Məhkəmə qərarları › İş №2(110)-994/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-994/2024

07.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-994/2024 07.11.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon Oğlanqala kəndində qeydiyyada olan və yaşayan X1 350 manat pulun, dövlət rüsumu olaraq ödədiyi 30 manat pulun və hüquqi xidmət üçün xərclədiyi 50 manat pulun, ümumilikdə 430 manat pulun alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində cavabdehi “X3” oğlu kimi qeyd etmişdir. Lakin araşdırma zamanı müəyyən olundu ki, cavabdehin adı və atasının adı düzgün qeyd edilməmişdir. Belə ki, Cavabdehdur. Elektron Məhkəmə İnformasiya Sistemindən verilən sorğudan görünür ki, cavabdeh Sədərək rayon Dəmirçi kəndində qeydiyyatdadır. Məhkəmənin əsaslandırması Məhkəmə bu nəticəyə gəlir ki, cavabdeh Sədərək rayon Dəmirçi kəndində qeydiyyatda olduğundan iddia ərizəsi baxılması üçün aidiyyəti üzrə Sədərək Rayon Məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci madəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Mülki Prosessual Məcəllənin 44.2.2-ci maddəsində isə göstərilir ki, iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa, məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Göstərilənləri nəzərə alıb, Azərbaycan Respublikasının MPM-nin 44, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş aidiyyatı üzrə baxılması üçün Sədərək Rayon Məhkəməsinə göndərilsin. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra ondan 10 (on) gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar