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən miras qalmış kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin olan və ölçüsü və Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi tərəfindən Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verildiyini, mərhum X20 ölümündən sonra 6 nəfərdən ibarət ailə üzvlərinin birgə mülkiyyətinə verilmiş 0.770 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsini faktiki olaraq miras əmlakı kimi qəbul etdiyini, digər vərəsələr isə Notarial qaydada ərizə verərək ataları X22 onlara çatacaq miras payını rəsmi və faktiki qəbul etmədiklərini və gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacaqlarını bildirdiyini, iddiaçı Ərizəçi nümayəndəsi X25 vasitəsi ilə Maraqlı şəxsnə ərizə ilə müraciət edərək, harada yerləşməsindən asılı olmayaraq qalmış miras əmlakdan X24 şəhadətnamə verilməsini xahiş etdiyini, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 34 saylı Qərarı ilə iddiaçı Ərizəçi xx.xx.2021-ci il tarixdə vəfat etmiş həyat yoldaşı X20 Ölümündən sonra miras qalmış əmlakdan Qanun üzrə X24 Şəhadətnamə verilməsindən imtina edildiyini, ona görə də iddiaçı Ərizəçi həyat yoldaşı X20 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış miras əmlakın iddiaçı tərəfindən faktının qəbul olunmasının müəyyən olunması tələbi ilə məhkəməyə müraciət etmək zərurəti yarandığını bildirmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə baxış iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizədə qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X10 xala ilə qonşu olduqlarını, onun həyat yoldaşı Həsən kişinin Bakı şəhərində təxminən 2020 və ya 2021-ci ildə vəfat etdiyini, orada dəfn edildiyini, sonradan Elza xalanın və uşaqlarının kənddə yas mərasimi təşkil etdiyini, Elza xalanın təxminən 1 il kənddə yaşadığını, onlara məxsus torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə yaşaşı olduğunu, onların həmin torpaq sahəsinə yonca əkdiklərini, Elza xalanın həmin torpağa sahiblik etdiyini, yoncanı suvartdıraraq biçdirib satdığını, Elza xala haliyədə Bakı şəhərində yaşadığından, həmin torpaq sahəsinə hal-hazırda Elzanın xalası oğlu Səfər Əliyevin nəzarət etdiyini, bu il həmin torpaq sahəsinə buğda əkdiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X11 Əliyevanın onun xalası qızı olduğunu, Elzanın həyat yoldaşı Həsənlə birlikdə kənddə yaşadıqlarını, Həsən xəstələndiyi üçün Bakı şəhərinə getdiklərini, orada bir müddət övladlarının yanında yaşadıqlarını, Həsənin Bakı şəhərində vəfat etdiyini, orada dəfn olunduğunu, Həsən vəfat etdikdən bir müddət donra Elzanın kəndə gəldiyini, yas mərasimi təşkil etdiyini, təxminən 1 ildən çox kənddə yaşadığını, torpaq sahəsindəki yoncanı biçdirib satdığını, daha sonra həmin torpaq sahəsində buğda əkdiyini, 2022-ci ilin mart ayında Bakı şəhərinə getdiyini, buğdanı özünün biçdirib pulunu Elzaya göndərdiyini, hal-hazırda həmin torpaq sahəsinə özünün nəzarət etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 Elza ilə qonşu olduqlarını, Elzanın həyat yoldaşı Həsənin 2021-ci ildə vəfat etdiyini, Həsən vəfat etdikdən sonra Elzanın kəndə gəldiyini, təxminən 1 il yarım kənddə yaşadığını, onlara məxsus torpaq sahəsinin ona məxsus torpaq sahəsi ilə yaşaşı olduğunu, həmin torpaq sahəsində yonca əkildiyini, Elzanın onu biçdirib satdırdığını, sonucu dəfə həmin torpaq sahəsinə buğda əkdirdiyini bildirmişdir. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********8 qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur rayonu Maxta kəndində yerləşən 0.77 ha torpaq sahəsi X20, Ərizəçi, X15, X21, X16, X2 adlarına qeydiyyatdadır. - Şərur rayon Maxta kənd İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 147 nömrəli arayışından görünür ki, X31 vəfat etdikdən sonra onun vərəsələri aşağıdakı kimidir.
1. H/yoldaşı Ərizəçi - xx.xx.1950
2. X3 - xx.xx.1980
3. X9 - xx.xx.1983
4. X4 - xx.xx.1986
5. Qızı (Əliyeva) X8 - xx.xx.1990
6. X5 - xx.xx.1976
7. X6 - xx.xx.1978 - X29 Bakı şəhəri 51 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X29 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - X32 Bakı şəhəri 51 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X32 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - X26 Bakı şəhəri 51 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X26 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - X8 Bakı şəhəri 35 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X8 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - X27 Bakı şəhəri 31 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X27 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - X28 Bakı şəhəri 51 saylı notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, mən X27 xx.xx.2021-ci il tarixdə vəfat etmiş atam X19 mənə çatan miras payımı rəsmi və faktiki olaraq qəbul etməmişəm, qəbul etmirəm, gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəmədə iddia qaldırmayacam. - xx.xx.2023-cü il tarixli 34 nömrəli Notariat hərəkətinin aparılmasından imtina edilməsi haqqında qərardad görünür ki, ünvan 1i ünvanında qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X20 ölümündən sonra Şərur rayon Maxta kəndində 0.77 ha torpaq sahəsinin 1/6 hissəsinə dair miras qalmış əmlakdan qanun üzrə X24 şəhadətnamə verilməsindən imtina edilmişdir - X25 (Ərizəçi əvəzinə) xx.xx.2023-cü il tarixli ərizəsində bildirmişdir ki, Şərur rayon maxta kəndində yaşamış xx.xx.2021-ci ildə vəfat etmiş həyat yoldaşım X19 qalmış miras əmlakdan X24 şəhadətnamə verməyinizi xahiş edirəm. Miras əmlak harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklardan ibarətdir. Miras qoyanın Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1159-cu maddəsi ilə nəzərdə tutulmuş başqa vərəsələrinin olub-olmaması barədə məlumat verməyimin zəruriliyi notarius tərəfindən mənə izah edildi. - Dəmirçi kənd ЗВС ИК tərəfindən verilmiş 04 fevral 1976-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X31 ilə X23 arasında 04 fevral 1976-cı il tarixdə rəsmi nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 4 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra qadına “Əliyeva” soyadı verilmişdir; - Bakı şəhəri Xəzər rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İİ № 166686 saylı ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X31 xx.xx.2021-ci il tarixində Bakı şəhərində sol mədəcik çatışmamazlığı səbəbindən vəfat etmişdir. Beləliklə də, məhkəmə tədqiqatı nəticəsində müəyyən edilmişdir ki, Şərur rayon Maxta kəndində yerləşən sözügedən miras əmlak xüsusi mülkiyyət hüququ üzrə ərizəçinin həyat yoldaşı mərhum X31 ailə başçısı olmaqla onun ailə üzvlərinin ümumi birgə mülkiyyətində olmuş, X31 xx.xx.2021ci il tarixdə öldükdən sonra həmin torpağa onun həyat yoldaşı Ərizəçi sahiblik etməklə, faktiki olaraq idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmiş, digər vərəsələr isə notarial qaydada təsdiqlənmiş ərizə verməklə miras əmlakdan imtina etdiklərini bildirmişlər. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Həmçinin məhkəmə iddia tələbi üzrə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizəçi tələbində mərhum X20 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq miras əmlak kimi onun tərəfindən faktiki qəbulunun müəyyən olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etsədə, məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, miras əmlak olaraq yalnız Şərur rayon Maxta kəndində yerləşən 0.77 ha torpaq sahəsinə dair sənəd mövcuddur. Ona görə də məhkəmə məhz həmin torpaq sahəsinin miras əmlak olaraq ərizəçi tərəfindən qəbul edilməsi faktını müəyyən edilməsi məsələsinə baxmalıdır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.1.1-ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə qismən təmin edilməli, xx.xx.2021-ci il tarixdə ölmüş X19 miras qalmış Şərur rayon Maxta kəndində yerləşən 0.77 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə qismən təmin edilsin. xx.xx.2021-ci il tarixdə ölmüş X19 miras qalmış Şərur rayon Maxta kəndində yerləşən 0.77 ha torpaq sahəsinin Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizə digər hissədə rədd edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev