Məhkəmə qərarları › İş №2(110)-927/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-927/2023

07.11.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-927/2023 07.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyətli mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək mərhum qardaşı X4 mülkiyyətində olan Şərur rayon Siyaqut kəndində yerləşən 0.14 ha həyətyanı torpaq sahəsinin miras əmlakı olaraq onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi mərhum qardaşı X6 Şərur rayon Siyaqut kənd ərazisində yerləşən X23 Komissiyasının xx.xx.1999-cu il tarixli 2 nömrəli qərarı ilə 0.14 ha həyətyanı torpaq sahəsinin verildiyini, X4 xx.xx.2019-cu ildə vəfat etdiyini, varislərinin X10, X16, X2, X13, Ərizəçi, X19, X14, X11 olduğunu, miras əmlakını qardaşı X4 ölümündən sonra mübahisəsiz olaraq qəbul və istifadə etdiyini, maddi imkanının aşağı olduğuna görə müvafiq rəsmiləşdirmə aparıb miras qalmış əmlakı adına sənədləşdirə bilmədiyini, mirasın qəbulu ilə bağlı müvafiq şəhadətnamə verilməsi üçün Maraqlı şəxsnə müraciət etdiyini, Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 40 nömrəli məktubunda vərəsəliyin açılma müddəti vərəsələr tərəfindən buraxıldığından məhkəməyə müraciət etməli olduğunu bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilmiş suallara cavabında ərizəni müdafiə etdiyini, həmin torpaq sahəsində evin olmadığını, qardaşının sağlığında həmin torpaq sahəsində ev tikdirmək istəsə də tikdirə bilmədiyini, qardaşının evlənmədiyini, qardaşı vəfat edəndən sonra torpağa onun nəzarət etdiyini, Dizə kəndində yaşadığından və gedib-gəlməkdə çətinlik çəkdiyindən torpaq sahəsinə nəzarət etməsini əmioğlusuna həvalə etdiyini, digər vərəslər arasında mübahisə olmadığını və onlarn Bakı şəhərində yaşadıqlarını, burada yaşayanın təkcə özü olduğunu bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən iştrak etməmişdir. Məhkəmə onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində və verilən suallara cavabında Siyaqut kəndində yaşadığını, Ələkbərdən torpaq sahəsinin miras qaldığını, onun evlənmədiyini, Türkiyəyə işləməyə gedib-gəldiyini, həmin torpaq sahəsinə Ələkbərin sağlığında özünün istifadə etdiyini və ona müəyyən haqq ödədiyini, Ələkbər vəfat edəndən sonra isə Xədicənin nəzarət etdiyini, Xədicənin torpağa nəzarət etməyini ona tapşırdığını, mirasla bağlı mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X17 ifadəsində və verilən suallara cavabında Siyaqut kəndində yaşadığını, Ələkbər ilə sinif yoldaşı olduqlarını, Ələkbərin atasının evində yaşadığını və işləmək üçün Türkiyəyə gedib gəldiyini, Ələkbərin evlənmədiyini, 56 yaşında vəfat etdiyini, Bəxşişin Ələkbərin sağlığında torpaq sahəsini istifadə etdiyini, vərəsələr arasında mirasla bağlı mübahisənin olduğunu eşitmədiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan JN-221A seriyalı, 10213018 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının xx.xx.1999-cu il tarixli 02 nömrəli qərarı ilə Şərur rayon Siyaqut kəndində 0.14 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X6 məxsusdur. İş materillarında olan Şərur Rayon İcra Hakimiyyəti Siyaqut kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2023-cü il tarixli 79 nömrəli arayışından görünür ki, X4 vərəsələri X10, X16, X2, X13, Ərizəçi, X19, X14, X5r. İş materiallarında olan Şərur rayon Siyaqut kənd İƏDN tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, İV- ЖГ nömrəli və Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli AZ-İİ № 296874 nömrəli, xx.xx.02023-cü il tarixli AZ-İİ 296924 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X16 xx.xx.1992-ci il tarixdə, X12 xx.xx.2019-cu il tarixdə, X19 xx.xx.2022-cü il tarixdə ölmüşdür. İş materiallarında olan xx.xx.2023, xx.xx.2023, xx.xx.2023, xx.xx.2023,xx.xx.2023-cü il tarixli ərizələrdən görünür ki, X15, X10, X2, X14 və X1 Ələkbər Rauf oğlundan qalan miras əmlakdan imtina etmişdir. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 40 nömrəli qərarından görünür ki, Ərizəçi miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin hüquqi əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12 xx.xx.2019-cu il tarixdə ölmüşdür. Onun vərəsələri X10, X16, X2, X13, Ərizəçi, X19, X14, X5r. Digər vərəsələrin mirasın ərizəçi tərəfindən qəbul olunmasına etirazı yoxdur. Ərizəçi xx.xx.2023cü il tarixdə mirası qəbul etməsi ilə bağlı notariat ofisinə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X3 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirasın qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Ərizəçi bundan sonra mirasın faktiki qəbul edilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X3 miras qalan torpaq sahəsini həmin şəxsin vəfatından sonra Ərizəçi qəbul etmişdir. Vərəsələr arasında miras əmlakla bağlı mübahisə olmadığı onların verdiyi notarial ərizələrlə müəyyən olunmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar