Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-926/2023 13.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X8 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın əmlakın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum anası X13 mülkiyyətində olan Şərur rayon Yengicə kəndində yerləşən 0.18 ha həyətyanı torpaq sahəsini miras əmlak olaraq onun tərəfindən qəbul edilməsini faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum anası X20 Şərur rayon Yengicə kənd ərazisində yerləşən Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə 0.18 ha həyətyanı torpaq sahəsinin verildiyini, mərhum anası X13 21 oktyabr 2008-ci ildə vəfat etdiyini, X2 varixləri olduğunu, X23 – (qızı); X9 – (qızı); X14 – (qızı); X15 – (vəfat edib); X26 – (vəfat edib); X24 – (nəvəsi); X16 – (oğlu), həmin miras əmlakı onun mərhum anası X13 ölümündən sonra mübahisəsiz olaraq qəbul etdiyini və istifadə etdiyini, onun maddi imkanı aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına rəsmiləşdirə bilmədiyini, onun mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Şərur rayon bir saylı Notariat Ofisinə müraciət etdiyini, Şərur rayon bir saylı Notariat Ofisinin 29 avqust 2023-cü il tarixli 109 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından onun məhkəməyə müraciət etməli olacağının bildirildiyini qeyd etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi ərizəsində qeyd edilənlən xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizəsinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X17 ifadəsində Ərizəçi onun həmkəndlisi olduğunu, münasibətlərinin yaşı olduğunu, Məhəmmədin anası Suranın Bakı şəhərində vəfat etdiyini, daha sonra Məhəmmədin kəndə gələrək anası üçün yas mərasimi təşkil etdiyini, ondan sonra Məhəmmədin ata evində yaşamağa başladığını, köhnə evi sökərək yerində 2 mərtəbəli ev tikdiyini, orada bağ saldığını, ümumiyyətlə təsərrüfatı idarə ertdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X21 ifadəsində Ərizəçi onun uşaqlıq dostu olduğunu, birlikdə böyüdüklərini, Məhəmmədin anası Suranın Bakı şəhərində vəfat etdiyini, Məhəmmədin anası üçün kənddə yas mərasimi təşkil etdiyini, yas mərasimində iştirak etdiyini, bundan sonra Məhəmmədin ailəliklə kənddə ata evində yaşamağa başladığını, tez-tez onun onlara getdiyini, sonradan Məhəmmədin anasından qalan evi sökərək həmin evin yerində 2 mərtəbəli ev tikdiyini, həmin evin torpaq sahəsində meyvə ağaclarının olduğunu, onlara qulluq etdiyini, yaxşı məhsul yığdığını bildirmişdir. Məhkəmə ərizəçinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsində xx.xx.2008-ci il tarixində vəfat etmiş X13 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq, miras qalmış bütün əmlaka dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. - JN-217A KOD 10207018 nömrəli Torpağa mülkiyyət hüququna dair Dövlət aktının surətindən görünür ki, Şərur rayon Yengicə kəndi ərazisində 0.18 ha torpaq sahəsi Şərur rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli 05 nömrəli qərarı ilə X13 və X10 birgə mülkiyyətinə verilmişdir. - X23 və X9 xx.xx.2023-cü il tarixli **********678 saylı ərizəsində bildirmişlər ki, xx.xx.2008-ci il tarixdə vəfat etmiş X11 miras qalmış əmlakı faktiki olaraq qəbul etməmişik, etmirik və gələcəkdə bu işlə əlaqədar heç bir iddia ilə məhkəməyə müraciət etməyəcik. Gələcəkdə imtina ərizəsinin ləğv etməyin mümkünsüzlüyü notarius tərəfindən bizə izah edildi. - Şərur rayon bir saylı Notariat Ofisinin notariusunun 109 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Yengicə kəndində qeydiyyatda olan Ərizəçi xx.xx.2023-cü il tarixli ərizəsinə əsasən xx.xx.2008-ci il tarixdə vəfat etmiş X13 ölümündən sonra miras qalan Şərur rayon Yengicə kəndində yerləşən torpaq sahəsinə dair vərəsəliyin açılmasından imtina edilmişdir; - Şərur rayon Yengicə kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2008-ci il tarixli AZ-İ № 333606 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X27 xx.xx.2008-ci il tarixində Şərur rayon Yengicə kəndində beyinə qan sızma səbəbindən vəfat etmişdir. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 179 nömrəli arayışından görünür ki, mərhumə X13 aşağıdakı tərkibdən ibarət varisləri vardır.
1. X23 – qızı
2. X9 – qızı
3. X18 – qızı
4. X15 – oğlu (vəfat edib)
5. X26 – oğlu (vəfat edib)
6. X24 – nəvəsi
7. Ərizəçi – oğlu - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X15 xx.xx.1970-ci il tarixində Şərur rayon Yengicə kəndində beyinə qan damarlarının tutulması səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X26 xx.xx.1974-cü il tarixində Şərur rayon Yengicə kəndində ağ ciyərin fibrokavernoz vərəmi səbəbindən vəfat etmişdir; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 283 nömrəli arayışından görünür ki, mərhum X26 həqiqətəndə subay olaraq vəfat etmişdir. - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 449 nömrəli arayışından görünür ki, mərhumə X27 2008-ci ildə vəfat edib və o vəfat etdikdən sonra onun yaşadığı həyətdə oğlu Ərizəçi təsərrüfat işləri ilə məşğul olmuşdur; - Şərur rayon Yengicə kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 284 nömrəli arayışından görünür ki, mərhum X5 aşağıdakı tərkibdən ibarət varisləri vardır;
1. Həyat yoldaşı X7 – vəfat edib
2. X3
3. X4 - Şərur rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X7 xx.xx.2012-ci il tarixində Şərur rayon Mahmudkəndində beyinə qansızma səbəbindən vəfat etmişdir; - X12 Maraqlı şəxsndə vermiş olduğu xx.xx.2023-cü il tarixli **********899 saylı ərizəsində bildirmişdir ki, X27 xx.xx.2008-ci il tarixdə ölmüşdür. Mənim tərəfimdən mirasın qanunla müəyyənləşdirilən altı aylıq müddət ötürülmüşdür, yəni buraxılmışdır. X13 ölümündən sonra nədən ifadə edilməsindən asılı olmayaraq qəbul etməmişəm və və buna görə də öz vərəsəlik hüququmu rəsmiləşdirmək niyyətində deyiləm. mirasın qəbul edilməsi müddətinin uzadılması və miras əmlakın bölüşdürülməsi üçün məhkəməyə müraciət məqsədim yoxdur. Mənə məlumdur ki, mirasdan imtina barədə ərizə ləğv edilə bilməz və ya geri götürülə bilməz. Əgər miras paydan imtina edirəmsə (həm qanun üzrə, həm də vəsiyyətnamə üzrə) mən bütün miras əmlakdan imtina edirəm. Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin və şahid ifadələri ilə müəyyən edilmişdir ki, ərizəçinin anası mərhum X27 xx.xx.2008-ci il tarixdə öldükdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə anasından miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, hazırki qətnamə X2 vərəsəsi X6 gələcəkdə mirasın qəbulu ilə bağlı məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırmır. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2008-ci il tarixdə ölmüş mərhum X11 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi: Ərizə təmin edilsin. xx.xx.2008-ci il tarixdə ölmüş mərhum X11 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Seymur Qarayev