Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-97/2025 30.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, İddiaçı, Cavabdeh3 iştirakı ilə, İddiaçı Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 qarşı miras əmlakın faktiki qəbul edilməsi və miras əmlaka tam payın müəyyən olunması tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2011-ci ildə vəfat etmiş anası X1 miras qalmış əmlakın onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mərhum atası X12 ilə mərhum anası X4 1955-ci ilin yayında nikaha girərək ailə qurduqlarını, onların bu nikahı xx.xx.1959-cu il tarixdə o vaxtkı Noraşen rayon Xanlıqlar kənd sovetinda rəsmi dövlət qeydiyyatına alndığını, onların birgə nikahından - xx.xx.1957-ci il tarixdə X13, xx.xx.1959-cu il tarixdə Cavabdeh1, xx.xx.1961 -ci il tarixdə Abbasova (Bəhlulova) Səhnə Tağı qızı, xx.xx.1963-cü il tarixdə X20, xx.xx.1965-ci il tarixdə Cavabdeh2, xx.xx.1969-cu il tarixdə Abbasova (Mirzəyeva) Mərziyə Tağı qızı, xx.xx.1971-ci il tarixdə Abbasova (Qurbanova) Zeynəb Tağı qızı, xx.xx.1973-cü il tarixdə Cavabdeh3, xx.xx.1978-ci il tarixdə Abbasova (Mirzəyeva) Şərəbanı Tağı qızı, xx.xx.1981-ci il tarixdə İddiaçı adında on övladı doğulduğunu, evli olduqları dövrdə onlar mehriban yaşamaqla birgə təsərrüfat apardıqlarını və ailəsi böyük olduğu üçün onlara Şərur rayon Ələkli kəndində sahəsİ 0.41 ha kənd təsərrüfatı təyinatlı, sahəsİ 0.26 ha və 0.11 ha olmaqla həyətyanı torpaq sahələri ayrıldığını, atası Tağı Abbasov 1985-cİ ildə vafat etdiyini, aparılan islahatlar zamanı qeyd edilən torpaq sahələri mərhum anası R.Abbasova, bacısı Ş.Abbasova və onun adına qeydə alınmaqla bununla bağlı daşınmaz əmlakın dövlət reyestri tərəfındən **********, ********** va ********** reyestr nömrəli çıxarışlar verildiyini, ********** reyestr nömrəli torpaq sahəsi üzərində valideynləri evli olduqları zaman ümumi sahəsi 107.45 kv.m olan 1 mərtəbəli 3 otaq 1 aynabənddən ibarət yaşayış binası inşa edərək həmin evdə yaşadıqlarını, zaman keçdikcə bacı və qardaşları ailə qurmaqla təsərrüfatdan ayrıldığını, həmin evdə isə son vaxtlara kimi mərhum anası, bacısı Şərəbanı və onun yaşadığını, anasının xx.xx.2011-ci ildə vəfat etdiyini, bacısı Şərəbanının da 2012-ci ildə ailə quraraq Naxçıvan şəhərinə köçdüyünü, onun son vaxtlaradək davamlı olaraq qeyd edilən evdə yaşadığını, hazırda həm işi ilə əlaqədar həm də miras əmlaka dair cavabdehlar tərəfindən törədilən manelər səbəbindən həmin evdə yaşamağı mümkünsüz olduğunu, Cavabdeh3 uzun müddat Bakı şəhərində yaşamasına baxmayaraq anası vəfat etdİkdan üç il sonra Ələkli kəndinə qayıdaraq ailəsi ilə evə yerləşdiyini, sonra onun həmin evdə yaşamağına manelər yaratdığını, anasının xəstəliyi zamanı ona qulluq etmiş, vəfat etdikdən sonra ondan qalmış mirası faktiki olaraq onun tərəfindən qəbul edildiyini, anasının yas mərasimi və onun məzarının götürülməsi xərci onun tərəfindən çəkildiyini, eyni zamanda miras əmlaka dair vergi və digər kommunal xərclər onun tərəfindən ödənildiyini, ötən müddət ərzində mərhum anasından qalmış miras əmlakı faktiki qabul etdiyindan həmin əmlakın ona məxsus olduğunu bildiyini, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, qardaşı-Cavabdeh3 tərəfındən onun mülkiyyətinə və qəbul etdiyi miras əmlaka manelər törədildikdən sonra 2024-cü ilin oktyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Şərur rayon 2 Saylı Notariat Ofisinə müraciət etdiyini, Notariat Ofisi mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla barpası mümkün olmadığından hazırki tələblə məhkəməyə müraciət etdiyini, ərizəsində göstərilən halları məhkəmə iclasına dəvət edəcəyi şahidlər də öz ifadələri ilə təsdiq edə biləcəyini, məhkəmə ərizəsində göstərilən halları nəzərə alıb, mərhum anasından qalmış mirasın onun tərəfımdən qabul edilməsi faktının müəyyan edilməsi və miras əmlaka tam pay hüququnun tanınması barədə qərar qəbul edəcəyini bildirmişdir. İşdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında və verilmiş suallara cavabında iddia ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anası xəstə olanda ona baxdığını, anasın 2011-ci ildə vəfat edəndən sonra mən 4 il həmin evdə yaşadığını, Eldənizin həmin vaxtı Bakı şəhərində yaşadığını, onun anasın vəfatından 2 il sonra gəldiyini, Eldənizin arvadı və uşağının həmişə onu təhqir etdiyini, ata evinə gedə bilmədiyini bildirərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclaslarında iştirak edən Cavabdeh3 izahatında və verilmiş suallara cavabında iddianı qəbul etmədiyini, anası vəfat etməmişdən əvvəl onun bir müddət Bakı şəhərində yaşadığını, lakin anası vəfatından bir neçə gün əvvəl bura gəldiyini, anasının 2011-ci ildə vəfat etdiyini, onun yasını götürdükdən sonra üç bacısının da onu evdən qovaladıqları üçün yenidən Bakı şəhərinə getdiyini, Ailəsinin burada, onun isə Bakı şəhərində bacısıgildə yaşadığını, anasının vəfatından 1-2 aydan sonra yenidən gələrək burada yaşadığını, torpaq sahələri verilən vaxtı valideynlərinin ayrı təsərrüfat olmağını istədiklərini, ayrı təsərrüfat olsa da ona torpaq sahəsi vermədiklərini, həmin evdə ailə üzvləri ilə birlikdə həmişən onun yaşadığını, anası vəfat edəndən sonra iddiaçının həmin evdə yaşamadığını, onun Naxçıvan şəhərində özünə məxsus evi olduğunu bildirərərk, iddianın rədd olunmasını xahiş etmişdir Həmçinin xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında və verilmiş suallara cavabında bütün bacı və qardaşlarına sahib çıxdığını, bacılarının bütün çətinliklərini onun qarşıladığını, həmişə onları düz yola çəkdiyini, onlar bir-birilərini evdən çıxartmaq istədiklərini, bacısının Eldənizə ev aldıqdan sona onu evdən çıxara biləcəyini, özünün miras əmlaka marağı olmadığını, torpaq islahatları zaman Eldənizi ona yeni torpaq sahəsi verilsin deyə qeydiyyatdan çıxardıqlarını, lakin ona topraq sahəsi verilmədiyini, Eldənizin burada yaşayan bacıları ilə sözü olduqdan sonra ailəsi ilə birlikdə müvəqqəti Bakıdakı bacısıgildə yaşadığını, Bakıda iki il yaşadıqdan sonra anasının sağlığında bura gəldiyini və ailəsi ilə burada yaşamağa davam etdiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq digər Cavabdeh2 heç bir üzrlü səbəb göstərmədən gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Ona görə də məhkəmə cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən Şahid ifadəsində həmin kənddə doğularaq həmin kəndə yaşadığını, Tağı kişi vəfat edəndə onun uşaq olduğunu, lakin onun 2000-2020-ci illərdə Türkiyə Respublikasında olduğunu, buna görə də bu illərdə olanlar barədə məlumatım olmadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X2 ifadəsində həmin kəndə doğulduğunu və orada yaşadığını, Tağı kişi vəfat edəndə onun uşaq olduğunu, Roza vəfat edəndə onun yasında iştirak etdiyini, Roza ilə birlikdə Eldəniz, Arzu və Şərəbanının yaşadığını, Eldənizin anasının yanında yaşadığını, qızlar isə Naxçıvan şəhərində işlədiyindən həftə sonları gəlib-getdiklərini, Roza vəfat edəndə Eldənizin həmin evdə ailəsi ilə yaşadığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən şahid X9 ifadəsində və verilən suallara cavabında onun həmin kəndə doğulub və orada yaşadığını, Tağı kişi vəfat edəndə onun əsgərlikdə xidmətdə olduğunu, Roza ilə birlikdə Eldəniz və qızlarının yaşadığını, Eldəniz anası vəfat edəndəndən sonra Bakı şəhərindən gəldiyini, 2-3 ay Vəli kişinin evində qaldığını, sonra Arzu, Şərəbanu və Eldəniz həmin evdə yaşadıqlarını, 2012-ci ildə Şərəbanının evlənib getdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur rayon Ələkli kənd İƏDN-i tərəfindən verilmiş xx.xx.2011ci il tarixli Az-İ № 435767 nömrəli ölüm haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” X29 tərəfindən verilmiş **********14-10301 nömrəli daşınmaz əmlakın texniki pasportundan görünür ki, Şərur rayonu Ələkli kəndində yerləşən 0,2606 ha topraq sahəsinin üzərində tiklmiş fərdi yaşayış evi mülkiyyət hüququ əsasında X4, X3 və İddiaçı məxsusdur. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyesteri” X29 tərəfindən verilmiş **********1, **********38 və **********14- 10301 nömrəli çıxarışların surətindən görünür ki, Şərur rayonu Ələkli kəndində yerləşən 0,4133 ha, 0,1126 ha və 0,2606 ha topraq sahələri mülkiyyət hüququ əsasında X4, X3 və İddiaçı məxsusdur. İş materiallarında olan Şərur rayon Ələkli kənd İƏDN-in xx.xx.2024-cü il tarixli 5-28- 28/2-98/2024 nömrəli arayışından görünür ki, X4 vəfat edəndən sonra onun vərəsləri – X13, Cavabdeh1, Abbasova (Bəhlulova) Səhnə Tağı qızı, X20, Cavabdeh2, Abbasova (Mirzəyeva) Mərziyə Tağı qızı, Abbasova (Qurbanova) Zeynəb Tağı qızı, Cavabdeh3, Abbasova (Mirzəyeva) Şərəbanı Tağı qızı, İddiaçı qalmışdır. İş materiallarında olan notarial ərizələrdən görünür ki, vərəsələr X5, X20, X7, X13, X3 və X10 miras əmlakdan imtina etmişlər. İş materiallarında olan Şərur Rayon 2 Saylı Notariat Ofisinin xx.xx.2024-cü il tarixli 301 nömrəli qərarından görünür ki, İddiaçı vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını, tərəflərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X4 xx.xx.2011-ci il tarixdə ölmüşdür. Onun vərəsləri X13, Cavabdeh1, X14, X20, Cavabdeh2, X8, X11, Cavabdeh3, X6, İddiaçı qalmışdır. İddiaçı və Cavabdeh3 anasının ölümündən sora həmin evdə yaşamaqla mirası faktiki qəbul etmişlər. Digər vərəsələr notarial ərizə verərərk mirasdan imtina etmişlər. İddiaçı xx.xx.2024-ci il tarixdə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi üçün Şərur rayon 2 saylı Notariat Ofisinə ərizə vermiş, notariat ofisi müddət ötdüyündən qanun üzrə vərəsəlik şəhadətnaməsi verməkdən imtina etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Mülki Məcəllənin vərəsəlik hüquq münasibətlərinin yarandığı zamana qüvvədə olmuş 1246-cı maddəsinə görə vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Mülki Məcəllənin 1146-cı maddəsinə görə miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Mülki Məcəllənin 1274-cü maddəsinə görə miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mülki Məcəllənin 1291-ci maddəsinə görə miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3560/2024 nömrəli vahid məhkəmə təcrübəsini müəyyən edən 3 ulduzlu qərarında göstərilir ki, vərəsəlik mübahisəsi üzrə çıxarılan məhkəmə qərarı bir qayda olaraq, miras əmlaka payların müəyyən olunması və ya mirasın bölüşdürülməsi, yaxud digər ixtilaflar üzrə vərəsələr arasındakı mübahisəni birdəfəlik həll edir və yekun hüquqi nəticə yaradır. Bununla da, vərəsələrin miras əmlaka paylarını təsbit edən (və ya mirasın bölüşdürülməsi nəticəsində konkret əşyalar üzərində vərəsələrin mülkiyyət hüquqlarını tanıyan) məhkəmə qərarı ilə miras şərikliyinə, dolayısı ilə vərəsəlik hüquq münasibətlərinə son verilir. Göründüyü kimi həm qanunverici həm də vahid məhkəmə təcrübəsi miras əmlakla bağlı vərəsələr arasında mübahisə olduqda iddianın hansı vərəsə tərəfindən qaldırılmasından asılı olmayaraq prosessual qənaət prinsipinə uyğun olaraq mirası qəbul etmiş bütün vərəsələrin paylarını müəyyən etməlidir. İşin məhkəmə tərəfindən müəyyən edilən faktiki hallarına, yuxarıda qeyd olunan hüquq normalarını tətbiq edən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, xx.xx.2011-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilməli və həmin əmlaklara İddiaçı 1/2 hissədə və Cavabdeh3 1/2 hissədə payı müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərclərini nəzərdən keçirərək edərək, hesab edir ki, iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2011-ci il tarixdə ölmüş X1 miras qalmış əmlakın İddiaçı və Cavabdeh3 tərəfindən faktiki qəbul olunması müəyyən edilsin və həmin əmlaklara İddiaçı ½ hissədə və Cavabdeh3 ½ hissədə payı müəyyən edilsin. Məhkəmə xərci olaraq ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №2(110)-97/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-97/2025
30.01.2025 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver