Məhkəmə qərarları › İş №2(110)-867/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-867/2025

24.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-867/2025 24.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X8 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum atası X7 və mərhumə anası X2 mülkiyyətində olmuş Şərur rayon, Danyeri kənd ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, 0,1672 ha həyətyanı torpaq sahəsi və üzrərində tikilmiş 1 mərtəbəli 4 otaqlı 138,15 m2 sahəsi olan fərdi yaşayış evinin miras əmlak olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum atası-X7 xx.xx.2010-cu ildə, mərhumə anası X3 isə xx.xx.2021-ci ildə Şərur rayon Danyeri kəndində vəfat etdiklərini, mərhum atası X7 və mərhumə anası X2 Şərur rayon Danyeri kənd ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, 0.1672 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli üç otaqlı 138,15 m² sahəsi olan fərdi yaşayış evi mülkiyyətlərində olduğunu, bu barədə onlara JN117A saylı 10200078 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və xx.xx.2025-ci il tarixli 4439 inventar nömrəli daşınmaz əmlakın texniki pasportu və çıxarış verildiyini, mərhum atası X7 və mərhumə anası X2 Şərur rayon Danyeri kəndi ərazisində yerləşən 0.04 ha həyətyanı torpaq sahəsi, 0.1672 ha həyətyanı torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli dörd otaqlı 138,15 m² sahəsi olan fərdi yaşayış evi miras qaldığını, mərhum atası X4 ölümündən sonra aşağıda göstərilən varislərinin - arvadı: X3- (vəfat edib), oğlu: Maraqlı şəxs3, oğlu: Maraqlı şəxs4, oğlu: Maraqlı şəxs5, qızı: Eyvazova (Əliyeva) Cəmilə Həsən qızı, oğlu: Ərizəçi, qızı: İbrahimova (Əliyeva) Pərvanə Həsən qızı, oğlu: X5 və oğlu: X6 olduğunu, həmin miras əmlakını, mərhum atası X7 və mərhumə anası X2 ölümündən sonra mübahisəsiz olaraq qəbul edərək həmin torpaq sahələrindən və fərdi yaşayış evindən istifadə etdiyini, onların digər varisləri isə miras əmlakı qəbul etməkdən imtina etdiklərini, onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon bir saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon bir saylı Notariat Ofisinin xx.xx.2025-ci il tarixli 78 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olacağının bildirildiyini bildirilmişdir. Tərəflərə 24 oktyabr 2025-ci il tarixə təyin edilmiş məhkəmə hazırlıq iclasının vaxtı və yeri barədə məlumat verilsə də, yalnız ərizəçinin nümayəndəsi Nümayəndə məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsi ilə bağlı məhkəməyə xx.xx.2025-ci il tarixli ərizə təqdim etmişdir. Maraqlı şəxs məhkəmə hazırlıq iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən də, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərini nəzərə alaraq mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçinin nümayəndəsi Nümayəndə məhkəməyə ünvanladığı xx.xx.2025-ci il tarixli ərizəsində Şərur Rayon Məhkəməsində “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə müracət etdiyini, ərizəsini və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə ərizəni nəzərdən keçirib hesab edir ki, ərizə ona əlavə olunmuş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1-261.0.3 və 261.0.6-261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263.1-ci maddəsinin tələbinə görə məhkəmə işi mahiyyəti üzrə həll etmədikdə məhkəmə aktını qərardad formasında çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.3-cü maddəsinə əsasən bu Məcəllənin 170.1 və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa dövlət rüsumu geri qaytarılır. Qeyd olunan maddənin tələbini nəzərə alaraq hesab edirəm ki, Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi tərəfindən "xxxx" ASC-nin Şərur filialına xx.xx.2025-ci il tarixli, ********** nömrəli qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi geri qaytarılsın. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar