Məhkəmə qərarları › İş №2(110)-944/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-944/2025

29.10.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-944/2025 29.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X34 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi hüquqi əhəmiyyəti olan faktın - mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2004-cü iİ tarixdə vəfat etmiş əri X3 miras qalmış (Şərur rayonu Yuxarı Daşarx kəndində daşınmaz əmlakın Dövlət reyestrində **********36-10301 və **********26 nömrə iİə qeydiyyta alınmış 0.1131 ha va 0.0969 ha torpaq sahəsi həmçinin, 0.1131 ha torpaq sahəsi üzərində 116.16 kv.m olan bir mərtəbəli, 3 otaq bir salondan ibarət fərdi yaşayış evi) əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyə edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum əri X17 ilə 1981-ci ilin may ayında Şərur rayonu (o vaxtki İliç rayonu) X6 rəsmi nikaha girməklə ailə qurmuş. nikahları həmin orqanda 17 nömrəli akt qeydi ilə qeydiyyata alınmışdır. Onların birgə nikahdan xx.xx.1981-ci il tarixdə X7, xx.xx.1984-cü il tarixdə X20 adında iki övladları doğulmuş və onlar ailə qurduqdan sonra Şərur rayonu Yuxarı Daşarx kəndində mərhum əri Əliyə məxsus evdə yaşamışlar, sonradan uşaqlar böyüyüb ailə qurmaqla təsərrüfatdan ayrılmış, əri Məmmədov Əli xx.xx.2004-cü ildə vəfat etmiş, ondan da Şərur rayonu Yuxarı Daşarı kəndində daşınmaz əmlakın Dövlət reyestrində **********36-10301 və **********26 nömrə ilə qeydiyyta alınmış 0.1131 ha və 0.0969 ha torpaq sahəsi həmçinin, 0.1131 ha torpaq sahəsi üzərində 116.16 kv.m olan bir mərtəbəli, 3 otaq bir salondan ibarət fərdi yaşayış evi miras qalmışdır. Mərhum əri Əlinin birinci evliliyindən xx.xx.1956-cı il tarixdə Cəfərova (Məmmədova) Gülnabat Əli qızı, xx.xx.1959-cu il tarixdə Cabbarova (Məmmədova) Məlahət Əli qızı, xx.xx.1961-ci il tarixdə X8, xx.xx.1963-cü il tarixdə X9, xx.xx.1965-ci il tarixdə Mehdiyeva (Məmmədova) Şahavət Əli qızı, xx.xx.1967-ci il tarixdə X18, xx.xx.1973-cü il tarixdə X10 adında yeddi övladı doğulmuşdur, onların anası vəfat etdiyindən onunla nikah bağlamış o da öhdəsinə düşəni layıqincə valideyinlik borcunu yerinə yetirmiş, onların ailə qurub ev olmalarına köməklik göstərmişdir, mərhum əri vəfat etdikdən sonra ondan miras qalmış evdə o tək yaşamış və miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Bu müddət ərzində miras əmlaka baxım və quluq onun tərəfindən aparılmaqla, vergi və digər kommunal xidmətlərin haqqı onn tərəfindən ödənilmişdır. Bu fakt isə müvafiq orqanlar tərəfindən verilmiş arayış və məhkəməyə şahid kimi dəvət edəcəyi həmkəndlilərinin ifadələri ilə təsdiq edilə bilər. Ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarımı rəsmiləşdirməmişdir. 2025-ci ilin avqust ayında X15 şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Mərhum ərindən qalmış miras əmlak uzun zamandır ki, faktiki olaraq onun tərəfindən qəbul edilmişdir. Hazırki vəziyyətdə isə vərəsəlik hüquqlarımın başqa yolla bərpası mümkün olmadığından müvafiq ərizə ilə məhkəməyə müraciət edir. Ərizəsi əsaslı olduğundan təmin edilməli və mərhum ərindən qalmış mirasın onun tərəfindən qəbul edilməsi faktı tanınmalıdır. Məhkəmə baxışı iclasında iştirak edən Ərizəçi iddia ərizəsində qeyd olunan xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq mülki işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatına və toplanmış sübutlara məcmu halıda və əlaqəli şəkildə tədqiq edib, hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclaslarında tədqiq edilmiş: - Şərur rayon Yuxarı Daşarx kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli AZ-İ № 052188 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X17 xx.xx.2004-cü il tarixində Şərur rayon Yuxarı Daşarx kəndində miokard infakt səbəbindən vəfat etmişdir; - Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışdan görünür ki, **********26 reyester nömrəli Naxçıvan MR, ünvan 1i ünvanında 0.0969 hektar torpaq sahəsi birgə mülkiyyət əsasında xüsusi mülkiyyət hüququ ilə X11, Ərizəçi, X12 və X16 məxusdur. .- Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ tərəfindən verilmiş çıxarışdan məlum olur ki, **********36-10301 reyester nömrəli Naxçıvan MR, ünvan 1i ünvanında 116.46 kvadratmetr fərdi yaşayış evi 0.1131 hektar torpaq sahəsi olmaqla birgə mülkiyyət əsasında xüsusi mülkiyyət hüququ ilə X11, Ərizəçi, X12 və X16 məxusdur. - Şərur rayon Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 96 nömrəli arayışından görünür ki, mərhum X4 vərəsələri aşağıdakı kimidir:

1. Ərizəçi – arvadı

2. X20 – oğlu

3. X8 – oğlu

4. X9 – oğlu

5. X18 – oğlu

6. Mehdiyeva (Məmmədova) Şahavət Əli qızı – qızı

7. Cabbarova (Məmmədova) Məlahət Əli qızı – qızı

8. Cəfərova (Məmmədova) Gülnabat Əli qızı – qızı

9. X7 – qızı

10. X10 - qızı - Maraqlı şəxs notariusunun 116 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Şərur rayon Yuxarı Daşarx ünvanında qeydiyyatda olan Ərizəçi Qanun üzrə X15 Şəhadətnamə verilməsindən imtina edilmişdir; - Naxçıvan MSSR İliç rayonu Yaycı kənd soveti tərəfindən verilmiş xx.xx.1981-ci il tarixli İİ-жг 391437 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X17 ilə Ərizəçi arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. - Şərur rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2005-ci il tarixli İİ-жг 391437 nömrəli çıxarışın surətindən görünür ki, X17 ilə Ərizəçi arasında xx.xx.1981-ci il tarixdə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 17 nömrə ilə qeyd edilmişdir. - Şərur rayon Daşarx bələdiyyəsi tərəfindən verilmiş 15 avqust 2025-ci il tarixli 000521 nömrəli tədiyə bildirişindən görünür ki, Ərizəçi 13 manat məbləğində əmlak və torpaq vergisi hesablanmış və dövlətə vergi üzrə borcu yoxdur. - Şərur rayon Daşarx bələdiyyəsi tərəfindən verilmiş 16 oktyabr 2025-ci il tarixli 16 nömrəli arayışdan görünür ki, Ərizəçi heç bir kommunal borcu yoxdur və 2004-cü ildən bəri bütün ödənişləri özü etmişdir. - Şərur rayon Daşarx bələdiyyəsi tərəfindən verilmiş 11 avqust 2025-ci il tarixli 06 nömrəli arayışdan görünür ki, Ərizəçi heç bir əmlak,komunal və ya torpaq vergisi yoxdur. - xx.xx.2025-ci il tarixli 368501 seriya nömrəli məişət tullantılarının daşınması üçün mədaxil qəbzindən görünür ki, Ərizəçi 5.6 manat məbləğində ödəniş etmişdir. - xx.xx.2025-ci il tarixli daınmaz əmlakın icbari sığortası şəhadətnaməsindən görünür ki, Ərizəçi Şərur rayon Yuxarı Daşarx kəndində 140 kvadratmetr yaşayış yeri üçün 30 mana məbləöində sığorta haqqı ödəmişdir. - X2 rayon 1 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X18 Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X13 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X10 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəyək; - X9 Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcəyək; - X8 Bakı şəhər 52 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində bildirmişdir ki, xx.xx.2004-cü il tarixdə vəfat etmiş miras qoyan atası X3 qalmış miras əmlakdan ona çatan Qanun üzrə vərəsəlik payını qəbul etməmiş, miras əmlaka sahiblik etməmiş, onun idarəçiliyində iştirak etməmiş və idarəçilik etməyə başlamamışdır. Mirasın qəbulu üçün vərəsəlik şəhadətnaməsi almaq üçün ərizə verməmişdir; - X14 Bakı şəhəri 43 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - X20 Bakı şəhəri 6 saylı notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; - Cəfərova (X5 “ASAN xidmət” mərkəzində notariat ofisində verdiyi xx.xx.2025-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2004-cü il tarixdə atası-X17 vəfat etmişdir. X1 miras qalmış əmlaklardan ona çatan miras payını qəbul etməmişdir və etməyəcəyək. Gələcəkdə bununla bağlı hec bir iddia qaldırmayacaq, mübahisə yaratmayacaq və müddətin bərpası üçün məhkəmə orqanlarına müraciət etməyəcək; Beləliklə də, məhkəmə tədqiqatı zamanı ərizəçinin izahatı və X4 övladlarının ərizələri ilə müəyyən edilmişdir ki, ərizəçinin əri mərhum X17 xx.xx.2004-cü il tarixdə vəfat etdikdən sonra onun birinci dərəcə vərəsəsi kimi Ərizəçi şəksiz nümayiş etdirməklə ərindən miras qalmış əmlaka faktiki sahiblik etməsi, idarə etməklə miras əmlak olaraq onu birmənalı şəkildə qəbul etməsi faktı öz təsdiqini tapmışdır. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 10-cu bəndinə əsasən məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat” ın 99-cu bəndinin beşinci hissəsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın” 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Ali Məhkəmənin qeyd edilən Plenum qərarının 10.1-ci bəndinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilib-itirilməməsinə və sair aydınlıq gətirməlidir. “G.Qəhrəmanovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 iyul 2014-cü il tarixli Plenum qərarında formalaşmış hüquqi mövqeyə görə məhkəmələr tərəfindən vərəsəlik hüququnu, o cümlədən mirasın qəbul edilməsini tənzimləyən və iş üzrə tətbiq edilən hüquq normalarının müddəaları Konstitusiyanın 29-cu maddəsinin V hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təmin edilməsi sahəsində dövlətin üzərinə düşən konstitusiya öhdəlikləri baxımından şərh edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin V hissəsində isə nəzərdə tutulmuş və mülki qanunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlakın başqa şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminatı verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlakına dair sərəncam vermək hüququnu, vərəsələrin isə bu əmlakı əldə etmək hüququnu birləşdirir. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli qərarında formalaşmış hüquqi mövqeyə görə miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsində vərəsəlik dedikdə, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Azərbaycan Respublikasının vərəsəlik hüquq normaları mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat ofisinə miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1. Miras əmlaka sahiblik etmək üsulu. 2. Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahiblik etməkdir. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıqaşkar görünür. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etməkdir. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; - 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; -307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; Məhkəmə, işə yuxarıda qeyd edilən hüquq normaları konteksindən və geniş hüquq rakursundan yanaşaraq, iş materiallarında olan sübutları, obyektiv, məcmu halında və əlaqəli şəkildə tədqiq edərək bu nəticəyə gəlirki ərizə təmin edilməlidir. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2004-cü il tarixdə vəfat etmiş X3 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar