Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № 2(110)-991/2025 26.12.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X18 Elmar oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci ilda vafat etmiş mərhum anası X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlakın onun tərəfindən miras əmlak kimi qəbulu faktiki müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, mərhum anası X11 xx.xx.2017-ci il tarixda vəfat etdikdən sonra Azərbycan Respubikası, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri” Publik hüquqi şəxsi tərfindən verilmiş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindan çıxarışa əsasən ünvan 1 ünvanında yerləşən 0.12 hektar hayatyanı torpaq sahəsi (yaşayış məntəqələrinin torpaqları) miras qalmrşdİr. X2 vəfatından sonra vərəsələri: oglu - Ərizəçi Calil ogludur. Ərizəçi bildirmişdir ki, mərhum anası X11 vəfat edərkən nikahda olmamış, birinci növbəli vərəsələrindən atası X20 və anası X12 mərhum X1 vəfat etmiş, onun ölümündən sonra ünvan 1 ünvanında yerləşən 0.12 hektar həyətyanı torpaq sahasini (yaşayış məntəqələrinin torpaqları) miras əmlak kimi birinci növbəli vərəsəsi olaraq o-Ərizəçi oglu faktiki olaraq qabul etmişdir. Lakin maddi imkanı olmadığından həmin əmlakı vaxtrnda miras əmlak kimi adına rəsmiləşdirə bilməmişdir. Ərizəçi xx.xx.2025-ci il tarixdə müvafiq sənədləri toplayaraq Maraqlı şəxsnə ərizə iİə müraciət edərək mərhum anası X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq qalmış əmlaka Qanun üzrə Vərəsəlik şəhadətnamə verilməsini xahiş etmişdir. Maraqlı şəxsndın verilmiş xx.xx.2025-ci iİ tarixli, 123 saylı qərarı iİə mirasın qəbulu iİə baglı qanunvericilikdə nəzərdda tutulmuş müddət tərəfindən buraxılması bildirilərək ona Qanun üzrə X10 şəhadətnamə verilməsindən imtina edilmişdir. Ərzəçi bildirmişdir ki, mərhum anası X6 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq qalmış əmlakın tərəfindən miras əmlak kimi qəbulu fakti tanınmalıdır. Ona görə də X2 ölümündən sonra harada yerləşməsindən və nədən ibarət olmasında asılı olmayaraq qalmış əmlakın tərəfindən qəbulu faktının müəyyən olunması tələbi iİə məhkəməyə müraciət etmək zərurəti yaranmışdİr. İşdə iştirak edən şəxslərin izahatı: Məhkəmə iclasında iştirak edən Ərizəçi izahatında və verilən suallara cavabında ərizəsində qeyd olunan halları təsdiq etdiyini, anası Nəcəfova Pakizənin atası Abdullayev Cəlil oğlu ilə 1951-ci ildə nikaha daxil olduqlarını, özünün həmin nikahdan doğulduğunu, valideynlərinin bir il birlikdə yaşadıqlarını, anasının atasından boşandıqdan sonra ikinci dəfə Qasımov İdris ilə ailə həyatı qurduğunu, həmin vaxtı onun əsgərlikdə olduğunu, onların həmin nikahdan uşağının doğulmadığını, anasının ikinci yoldaşından 1977-ci ilə boşandığını, anasından Şərur şəhərində yerləşən evin miras qaldığını, babası X15 1975-ci ildə vəfat etdiyini, nənəsi X7 1942-1945-ci illərdə vəfat etdiyini bildiyini, anasının ondan başqa uşağının doğulmadığını, 2017-ci ildə anası vəfat edəndə Belarusiydan bura gəldiyini, yasda iştirak etdiyini, həmin fərdi yaşayış evində bir müddət yaşadığını, mərhumun yas mərasimini qeyd etdikdən sonra daimi yaşadığı Belarusiya Respublikasına gedərək ailəsini buraya gətirdiyini, o vaxtdan qeyd olunan evdə yaşayaraq təsərrüfat işlərini apardığını, hal-hazırda Naxçıvan şəhərində yaşadığını, yayda isə həmin evə gəldiyini, həmin həyətdə meyvə ağaclarını əkib-becərdiyini, əmlaka sahiblik və onu faktiki idarə etdiyini bildirərək ərizəsinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə təyin edilmiş məhkəmə iclaslarının vaxtı və yeri barədə maraqlı şəxsə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs nümayəndəsi məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclaslarında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələbinə uyğun olaraq maraqlı şəxslərin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri: Məhkəmə iclasında iştirak edən şahid X13 ifadəsində və verilən suallara cavabında 1987-ci ildən Şərur şəhərində yaşadıqlarını və Pakizə xala ilə qonşu olduqlarını, Pakizə xalanın bacısı Pikə xala ilə birlikdə yaşadığını, Pakizə xalanın 10 il olar ki, vəfat etdiyini, Pakizə xalanının İdris adında bir övladı olduğunu, Pakizə xalanın yasını İdrisin götürdüyünü, sonra getdiyini, 2-3 ildən sonra bir də gəldiyini, hal-hazırda həyəti İdrisin əkib-becərirdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid2 ifadəsində və verilən suallara cavabında özünün ərizəçinin xalası oğlu olduğunu, Pakizə xala vəfat edəndə İdrisin Belarusiya olduğunu, onun İdirisə zəng vuraraq gəlməsini dediyini, Pakizə xalagil 4 bacı iki qardaş - Firuzə, Pikə, Pakizə, Atikə, Tahar və Kərəm adında olduqlarını, Pakizə xalanın Pikə xala ilə birlikdə yaşadığını, Pakizə xala bir dəfə evlənib və sonra boşandığını, Pakizə xalanın İdrisdən başqa övladının olmadığını, Nənəsi Leyla xala Firuzə doğulan vaxtı rəhmətə getdiyini, babası rəhmətə gedəndə onun 2-ci sinifdə oxuduğunu, xalasının 2017-ci ildə vəfat etdiyini, xalası vəfat edəndə İdrisin Belarusiyadan gəldiyini, yasdan sonra İdrisin Belarusiyaya getdiyini və 3-4 ildən sonra oradan gəldiyini, həmin torpaq sahəsində tikili olduğunu, bir otaqda yaşayış olduğunu, digər otağın isə aşağı səviyyəli olduğunu, İdrisin həmin torpaq sahəsində olan ağacları əkib-becərirdiyini bildirmişdir. Yazılı sübutlar: İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, AЗ 170513 nömrəli çıxarışdan görünür ki, X17 ilə X11 xx.xx.1971-ci il tarixdə nikaha daxil olublar. İş materiallarında olan Şərur Rayon Nikah Evi tərəfindən verilmiş xx.xx.2025-cü il tarixli, AZ 026603 nömrəli çıxarışdan görünür ki, X17 ilə X11 arasındakı nikah xx.xx.1977ci il tarixdə pozulmuşdur. İş materiallarında olan ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.12 ha torpaq sahəsi mülkiyyət hüququ əsasında X8 məxsus olmuşdur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2017ci il tarixli, AZ-İ № 596345 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan AZ-İİ 505505 №-li doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1952-ci il tarixdə Şərur rayonunun Keşdaz kəndində doğulmuşdur. Onun atası X4, anası isə X9r. İş materillarında olan Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan və Şərur Rayon İcra Hakimiyyəti Şərur Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin xx.xx.2025-ci il tarixli 2/2 nömrəli arayışından görünür ki, X6 vərəsələri:
1. Ərizəçidur. İş materiallarında olan Şərur Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli, İ-ЖГ 285864 nömrəli ölüm haqqında akt qeydiyyat kitabından çıxarışdan görünür ki, X20 xx.xx.1975-ci il tarixdə ölmüşdür. İş materiallarında olan Şərur rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 206/05-70 nömrəli arayışdan belə görünür ki, qeydiyyat şöbəsinin arxivində X7 ölüm qeydi barədə məlumat tapılmamışdır. İş materiallarında olan Maraqlı şəxs xx.xx.2025-ci il tarixli 123 nömrəli qərarından görünür ki, Ərizəçi miras qalmış əmlakdan mirasın qəbulu müddəti ötdüyü üçün qanun üzrə X10 şəhadətnamə verilməsindən imtina edilmişdir. İş materiallarında olan Naxçıvan regional “Asan Xidmət” Mərkəzinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, X6 abonent kimi adına müqavilə bağlandığını və hal-hazırda qaz sərfiyyatının həmin şəxsin adından ödənilir. İş materiallarında olan Şərur Rayon Elektrik Şəbəkəsinin xx.xx.2025-ci il tarixli 574 nömrəli arayışından görünür ki, Ərizəçi 2017-ci ildən abonent kimi qeydiyyatda olduğunu və hal-hazırda elektrik sərfiyyatı ilə bağlı borcu yoxdur.
Məhkəmənin hüquqi əsaslandırması:
Məhkəmə iş üzrə işin hallarını, işdə iştirak edən şəxslərin izahatını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ərizəçinin anası X11 09 aprel 2017-ci il tarixdə vəfat etmişdir. Onun mülkiyyətində ünvan 1 ünvanında yerləşən 0,12 hektar həyətyanı torpaq sahəsi və üzərində tikilmiş fərdi yaşayış evi olmuşdur. Göstərilən əmlak üzərində mülkiyyət hüququnun mərhuma məxsus olması iş materiallarında olan torpaq sahəsinin plan və ölçüsü barədə şəhadətnamə və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla təsdiq edilmişdir. İş materiallarından görünür ki, mərhumun ölümündən sonra onun qanun üzrə birinci növbəli vərəsələri kimi oğlu Ərizəçi mövcud olmuşdur. Məhrumun ata-anası ondan öncə vəfat etmişlər. Məhkəmə iclasında Ərizəçi izahatı, habelə şahidlərin ifadələri ilə müəyyən edilmişdir ki, mərhumun ölümündən dərhal sonra ərizəçi miras əmlakın yerləşdiyi fərdi yaşayış evində bir müddət yaşamış, mərhumun yas mərasimini qeyd etdikdən sonra daimi yaşadığı Belarusiya Respublikasına qayıtmış, bir müddət sonra Şərur rayonuna gələrək qeyd olunan evdə yaşayaraq, təsərrüfat işlərini aparmış, həyətyanı torpaq sahəsini əkibbecərmiş, əmlaka sahiblik və onu faktiki idarə etmişdir. Mərhumun Ərizəçi başqa vərəsəsi olmamış valideynləri isə ondan əvvəl vəfat etmişlər. Məhkəmə müəyyən etmişdir ki, ərizəçi maddi imkanlarının məhdudluğu səbəbindən mirasın qəbulu ilə bağlı notariat orqanına qanunla müəyyən edilmiş müddət ərzində müraciət etməmiş, lakin sonradan Maraqlı şəxsnə müraciət etdikdə, həmin notariat ofisinin xx.xx.2025-ci il tarixli qərarı ilə mirasın qəbulu müddətinin buraxılması əsası ilə X10 şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bu səbəbdən ərizəçi mirasın faktiki qəbul edilməsi faktının məhkəmə qaydasında müəyyən olunması üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsinin V hissəsi vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, eyni zamanda miras alma hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi və digər tərəfdən vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Azərbaycan Respublikasının mülki qanunvericiliyinə görə vərəsəlik anlayışı altında, ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə, yaxud hər iki əsasla başqa şəxslərə (vərəsələrə) keçməsi başa düşülür. Vərəsəlik münasibətləri miras qoyanla vərəsələr arasında qanunda nəzərdə tutulmuş əsaslar üzrə, yaxud miras qoyanın iradəsinə əsaslanan vəsiyyət üzrə yaranır (Mülki Məcəllənin 1133-cü maddəsi). Mülki məcəllənin 1133.2-ci maddəsinə görə qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki işin araşdırılması zamanı miras qoyanın vəsiyyətnamə qoymadığı müəyyən olunmuşdur. Həmin məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı qanun üzrə vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilər. Həmin Məcəllənin 1159.1 və 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin məcəllənin 1159.1.3-ci maddəsinə əsasən bu sonuncuların nəvələri, nəticələri və uşaqları o halda qanun üzrə vərəsə sayılırlar ki, mirasın açıldığı vaxt miras qoyanın vərəsələri olacaq valideynləri sağ olmasın. Onlar qanun üzrə vərəsəlik zamanı onların ölmüş valideyninə çatası paydan bərabər miras alırlar. Həmin məcəllənin 1145-ci maddəsinə əsasən miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Həmin Məcəllənin 1146-cı maddəsinə əsasən miras qoyanın öldüyü gün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün mirasın açıldığı vaxt sayılır. Həmin məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə görə (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddənin məzmunundan da göründüyü kimi Azərbaycan Respublikasının vərəsəlik hüququ mirasın qəbul edilməsinin iki üsulunu müəyyənləşdirir: Formal və qeyri-formal üsulunu. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə vərəsənin notariat kontoruna miras qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Mirasın qəbul edilməsinin qeyri-formal üsulu odur ki, bu üsula görə vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Qeyri-formal üsulun özü iki cür olur: 1.Miras əmlaka sahiblik etmək üsulu. 2.Miras əmlakı faktiki idarə etmək üsulu. Faktiki sahiblik etmək üsulu odur ki, bu üsul əsasında ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirib və ona sahib durur, onun üzərində fiziki “ağalıq edir”. Bu hərəkətlərdən vərəsənin mirası qəbul etmək niyyəti açıq-aşkar görünür və bəlli olur. Qeyri-formal üsulun ikinci növü miras əmlakı faktiki idarə etmək adlanır. Bir qayda olaraq vərəsə əmlaka yiyələndikdən sonra onu idarə etməyə başlayır. Miras əmlakı faktiki idarə etmək dedikdə vərəsənin etdiyi elə hərəkətlər başa düşülür ki, bu hərəkətləri adətən mülkiyyətçi öz mənafeyi üçün əmlakın saxlanılması və normal təsərrüfatın aparılması üçün edir. Söhbət o hərəkətlərdən gedir ki, bu hərəkətlər vərəsənin miras əmlaka özününkü kimi münasibət bəsləməsini ehtimal etməyə əsas verir. Bu hərəkətlərə miras qoyanın əmlakının lazımı vəziyyətdə saxlamaq, təmir etmək və ya saxlanılması üçün çəkilən xərcləri ödəmək, vergi ödəmək, sığorta haqqı və digər ödənişlər vermək və s... Həmin məcəllənin 1243.3-cü maddəsinə əsasən (mirasın açıldığı zaman qüvvədə olan redaksiya) vərəsə mirasın bir hissəsinə sahiblik etməyə başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmiş sayılır; Həmin məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilirdi ki, (mirasın açıqdığı zaman qüvvədə olan norma) vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimatın 99-cu maddəsində əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamağa sübutların aşağıdakılar ola biləcəyi qeyd edilmişdir: -vərəsənin miras açıldıqdan sonra mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə mirasın tərkibinə daxil olan yaşayış sahəsində yaşaması (qeydiyyatda olması, yaxud faktiki yaşaması) barədə müvafiq sənəd; -mirasın tərkibinə daxil olan hər hansı əmlaka sahiblik etməsinə dair, eləcə də miras açıldıqdan sonra daşınmaz əmlak üçün vergilərin və ya kommunal xidmətlər üçün haqların vərəsə tərəfindən ödənildiyi barədə müvafiq sənəd; -mirasın qəbulu üçün müəyyən edilmiş müddətdə miras əmlakın icarə və kirayə verilməsi üzrə haqların alınmasını təsdiq edən sənəd; -mirasın qəbul edilməsi faktının müəyyən olunması haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin surəti; -miras qoyanın əmlakını vərəsənin idarə etməyə başlaması faktını təsdiq edən digər sənədlər. “A.Nadirova və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 mart 2022-ci il tarixli Qərarında formalaşmış hüquqi mövqeyə görə vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir. Miras əmlaka sahiblik etməklə və ya əmlakı idarə etməklə mirası qəbul etdiyini şəksiz nümayiş etdirən vərəsənin vərəsəlik şəhadətnaməsinin olmaması onu mirasın qəbulu ilə bağlı yaranan öhdəliklərdən azad etmir. Miras əmlakın hansı üsulla qəbul edilməsindən asılı olmayaraq vərəsə tərəfindən onun saxlanması və təsərrüfatın aparılması üçün icra edilmiş hərəkətlərin, o cümlədən miras əmlakın qəbulu ilə bağlı iradənin bariz şəkildə nümayiş etdirilməsi vərəsənin miras aktivini və miras passivini qəbul etməsinə dəlalət edir. Azərbaycan Respublikasının MPM-nin 307.2.9-cu maddəsinə əsasən mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair hüquqi əhəmiyyətli faktlara baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən miras əmlak üzərində sahiblik və faktiki idarəetmə hərəkətlərinin həyata keçirilməsi onun mirası qəbul etmək iradəsini açıq və şəksiz şəkildə nümayiş etdirir. Ərizəçinin mərhumun ölümündən sonra uzun müddət miras əmlakda yaşaması, təsərrüfat aparması, həyətyanı torpaq sahəsini istifadə etməsi mirasın qeyri-formal qaydada onun tərəfindən qəbul edildiyini təsdiq edir. Bu baxımdan, məhkəmə belə hesab edir ki, notariat orqanı tərəfindən yalnız mirasın qəbul edilməsi müddətinin ötürülməsi əsası ilə iddiaçıya X10 şəhadətnamənin verilməsindən imtina edilməsi mirasın onun tərəfindən faktiki qəbul edilməsi faktını istisna etmir və məhkəmə üçün məcburi xarakter daşımır. Beləliklə, yuxarıda göstərilən hallar və toplanmış sübutlar Azərbaycan Respublikası Mülki Məcəlləsinin yuxarıda qeyd olunan maddələrinin tələbləri baxımından məcmu şəkildə qiymətləndirərək məhkəmə belə hesab edir ki, ərizəçinin mərhum anası- X5 qalmış əmlakı faktiki olaraq miras kimi qəbul etməsi sübuta yetirilmiş hesab edilir və onun bu barədə tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. -77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. -217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. -217.4-cü maddəsinə görə hakim öz qərarını yanız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, -Ərizə təmin edilməli; -xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilməli; - ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
Qət etdi: Ərizə təmin edilsin. xx.xx.2017-ci il tarixdə vəfat etmiş X5 miras qalmış əmlakın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq Ərizəçi tərəfindən qəbul edilməsi faktı müəyyən edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Hakim: Abil Orucəliyev