Məhkəmə qərarları › İş №2(110)-96/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-96/2023

10.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-96/2023 10.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul tələbinə dair”, qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı-cavabdeh İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şərur rayon Çomaxtur kənd sakini Cavabdeh mənə dəymiş zərərin əvəzi olaraq 3500 (üç min beş) manat məbləğində pulun, 1000 (min) manat məbləğində mənəvi zərərin və 65 (altmış beş) manat ödənilmiş dövlət rüsumu olmaqla, ümumilikdə 4565 (dörd min beş yüz altmış beş) manat məbləğində pulun alınıb bizə verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qarşılıqlı iddia tələbinin təmin edilməsi, İddiaçı iddia tələbinin rədd edilməsi və İddiaçı dəyirmana alınan elektrik avadanlıqlarına görə qalan 350 manat borcunun, əl xərci olaraq işçilik haqqı 200 manat və mənəvi zərərə görə isə 450 manat, ümumilikdə 1000 (bir min) manat pulun alınaraq mənim xeyrimə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi üzrə məhkəmədə mülki iş başlanılmışdır. İddiaçı-cavabdeh İddiaçı 10 mart 2023cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində Şərur Rayon Məhkəməsində cavabdehiddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia qaldırdığını, hal-hazırda cavabdehlə öz aralarında razılığa gəldiyini, buna görə də iddiasından imtina etdiyini qeyd edərək, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Cavabdeh-iddiaçı Cavabdeh 10 mart 2023-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində İddiaçı məhkəmədə ona qarşı “pul tələbinə dair” iddia qaldırdığını, eyni zamanda onun da İddiaçı qarşı “pul tələbinə dair” qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini, hal-hazırda iddiaçı-cavabdeh İddiaçı ilə öz aralarında razılığa gəldiklərini, buna görə də qarşılıqlı iddiadan imtina etdiyini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən keçirilən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı-cavabdehin və cavabdeh-iddiaçının iddialarından imtina etmələri barədə ərizələrini iş materialları ilə əlaqəli araşdırıb hesab edir ki, onların iddialarından imtina etmələri qəbul edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iddiaçı-cavabdehin və cavabdeh-iddiaçının iddialarından imtina etməsi Azərbaycan Respublikası MPM-nin 52 və 191-ci maddələrinə uyğundur. Həmçinin iddiaçı-cavabdehin və cavabdeh-iddiaçının iddialarından imtina etmələri başqa şəxsin hüquqlarını və ya qanunla qorunan mənafeyini pozmur, buna görə də onların iddiadan imtinaları məhkəmə tərəfindən qəbul olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 13558 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 13225 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları onlara geri qaytarılmalıdır. Tərəflərə izah edilməlidir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262- 264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İlkin iddia tələbi üzrə iddiaçı-cavabdeh İddiaçı cavabdeh-iddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” və qarşılıqlı iddia tələbi üzrə cavabdeh-iddiaçı Cavabdeh iddiaçı-cavabdeh İddiaçı qarşı “pul tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı-cavabdeh İddiaçı tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 13558 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 65 (altmış beş) manat və cavabdeh-iddiaçı Cavabdeh tərəfindən məhkəmədə qarşılıqlı iddia qaldırılması ilə əlaqədar "xxxx" ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2022-ci il tarixdə 13225 saylı qəbzlə Dövlət büdcəsinə ödənilmiş 30 (otuz) manat dövlət rüsumları onlara geri qaytarılsın. Tərəflərə izah edilir ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar