Məhkəmə qərarları › İş №2(110)-969/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-969/2023

31.10.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-969/2023 31.10.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Ərizəçi iştirakı ilə hüquqi əhəmiyyətli Ərizəçi Maraqlı şəxs qismində cəlb etdiyi mirasın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək X1 miras qalmış əmlakın onun tərəfindən faktiki qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbinin əsası kimi 3 nəfər ailə üzvlərindən ibarət olduqlarını, atası X8 1988ci ildə vəfat etdiyini, anası X3 isə 2001-ci ildə vəfat etdiyini, ondan Şərur rayon Yengicə kəndindəki torpaq sahəsinin üzərində fərdi yaşayış evinin miras qaldığını, anasından miras qalmış əmlak üçün vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyini, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, mirasın onun tərəfindən qəbul edilməsi faktını məhkəmədən kənar başqa cür sübut edə bilmədiyini, bununla bağlı qonşularının şahidlik edə biləcəklərini bildirərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşdə iştirak edən şəxsin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında ərizəsində qeyd olunan halları təsdiq edərək anasının vəfatından əvvəl və sonra ailəsi ilə birlikdə həmin evdə yaşadığını bildirərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş, lakin heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində və verilən suallara cavabında Yengicə kəndində yaşadığını, birinci Mamoş əminin sonra isə xalası Rübabənin vəfat etdiyini, Mamoşun iki evliliyi olduğunu, iki qadının bir evdə yaşadıqlarını, həmin qadının xalasından əvvəl rəhmətə getdiyini, Rübabə vəfat edəndən sonra Gövhər və onun ailəsinin həmin evdə yaşadıqlarını, mirasla bağlı mübahisə olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində və verilən suallara cavabında Yengicə kəndində yaşadığını, Mamoş əminin Rübabə xaladan əvvəl vəfat etdiyini, Rübabə xalanın Siyafər adlı günübacısı ilə birlikdə yaşadıqlarını, Rübabə xala vəfat etdikdən sonra da Gövhərin həmin evdə ailəsi ilə yaşadıqlarını, hal-hazırda da həmin evdə yaşadıqlarını bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan 1990-cı ilin may ayından verilmiş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportundan görünür ki, fərdi yaşayış evinin mülkiyyətçisi X2r. İş materiallarında olan JN-172 A seriyalı, 10202018 nömrəli torpağın mülkiyyətə verimsinə dair şəhadətnamədən görünür ki, Şərur Rayon Aqrar İslahat Komissiyasının 28 iyul 1998-ci il tarixli, 05 nömrəli qərarı ilə Şərur rayon Yengicə kəndində yerləşən 0.16 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X11, X10 və X6 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon VVADQ şöbəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli, AZ № 080109 nömrəli ölüm haqqında şəhadətnaməsinin surətindən görünür ki, X5 xx.xx.2001-ci il tarixdə Şərur rayon Yengicə kəndində ölmüşdür. İş materiallarında olan Yengicə kənd İƏDN tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 242 nömrəli arayışından görünür ki, X5 vəfat edəndən sonra onun vərəsələri X12 və Ərizəçidır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2023-cü il tarixli 44 nömrəli qərarından görünür ki, Ərizəçi mirasın qəbulu müddətini ötürdüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən veilmiş xx.xx.2023-cü il tarixli, 430841 nömrəli ölüm akt qeydi üzrə çıxarışdan görünür ki, X12 xx.xx.1988-ci il tarixdə ölmüşdür. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, ərizəçinin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X12 xx.xx.1988-ci il tarixdə, X5 xx.xx.2001-ci il tarixdə ölmüşdür. X3 vərəsəsi Ərizəçidır. Ərizəçi xx.xx.2023-cü il tarixdə mirası qəbul etməsi ilə bağlı ərizə vermişdir. Maraqlı şəxs xx.xx.2023-cü il tarixli qərarı ilə X1 qalan mirasa Ərizəçi vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən mirası qəbulu müddəti ötdüyü üçün imtina etmişdir. Məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri və yazılı sübutlarla müəyyən olundu ki, ərizəçi tərəfindən miras faktiki qəbul edilmişdir. X4 miras qalan fərdi yaşayış evi və torpaq sahəsi həmin şəxsin sağlığında və vəfatından sonra ərizəçinin istifadəsində olmuşdur. Buna görə də ərizəçinin tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Məhkəmə qərar qəbul edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 oktyabr 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 18 iyul 2014-cü il tarixli qərarında mirasın qəbulu ilə bağlı qeyd etdiyi hüquqi mövqeləri nəzərə alır. Həmin qərarda qeyd olunur ki, mirasın qəbul edilməsi müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsəliyə çağırılmış şəxslər mirası qəbul etməyə yönələn hərəkətləri etməlidirlər. Əgər vərəsə qanunda göstərilən müvafiq müddət ərzində mirası qəbul etmək hüququnu (subyektiv vərəsəlik hüququ) həyata keçirməmişdirsə həmin hüququ itirir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, tələb üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış əmlakın Ərizəçi tərəfindən faktiki qəbul olunması müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar