Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-963/2024 15.10.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, ərizəçinin nümayəndə-vəkili Vəkil iştirakı Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçinin nümayəndə-vəkili məhkəməyə müraciət edərək mərhum X1 ölümündən sonra qalmış əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaq miras əmlak kimi Ərizəçi tərəfindən faktiki qəbulunun müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş materiallarının araşdırılması zamanı müəyyən olundu ki, X2 xx.xx.2024-cü il tarixdə ölmüşdür. Onun yeganə vərəsəsi qızı Ərizəçidır. O atasından miras qalmış əmlakı qəbul etmək üçün xx.xx.2024-ci il tarixdə Maraqlı şəxsnə ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli qərarı ilə vərəsələr arasında mübahisə olduğundan Ərizəçi X1 ölümündən sonra miras qalmış bütün əmlaka dair vərəsəliyin açılmasından imtina edilmişdir. Lakin hansı vərəsələr arasında mübahisə olduğuna aydınlıq gətirilməmişdir. İş üzrə isə yeganə vərəsə Ərizəçidır. Həmçinin iş materiallarından görünür ki, ərizəçi atasının ölümündən sonra mirasın qəbulu üçün ərizə ilə notariat orqanına müraciət etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarının 5.1-ci bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Мülki-Prossesual Мəcəllənin 259.0.10-cu maddəsinə görə hüquqi əhəmiyyətli faktların müəyyən edilməsi barəsindəki ərizələrə baxıldıqda hüquq haqqında mübahisə yarandığı aşkar edilərsə ərizə baxılmamış saxlanılmalıdır. Mülki Məcəllənin 1256-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirasın qəbulundan imtina edə bilər. Üzrlü səbəb olduqda məhkəmə bu müddəti iki aydan çox olmayaraq uzada bilər. Mirasın qəbulundan imtina notariat orqanında rəsmiləşdirilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməlidir. Bələliklə vərəsə mirasdan imtina ilə bağlı notariusa müraciət etməmiş, əksinə atasından miras qalmış əmlakın qəbul edilməsi ilə bağlı müraciət etmişdir. Ərizəçiyə izah olunur ki, vərəsəliyin açılmasından imtina edilməsi barədə qərardan Maraqlı şəxs cavabdeh qismində cəlb etməklə Şərur Rayon Məhkəməsinə iddia icraatı qaydasında iddia qaldıra bilər. Məhkəmə ərizəni baxılmamış saxlayarkən Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-in Şərur Filiali vasitəsi ilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən "xxxx" ASC-in Şərur Filiali vasitəsi ilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-963/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-963/2024
15.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver