Məhkəmə qərarları › İş №2(110)-972/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №2(110)-972/2023

27.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-972/2023 27.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X20 məhkəmə iclas katibliyi, Ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “mirasın qəbul edilməsi faktının müəyyən olunmasına dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, mərhum xx.xx.2000-ci il tarixdə vəfat etmiş atası Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış əmlakların onun tərəfindən qəbul edilməsi faktının müəyyən edilməsinə dair qətnamə qənul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsində mərhum valideynləri atası Məmmədov Əkbər Şirəli oğlu ilə anası X4 ötən əsrin 50-ci illərində nikaha daxil olaraq ailə qurduqlarını, bu nikahlarını isə 1957-ci ildə rəsmiləşdirdiklərini, onların birgə nikahlarından dörd övladının – 1959-cu il tarixdə X24 (vəfat edib0; xx.xx.1960-cı il tarixdə X25; xx.xx.1962-ci il tarixdə X29; xx.xx.1964-cü il tarixdə Ərizəçi doğulduğunu, atası Məmmədov Əkbər Şirəli oğlunun xx.xx.2000-ci ildə, anası X4 isə xx.xx.2003-cü ildə vəfat ediyini, onlardan Şərur rayonu Mahmudkənd kəndində 0.2548 ha torpaq sahəsi və üzərində yerləşən ümumi sahəsi 173.3 kv.m olan fərdi yaşayış evi, eyni zamanda həmin kənddə 0.0485 ha torpaq sahəsinin miras qaldığını, qardaşlarının ailə quraraq ailə təsərrüfatından ayrıldığından (el adəti üzrə) valideylərinin yanında onun qaldığını, eyni zamanda ailə qurduqdan sonra ailəsi ilə birlikdə həmin evdə yaşamaqla, valideylərindən qalmış mirası faktiki olaraq onun qəbul etdiyini, hal-hazırda da ailəsi ilə birgə həmin evdə yaşamaqda olduğunu, eyni zamanda bu müddət ərzində miras əmlaka baxım və qulluğun onun tərəfindən aparıldığını, vergi və digər kommunal xdimətlərin haqqının onun tərəfindən ödənildiyini, bu faktı isə müvafiq icra nümayəndəliyi tərəfindən verilmiş arayış və həmkəndlilərinin ifadələri ilə təsdiq edilə biləcəyini, ötən müddət ərzində miras əmlakı faktiki qəbul etdiyindən həmin əmlakın ona məxsus olduğunu bilmiş, lakin müxtəlif səbəblərdən bu hüquqlarını rəsmiləşdirmədiyini, 2023-cü ilin sentyabr ayında vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etdiyi zaman Notariat Ofisinin mirasın qəbul edilməsi müddəti buraxıldığından vərəsəlik haqqında şəhadətnamə verməkdən imtina etdiyini, vərəsəlik hüquqlarının başqa yolla bərpası mümkün olmadığından hazırki ərizə ilə məhkəməyə müraciət etdiyini bildirmişdir. Ərizəçi məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o,məhkəmə baxış iclasında iştirak etməmiş, lakin vəkil və nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə mülki işə ərizəçinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin ərizədə qeyd etdiyi xüsusatlarla eyni məzmunlu izahat verərək məhkəmədən ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxsnə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə baxış iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.5-ci maddəsinə müvafiq olaraq məhkəmə iclasını maraqlı şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. 13 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X1 qonşu olduqlarını, 1991-ci ildə həmin qonşuluğa gəlin köçdüyünü, Yavərin atası Əkbər əminin təqribən 2000-ci ildə, anası Fəridə xalanın isə 2005-ci ildə rəhmətə getdiyini, ailə ilə çox yaxın olduqları üçün bu məlumatları dəqiq bildiyini, Əkbər əmi rəhmətə getdikdən sonra həmin evdə Yavər, anası Fəridə, arvadı Nərmin və üç uşağının yaşadığını, Fəridə xala rəhmətə getdikdən sonra Yavər arvadı və üç uşağı ilə bu günədək yenə də həmin evdə yaşadıqlarını, Əkbər əmi rəhmətə getdikdən sonra Yavər evi təmir etdirib, əlavə olaraq hamam, açıq və bağlı eyvanlar tikib, meyvə ağacları əkdiyini, toyuq damı, təndir damı tikdiyini, Fəridənin ölümündən sonra həmin evin polunu vurdurduğunu, tavanını təmir etdirdiyini, evin divar kağızlarını vurdurduğunu, təsərrüfatı ümumiyyətlə Yavərin idarə etdiyini, Əsgərin atası Əkbərdən əvvəl rəhmətə getdiyini, Əsvərin və Əlinin Bakı şəhərində yaşadıqlarını , həmin evdə ümumiyyətlə yaşamadıqlarını, Əsvərin ailəsini və uşaqlarını tanımıram, Əkbər əminin sağlığında bir neçə dəfə kəndə qonaq kimi gəlib getdiklərini, sonra aralarında nəsə narazılıq olduğu üçün sonradan bir daha gəlmədiklərini bildiyini, Yavərin valideynləri rəhmətə gedəndən sonra onları o kənddə gördüyünü xatırlamadığını bildirmişdir. 13 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X27 1990-cı ildən Yavərlə qonşu olduqlarını, atası Əkbərin nə vaxt rəhmətə getdiyini dəqiq xatırlamadığını, Əkbər rəhmətə getdikdən sonra həmin evdə Yavər, anası Fəridə, arvadı Nərmin, 3 uşağının yaşadığını, atası rəhmətə getdikdən sonra evi təmir etdiyini, dam örtüyü vurduğunu, tövlə və açıq eyvan tikdiyini, həyətyanı sahədə əlavə meyvə ağacları əkdiyini, Yavərin evi təmir etdiyini, anası Fəridənin nə vaxt rəhmətə getdiyini xatırlamadığını, rəhmətə getdikdən sonra Yavər və arvadının uşaqları ilə birlikdə yenə həmin evdə yaşamağa davam etdiklərini, Yavərin qardaşları Əsvər, Əsgər, Əlinin Bakıda yaşadıqlarını, Əsgərin valideynlərindən əvvəl rəhmətə getdiyini, Əsvərin arvadı Məhəbbətin köhnə həyətlərinə gəlin gədiyini, hətta Əkbər və Fəridənin yasına belə gəlmədiklərini, o köhnə həyətdə qaldıqlarını, Əsvərin cavanlıqdan Bakı şəhərində dənizdə işlədiyini, evləndikdən sonra da Bakı şəhərinə köçdüyünü, onları sonradan kənddə görmədiyini bildirmişdir. 13 dekabr 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında ərizəçinin təşəbbüsü ilə məhkəməyə dəvət edilərək şahid qismində ifadə verən X2 1970-ci ildən qonşu olduqlarını, atası Əkbərin təqribən 20 il olar ki, rəhmətə getdiyini, evdə Yavər, 3 uşağı , arvadı və anası Fəridənin yaşadığını, Fəridənin Əkbərdən təqribən 4-5 il sonra rəhmətə getdiyini, ondan sonra həmin evdə Yavərin arvadı və 3 uşağı ilə birlikdə yaşadıqlarını, Əkbər rəhmətə getdikdən sonra evi suvadıb, polunu, dam örtüyünü dəyişdiyini, bağçasında meyvə ağacları əkib-becərdiyini, bu gün də həmin evdə təsərrüfatı idarə etdiyini, Qardaşlarının !980-ci illərdən Bakı şəhərində yaşadıqlarını, Əsgərin valideynlərindən əvvəl rəhmətə getdiyini, qardaşlarını kəndə gələndə də qonaq kimi gəlib 3-5 gün qalıb getdiklərini, Əsvərin və Əlinin ailə - uşaqlarını o həyətdə görmədiyini bildirmişdir. Məhkəmə ərizəçinin ərizədə qeyd etdiklərinə, onun vəkili və nümayəndəsinin izahatına, şahidlərin ifadələrinə və toplanmış sübutlara hüquqi qiymət verərək bu qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - Şərur rayon iki saylı Notariat Ofisinin notariusunun 42 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şərur rayon Mahmudkəndində qeydiyyatda olan Ərizəçi ərizəsinə əsasən mərhum Məmmədov Əkbər Şirəli oğlunun ölümündən sonra Şərur rayon Mahmudkəndində yerləşən qeydiyyat nömrəsi ********** olan 0.2548 ha torpaq sahəsinə dair miras qalmış əmlakdan qanun üzrə vərəsəik hüququ haqqında şəhadətnamə verilməsindən imtina edilmişdir; - Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, haliyədə Şərur rayonu Mahmudkəndində yerləşən 0.2548 ha torpaq sahəsi və üzərindəki 173.3 kv.metr ölçüdə olan fərdi yaşayış evi ümumi birgə mülkiyyət hüququ ilə Məmmədov Əkbər Şirəli oğlunun, X4, X3, X9 və X10 adlarına vahid daşınmaz əmlak kimi dövlət qeydiyyatına alınmışdır. - Şərur Rayon İcra Hakimiyyəti Mahmudkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 358 nömrəli arayışdan görünür ki, Məmmədov Əkbər Şirəli oğlunun aşağıdakı tərkibdə vərəsələri olmuşdur:

1. X28 – arvadı (vəfat edib)

2. X33 – oğlu (vəfat edib)

3. X35 – oğlu

4. X40 – oğlu

5. Ərizəçi - oğlu - Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, Məmmədov Əkbər Şirəli oğlu xx.xx.2000-ci il tarixində Şərur rayon Mahmudkəndində insult səbəbindən vəfat etmişdir. - Şərur rayon Nikah evi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli çıxarışdan görünür ki, X15 xx.xx.2005-ci il tarixində Şərur rayon Mahmudkəndində bronxial astma səbəbindən vəfat etmişdir. - Azərbaycan Nərimanov rayon VVAQ şöbəsi tərəfindən verilmiş 25 avqust 1993-cü il tarixli 359468 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, X24 xx.xx.1993-cü il tarixində Bakı şəhərində xərçəng səbəbindən vəfat etmişdir. - X21 Bakı şəhəri 15 saylı notariat ofisində verdiyi xx.xx.2021-ci il tarixli **********164 saylı ərizəsində Məmmədov Əkbər Şirəli oğlunun xx.xx.2020-ci il tarixli ölümü ilə əlaqədar mirası faktiki qəbul etmədiyini, qəbul edilməsi barədə müraciət etmədiyini və gələcəkdə də qəbul etmək niyyətinin olmadığını bildirmişdir. - X16 xx.xx.2021-ci il tarixli 04223 nömrəli Türkiyə Respublikasından göndərdiyi Bəyannaməsində miras qoyanı atası Məmmədov Əkbər Şirəli oğlunun xx.xx.2000-ci il tarixli ölümü ilə əlaqədar olaraq adına düşəcək mirası bugünədək qəbul etmədiyini, bugündən sonrada qəbul etməyəcəyini, atadan qalan mirasdan imtina etdiyini, qəbul və bəyan etdiyini bildirmişdir. - X12 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********156 saylı ərizəsində xx.xx.2000-ci ildə vəfat etmiş babası Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış miras əmlakdan ona çatası payı nə faktiki qəbul etdiyini, nə də notariat ofisinə mirası qəbul etməyə dair ərizə verməklə müraciət etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. - X17 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********157 saylı ərizəsində xx.xx.2000-ci ildə vəfat etmiş babası Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış miras əmlakdan ona çatası payı nə faktiki qəbul etdiyini, nə də notariat ofisinə mirası qəbul etməyə dair ərizə verməklə müraciət etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. - X18 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin notariat ofisində verdiyi xx.xx.2023-cü il tarixli **********057 saylı ərizəsində xx.xx.2000-ci ildə vəfat etmiş Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış miras əmlakdan ona çatası payı nə faktiki qəbul etdiyini, nə də notariat ofisinə mirası qəbul etməyə dair ərizə verməklə müraciət etmədiyini və etmək fikrində olmadığını bildirmişdir. - İş materiallarında olan kommunal ödənişlərin arayışından görünür ki, Ərizəçi kommunal ödənişlərə heç bir borcu yoxdur. Məhkəmə tədqiqatı zamanı Şərur rayon Mahmudkəndində ümumi birgə mülkiyyət hüququ üzrə Məmmədov Əkbər Şirəli oğlunun, X11, X5, X13 və X14 məxsus olmuş fərdi yaşayış evinin və həyətyanı torpaq sahəsinin olması müəyyən edilmişdir. Məmmədov Əkbər Şirəli oğlu xx.xx.2000-ci il tarixdə öldükdən sonra oğlu Ərizəçi həmin miras qalmış əmlaklara sahiblik etməklə, faktiki olaraq onları idarə etməklə, əkib-becərməklə onu birmənalı şəkildə qəbul etmişdir. Ərizəçinin miras qoyanın birinci növbə vərəsəsi kimi mirası faktiki olaraq qəbul etməsi məhkəmə iclasında iştirak edən şahidlərin ifadələrilə təsdiq olunmuşdur. Həmçinin qeyd edilməlidir ki, mirasın qəbulu faktının müəyyən edilməsinin hüquqi əhəmiyyəti vardır və bu faktın başqa qaydada müəyyən edilməsi imkanı mövcud deyildir. Eyni zamanda məhkəmə qeyd edir ki, mirasın qəbulu elə bir hərəkətdir ki, bu hərəkətin vasitəsilə vərəsə özünün miras əmlakı əldə etmək və almaq niyyətini ifadə edir, miras qoyanın varisi olmasına özünün hərəkətləri ilə razılığını bildirir. İstər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə Mülki Məcəllədə müəyyən edilmiş müddət anında mirası həm rəsmi, həm də qeyri-rəsmi üsulla qəbul edə bilər. Rəsmi üsul vərəsə (istər qanun, istərsə də vəsiyyət üzrə vərəsə) mirasın açıldığı yer üzrə notariat kontoruna mirasın qəbulu haqqında yazılı ərizə verdikdə, miras əmlakın mülkiyyətçisi olmaq niyyətini mübahisəsiz olaraq sübut etmiş olur. Qeyri-rəsmi üsul isə miras əmlaka faktiki sahiblik etməklə, yaxud miras əmlakı faktiki idarə etməklə həyata keçirlir. Miras əmlakın sahibliyə faktiki olaraq daxil etmə dedikdə, miras əmlakın idarəsi, sərəncamı və istifadəsi, onun lazımi vəziyyətdə saxlanması, vergilərin və digər ödəmələrin ödənməsi üzrə hərəkətlər başa düşülür. Bu üsul əsasında vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu bəndinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.Vərəsə mirasın açıldığı gündən altı ay ərzində mirasın açıldığı yer üzrə notariusa mirası qəbul etdiyi barədə yazılı formada notariat qaydasında təsdiq edilmiş ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktiki başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq o, mirası tamamilə qəbul etmişdir. Əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübut aşağıdakılar ola bilər: - vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; - mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; - mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; - mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; - miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. Аzərbаycаn Respublikаsı Kоnstitusiyаsının 29-cu mаddəsinin V hissəsində nəzərdə tutulmuş və mülki qаnunvericiliklə hüquqi tənzimlənmiş vərəsəlik hüququ ölmüş şəxsə (vəsiyyət edənə) məxsus əmlаkın bаşqа şəxslərə (vərəsələrə) keçməsinə dövlət təminаt verir. Bu hüquq özündə vəsiyyət edənin öz əmlаkınа dаir sərəncаm vermək hüququnu, hаbelə mirаs qоyаnın əmlаkının istər qаnun üzrə və istərsə də vəsiyyət üzrə vərəsələrinə keçmə, vərəsələrin isə bu əmlаkı əldə etmə hüququnu birləşdirir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 1133.1-ci maddəsinin tələbinə görə ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələlərə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir; - 1145-ci maddəsinin tələbinə görə miras fiziki şəxsin ölümü ilə və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır; - 1147.1-ci maddəsinə əsasən miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır; - 1159.2- ci maddəsinə əsasən ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) birinci növbədə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələr sayılırlar; - 1243.2-ci maddəsinə əsasən, vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başladıqda bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır; - 1243.3-cü maddəsinə əsasən, vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir; - 1246-cı maddəsinə əsasən, vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir; - 1255-ci maddəsinə əsasən, qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır; 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir; - 307.2.1-ci maddəsinə əsasən, məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır; - 307.2.9-cu maddəsinə əsasən, məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır; - 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; - 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Yuxarıda qeyd edilənlərə əsassən də məhkəmə hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2000-ci il tarixdə ölmüş mərhum Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... - 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilməlidir Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə ölmüş mərhum Məmmədov Əkbər Şirəli oğlundan miras qalmış əmlakın Ərizəçi tərəfindən qəbul edilməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. İddia qaldırılarkən ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar