Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-894/2024 14.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X6 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Şərur rayon Nikah Evini maraqlı şəxs qismində cəlb etdiyi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, 16 yanvar 2017-ci il təvəllüdlü X4 doğum faktının müəyyən edilməsi və doğum haqqında akt qeydlər kitabında qeydiyyatın aparılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində bildirmişdir ki, onun 2015-ci ildə Türkiyə Respublikasında X11 ilə tanış olaraq qeyri-rəsmi olaraq ailə qurduqlarını, xasiyyətləri uyğun gəlmədiyindən onların 2017-ci ilin sonlarından ayrıldıqlarını, bu evlilikdən bir övladı 16 yanvar 2017-ci il təvəllüdlü X4 anadan olduğunu, övladlarının İstanbul şəhərində xəstəxanada dünyaya gəlsələr də, onların doğumları barədə heç bir sənəd verilmədiyini, bununla bağlı onların Azərbaycan respublikasının İstanbuldakı Baş Konsulluğuna müraciət etdiklərini, Konsulluq tərəfindən onlara DNT testi keçirildiyini, uşağın anasının Ərizəçi olduğu müəyyən olunaraq uşağa AA0278421 nömrəli yol vətrəqəsi verilərək Azərbaycan respublikasına yola salındıqlarını, uşağın DNT testi barədə məlumatın Daxili İşlər Nazirliyinə göndərildiyini, Şərur Rayon Nikah Evindən 16 yanvar 2017-ci il təvəllüdlü X7 doğum haqqında şəhadətnamənin verilməsini ərizə ilə xahiş etsə də, doğum haqqında akt qeydləri aşkar edilmədiyindən ona imtina olunduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs Şərur rayon Nikah Evinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmiş, lakin xx.xx.2024-cü il tarixdə məhkəməyə məktub göndərərək məktubunda qeyd etmişdir ki, Ərizəçi Şərur Rayon Nikah Evinin maraqlı şəxs qismində cəlb etdiyi doğumun qeyd edilmə faktının müəyyən edilməsi tələbi barədə mülki iş üzrə məhkəmə iclası xx.xx.2024-cü il tarixdə 11:30-a təyin edilmiş məhkəmə prosesində işlərin çoxluğunu nəzərə alıb, bizim iştirakımız olmadan baxılmasını və nəticə verilməsini xahiş edirik. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X5 ifadəsində qızı X19 adlı şəxslə Türkiyədə ailə qurduğunu, ailə qurduqları ilini xatırlamadığını, qızının yaşı az olduğu üçün rəsmi qaydada nikaha düşmədiklərini, onların 2017-ci ildə Türkiyədə Asmil adlı bir qızlarının doğulduğunu, uşaq evdə doğulduğu üçün ona doğum şəhadətnaməsi ala bilmədiklərini, sonradan Osman Kayanın ailəsini və uşağını ataraq çıxıb getdiyini, yerini bilmədiklərini, Şərura qayıtdıqdan sonra uşağa doğum şəhadətnamə ala bilmədiklərini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 onun qızı olduğunu, X14 adlı türk vətəndaşı ilə evlənidiyini, qızının toyunda iştirak etdiyini, toydan sonra özünün kəndə qayıtdığını, sonradan onların Asmil adlı bir qızının olduğunu eşitdiyini, arvadı ilə boşandığı üçün onlarla çox əlaqəsi olmadığından sonra baş verənlərdən xəbərinin olmadığını, haliyədə uşağın 7 yaşının olduğunu bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış xx.xx.2024-cü il tarixli imtina məktubunun məzmunundan görünür ki, Şərur Rayon Nikah Evinə xx.xx.2024-cü il tarixdə ərizə ilə müraciət edərək övladı X7 doğum haqqında şəhadətnamənin verilməsini xahiş etmiş, Şərur Rayon X3 elektron informasiya sistemində və arxivində X10 barəsində doğum haqqında akt qeydləri aşkar edilməmişdir; - Azərbaycan Respublikasının İstanbuldakı Baş konsolluğu tərəfindən DNT testi keçirilərək uşağın anasının Ərizəçi olduğu müəyyən edildiyindən, konsulluq tərəfindən 16 yanvar 2017-ci il təvəllüdlü X7 AA0278421 nömrəli Azərbaycan Respublikasına Qayıdış şəhadətnaməsi verilmişdir; Məhkəmə tədqiqatı zamanı iş üzrə toplanmış və tədqiq olunmuş ərizəçinin izahatında qeyd etdikləri, şahidlərin ifadələri və digər mötəbər sübutlar əsasında təsdiq olundu ki, Ərizəçi ilə X11 2015-ci ildə Türkiyə Respublikasının İstanbul şəhərində qeyri-rəsmi ailə quraraq evlənmiş, onların bu evliliyindən 16 yanvar 2017-ci il təvəllüdlü X10 doğulmuşdur. Ərizəçinin uşağı ev şəraitndə doğulduğundan bu günə qədər onun doğumu qeydə alınmamışdır. Lakin iş materialında olan sənədlərlə müəyyən edilir ki, X4 barəsində Azərbaycan Respublikasının İstanbuldakı Baş konsolluğu tərəfindən DNT analizi keçirilmiş və həmin uşağın Azərbaycan Respublikasının vətəndaşı olan anası Ərizəçi aid olması təsdiq edilmişdir. Ərizəçi uşağa doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Şərur rayon Nikah Evinə müraciət etmiş, lakin Şərur rayon X3 elektron informasiya sistemində və Arxivində uşaq barəsində doğum haqqında akt qeydi aşkar edilmədiyindən Şərur rayon Nikah Evi tərəfindən ona imtina məktubu təqdim edilmişdir. Yuxarıda qeyd edilən hallarla müəyyən olunur ki, ərizəçinin müvafiq sənədi başqa qaydada əldə etməsi qeyri-mümkündür, ona görə ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Beləliklə də, məhkəmədə tədqiq edilmiş sübutlarla ərizənin əsaslı olması təsdiq olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Həmçinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Ali Məhkəmə Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 4.3-cü bəndinə əsasən uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Yuxarıda qeyd edilənlərə əsassən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X4 16 yanvar 2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulması faktı X2 və anasının Ərizəçi olması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X4 16 yanvar 2017-ci il tarixdə Türkiyə Respublikasının İstanbul şəhərində doğulması faktı müəyyən edilsin. X2 və anasının Ərizəçi olması müəyyən edilsin. Qətnamə doğum haqqında şəhadətnam verilməsi üçün əsasdır. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №2(110)-894/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-894/2024
14.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver