Məhkəmə qərarları › İş №2(110)-990/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-990/2025

26.01.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-990/2025 26.01.2026 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Zeynalov İlkin Cəlal oğlunun sədrliyi, X3 oğlunun katibliyi ilə Ərizəçinın Maraqlı şəxsnə qarşı "miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsinin təmin olunmasını, mərhum nənəsi X1 mülkiyyətində olmuş Şərur rayon Dərvişlər kənd ərazisində yerləşən 0,15 ha həyatyanı torpaq sahəsi və üzərində tikilmiş bir mərtəbəli - iki otaq, bir salon və hamamdan ibarət 50 m² ümumi sahəsi olan fərdi yaşayış evin miras əmlak olaraq onun tərəfimdən qəbul edilməsi faktının müəyyən olunması qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 24 dekabr 2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iş məhkəmə baxışına kifayət qədər hazırlanmış hesab edərək Şərur Rayon Məhkəməsinin 2(110)- 990/2025 saylı qərardadı ilə məhkəmə baxışına təyin edilmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Ərizəçi xx.xx.2026-cı il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində bildirmişdir ki, Şərur Rayon Məhkəməsinin icraatında olan "miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə” 2(110)-990/2025 saylı mülki iş üzrə ərizəçi qismində iştirak etdiyini, işin faktiki hallarını nəzərə alaraq, ərizənin baxılmamış saxlanılmasını, ərizənin ona əlavə olunmuş sənədlərlə birlikdə ona qaytarılması barədə müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim ərizəni baxılmamış saxlayır. Məhkəmə hesab edir ki, ərizəçinin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi əsaslıdır və təmin edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 260, 263-264 -cü maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Ərizəçinın Maraqlı şəxsnə qarşı "miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması barədə” ərizəsi baxılmamış saxlanılsın, ərizəyə əlavə olunmuş sənədlərlə birgə ərizə iddiaçıya geri qaytarılsın. Ərizəçi tərəfindən Kapital Bank ASC-nin Şərur filialı vasitəsilə xx.xx.2025-ci il tarixdə ********** saylı qəbzlə dövlət büdcəsinə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Ərizəçi izah olunur ki, ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardadın surəti rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elekron Məhkəmə Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Zeynalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar