Məhkəmə qərarları › İş №2(110)-906/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-906/2023

04.12.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-906/2023 04.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, İddiaçının vəkili - nümayəndəsi Vəkil, cavabdehlərin qanuni nümayəndəsi Nümayəndə1, cavabdehlərin qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbi barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək 09 mart 2001-ci ildə atası X1 miras qalmış ünvan 1 ünvanında yerləşən 0.0807 ha həyətyanı torpaq sahəsi və üzərində inşa edilmiş ümumi sahəsi 86.9 kvm olan fərdi yaşayış evindən bütün miras əmlakın onun tərəfindən qəbulu faktının müəyyən edilməsi və payının bütün miras kütləsi olması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil məhkməyə ərizə təqdim edərək ərizəsində icraatda olan 2(110)-906/2023 nömrəli mülki iş üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qayratılmasını və iddia ərizəsinin baxılmamış saxlanılmsaını məhkəmədən xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdehlərin qanuni nümayəndəsi Nümayəndə1 və cavabdehlərin qanuni nümayəndəsinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin baxılmamış saxlanılmasına etirazlarının olmamasını bildirdilər. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən və cavabdehlərin qanuni nümayəndəsi və cavabdehlərin qanuni nümayəndəsinin nümayəndəsi işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən iddia ərizəsi baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 259.0.11-ci maddəsinə əsasən qərardadda iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır; - 260.3-cü maddəsinə əsasən qərardadda işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər; - 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, dövlət rüsumu qaytarılır. Məhkəmə büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 29557 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. İddiaçıya izah olunmalıdır ki, Azərbaycan Respublikasının MPM-in 260.4-cü maddəsinə müvafiq olaraq ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260, 263- 264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “miras əmlakın faktiki olaraq qəbul edilməsi faktının və payın müəyyən olunması tələbi barədə” iddia ərizəsi baxılmamış saxlanılsın. İddia ərizəsi baxılmamış saxlanıldığından İddiaçı tərəfindən "xxxx" ASC-nin Naxçıvan filialı vasitəsilə xx.xx.2023-cü il tarixli, 29557 nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu iddiaçıya qaytarılsın. İddiaçı izah olunur ki, ərizənin baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar