Məhkəmə qərarları › İş №2(110)-894/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-894/2023

25.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-894/2023 25.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X24 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi “qohumluq və mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin təmin olunması, xx.xx.2010-cu ildə vəfat etmiş X25 ərizəçinin bibisi olması və ondan qalmış Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən yaşayış mənzilinin miras əmlak olaraq onun tərəfimdən qəbul edilməsi faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizədə Ərizəçi 1987-ci ildə ünvan 3ində doğulsa da mərhum bibisi X25 yanında böyüdüyünü, ona məxsus Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən evdə yaşadığını, belə ki, bibisi A.Nəcəfovanın ailə qurmadığından onun qeyri rəsmi olaraq valideyinləri tərəfindən ona övladlığa verildiyini, onunda onu öz doğma övladı kimi böyütdüyünü, mərhum bibisi A.Nəcəfovanın xx.xx.2010-cu ildə vəfat etdiyini və ondan Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən evin miras qaldığını, bibisi vəfat edərkən onun valideyinlərinin və qardaşlarının artıq dünyadan köçdüklərindən onun qeyri rəsmi övladı olaraq yas mərasimi onun tərəfindən götürüldüyünü, bununla bağlı bütün zəruri xərclərin onun tərəfindən qarşılandığını, eyni zamanda ailə quraraq ailəsi ilə birlikdə mərhum bibisindən miras qalmış evdə yaşamaqla, həmin mirası faktiki olaraq qəbul etdiyini, hal hazırda da həmin evdə yaşamaqda olduğunu, eyni zamanda bu müddət ərzində miras əmlaka baxdığını və quluğun onun tərəfindən aparıldığını, kommunal və digər xidmətlərin haqqının onun tərəfindən ödənildiyini, bu faktın isə mənzil istismar sahəsi tərəfindən verilmiş arayış və həmin binada yaşayan qonşuların ifadələri ilə təsdiq edilə biləcəyini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın mənə məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2023-cü ilin may ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmiş, lakin vəkili və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştrak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizədə qeyd edilən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X2 ilə qapıbir qonşu olduqlarını, Ağcanın ailə qurmadığını, qardaşı oğlu Rahibi uşaqlıqdan qeyri rəsmi himayəsinə götürərək saxladığını, Rahibin həmin evdə böyüdüyünü, bibisinin hər zaman qayğısına qaldığını, orada evlənərək Ağca ilə birlikdə yaşadığını, Ağca vəfat edəndən sonra həmin evdə ailəsi, uşağı ilə yaşamağa başladığını, evi tamamilə təmir etdirdiyini, dediyinə görə on iki min manat evin təmirinə pul xərclədiyini, 2022-ci ilədək həmin evdə yaşadığını, son bir ildə iş ilə əlaqədar Bakı şəhərinə köçdüyünü hal-hazırda Bakı şəhərində yaşadığını bildirmişdir. Məhkəmədə ərizəçinin vəkili və nümayəndəsinin təşəbbüsü ilə dəvət edilərək şahid qismində ifadə verən X7 əmioğlu olduqlarını, Ağcanın Rahibində,onun da bibisi olduğunu, bibisinin ailə qurmadığını, Bibisi Ağcanın uşaqlıqdan Rahibi qeyri- rəsmi himayəyə götürərək böyütdüyünü, Ağca vəfat etdikdən sonra həmin evdə Rahibin ailəsi ilə birlikdə yaşadığını, həmin evi təmir etdirdiyini, 2022-ci ilədək orada yaşadığını, haliyədə Bakı şəhərində yaşadığını bildirmişdir. Məhkəmə ərizəçinin ərizədə qeyd etdiklərinə, ərizəçinin vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə, toplanmış sübutlara və tədqiq olunmuş sənədlərə hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 578 saylı arayışdan görünür ki, Ərizəçi ünvan 2 ünvanında ailəlikcə 2022-ci ilin ortalarına kimi qeydiyyatsız yaşamış, lakin işi ilə əlaqədar olaraq həmin ilin ortalarından Bakı şəhərinə çıxıb getmişlər; - İş materiallarında olan arayışlardan görünür ki, Ərizəçi elektrik, qaz və su sayğaclarına heç bir borcu yoxdur; - İliç rayon Yengicə kənd sovetliyi tərəfindən verilmiş xx.xx.1987-ci il tarixli doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi atası X57 oğlu, anası X17r; - ünvan 3 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli AZ-İ № 375520 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X39 xx.xx.2010-cu il tarixində ünvan 3ində ürək dayanması nəticəsində vəfat etmişdir; - Maraqlı şəxs notariusunun 30 saylı, xx.xx.2023-ci il tarixli qərarından görünür ki, ünvan 3 ünvanında qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum X25 ölümündən sonra Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən yaşayış mənzili ilə bağlı miras qalmış əmlakdan Qanun üzrə Vərəsəlik Hüququ haqqında Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak Dövlət Reystr Xidməti tərəfindən verilmiş xx.xx.2010-cu il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, Şərur Şərur şəhəri, H.Əliyev prospektiində istifadədə olan torpaq sahəsində yerləşən 39 nömrəli, 2 mərtəbəli binanın 3cü girişində, 2-ci mərtəbəsində 41.4 kv.m ümumi, 30.0 kv.m yaşayış sahəsindən ibarət 2 otaqı, 10 nömrəli mənzil tam mülkiyyət hüququ üzrə X25 adına daşınmaz əmlakın dövlət reyestrində 15/1 nömrəli reyestr kitabının 94 nömrəli vərəqində qeydiyyatına alınmışdır; - ünvan 3 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 382 saylı arayışdan görünür ki, X1 qeydiyyatda durub və xx.xx.2010-cu ildə vəfat etmişdir. Vərəsələri aşağıdakı tərkibdən ibarətdir. 1.X51 Yəhya oğlu –xx.xx.2009-cu ildə vəfat edib. 2.Qardaşı Nəcəfov Qənimət Yəhya oğlu –xx.xx.2022-ci ildə vəfat edib 3.Bacısı Nəcəfova (Məmmədova) Tofiqə Yəhya qızı - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli AZ-İ № 871655 nömrəli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Nəcəfov Qənimət Yəhya oğlu xx.xx.2022-ci il tarixində ünvan 3ində beyindaxili qansızma nəticəsində vəfat etmişdir; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1961ci il təvəllüdlü X53 oğlunun atası X48, anası isə X18r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, xx.xx.1946cı il təvəllüdlü X25 atası X48, anası isə X15r; - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X48 ilə X21 arasında 04 iyul 1960-cı il tarixdə nikah bağlanmış, nikah bağlandıqdan qadına sonra qadına “Nəcəfova” soyadı verilmişdir; - ünvan 3 İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 565 saylı arayışdan görünür ki, X53 oğlu Çomaxtur kəndində qeydiyyatda durmuş və o xx.xx.2008-ci ildə vəfat etmişdir. Vərəsələri aşağıdakı tərkibdən ibarətdir; 1.X3 2.Oğlu Ərizəçi 3.Qızı Nəcəfova (Məhərrəmova) Qumral Nemət qızı

4. X49 - ünvan 3 inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X53 oğlu xx.xx.2008-ci il tarixində Sumqayış şəhəri, Abşeron rayonunda ürək çatışmamazlığı nəticəsində vəfat etmişdir; - X49 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********447 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə X39 vəfat etmişdir. X5 miras qalmış bütün əmlaklardan mənə çatası miras payından və vərəsəlik hüququndan imtina edirəm. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X4 rayon 2 saylı notariat ofisində vermiş olduğu **********922 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Həmin miras əmlakdan pay tələbim üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm; - ünvan 3 İƏD üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 564 saylı arayışdan görünür ki, Nəcəfov Qənimət Yəhya oğlu Çomaxtur kəndində qeydiyyatda durub və o xx.xx.2022-ci ildə vəfat etmişdir. Vərəsələri aşağıdakı tərkibdən ibarətdir; 1.X6 2.X58 Qənimət oğlu

3. X16

4. X31 - X31 Maraqlı şəxsndə vermiş olduğu **********739 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Həmin miras əmlakdan pay tələbim üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm; - X30 Bakı şəhəri 6 saylı notariat ofisində vermiş olduğu **********446 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə X39 vəfat etmişdir. X5 miras qalmış bütün əmlaklardan mənə çatası miras payından və vərəsəlik hüququndan imtina edirəm. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X27 Maraqlı şəxsndə vermiş olduğu **********744 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakı qəbul etməmişəm. Həmin mirasdan heç bir pay tələbim yoxdur. Adımın qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə salınmasını istəmirəm. Həmin miras əmlakdan pay tələbim üzrə məhkəmədə və digər orqanlar qarşısında şikayət etməyəcəm; - X8 rayon 1 saylı notariat ofisində vermiş olduğu **********755 saylı ərizəsində bildirmişdir ki, X39 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdü, yəni buraxılmışdır. X25 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - X12 rayon 1 saylı notariat ofisində vermiş olduğu **********756 saylı ərizəsində bildirmişdir ki, X39 xx.xx.2010-cu il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdü, yəni buraxılmışdır. X25 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm; - Nəcəfov Yəhya Qənimət oğlu Sumqayıt şəhər 4 saylı notariat ofisində vermiş olduğu **********013 saylı ərizəsində bildirmişdir ki, xx.xx.2010-cu il tarixdə vəfat etmiş X25 vəfatından sonra ondan miras qalmış əmlakları qanunvericiliklə müəyyən edilmiş müddətdə notariat ofisinə müraciət etməklə və yaxud faktiki yiyələnməklə qəbul etməmişəm və qəbul etmək niyyətində deyiləm. Beləliklə də məhkəmə tədqiqatı zamanı ünvan 3 inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışları ilə müəyyən edilmişdir ki, xx.xx.2010-cu il tarixdə ölmüş X25 və xx.xx.2008-ci il tarixdə ölmüş X53 oğlunun ataları X48, anaları X18r. Ərizəçi qohumluq münasibətlərinin, yəni Ağcanın onun bibisi olması və ondan miras qalmış əmlakı faktiki qəbul etməsi faktlarını başqa qaydada müəyyən edə bilmədiyindən, bu faktların müəyyən olunması üçün məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Məhkəmə baxışı iclasında dindirilən şahid ifadələri ilə iş materialında olan digər sənədlərdə qeyd edildiyi kimi X25 Ərizəçi bibisi olması və ondan miras qalmış əmlakı qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Beləliklə də, məhkəmə qeyd edir ki, xx.xx.2010-cu il tarixdə ölmüş X25 Ərizəçi bibisi olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2010-cu il tarixdə ölmüş X23 miras qalmış Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən mənzilin miras əmlak kimi Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. O da qeyd edilməlidir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 03 saylı qərarının 2-ci bəndində göstərilmişdir ki, məhkəmələrə tövsiyə olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsi qohumluq münasibətləri faktının, yalnız belə münasibətlər hüquqi nəticələrə səbəb olacağı təqdirdə (məsələn: həmin faktın təsdiq edilməsi ərizəçiyə mirasdan pay almaq üçün; ailə başçısının itirməyə görə pensiya və ya sosial müavinət almaq hüququnu rəsmiləşdirmək üçün və sair) müəyyən edilməsini nəzərdə tutur...; Həmin qərarın 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır; Həmin qərarın 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1159.2- ci maddəsinə əsasən ikinci növbədə - ölənin bacıları və qardaşları. Miras qoyanın bacısı uşaqları və qardaşı uşaqları və onların uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsəsi olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası miras payını bərabər olaraq miras alırlar; - 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2010-cu il tarixdə ölmüş X25 Ərizəçi bibisi olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı, həmçinin xx.xx.2010-cu il tarixdə ölmüş X23 miras qalmış Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən mənzilə Ərizəçi faktiki sahiblik etməsi, onu idarə etməklə miras əmlakı tamamilə birmənalı şəkildə qəbul etməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu özünə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : Ərizə təmin edilsin. xx.xx.2010-cu il tarixdə ölmüş X25 Ərizəçi bibisi olmaqla onların aralarında qohumluq münasibətlərinin olması faktı müəyyən edilsin. xx.xx.2010-cu il tarixdə ölmüş X23 miras qalmış Şərur şəhəri, H.Əliyev prospekti 39/10 ünvanında yerləşən mənzilin miras əmlak kimi Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar