Məhkəmə qərarları › İş №2(110)-998/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №2(110)-998/2024

10.12.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № 2(110)-998/2024 10.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə müraciət edərək mülkiyyətində olan Şərur şəhəri, 28 May küçəsində yerləşən 756,76 m2 həyətyanı torpaq sahəsinin bir hissəsini Cavabdeh qanunsuz sahibliyindən geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilmişdir. İddiaçının məhkəməyə təqdim etdiyi nömrərə SMS bildirişinin göndərilməsinə baxmayaraq iddiaçı xx.xx.2024-cü il və xx.xx.2024-cü il tarixdə keçirilən məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Cavabdeh iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını tələb etməmiş, işin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Ərizənin baxılmamış saxlanılmasına yalnız qanunla müəyyən edilmiş qaydada keçirilən məhkəmə baxışında yol verilir. Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Мülki-Prossesual Мəcəllənin 185.4-cü maddəsinə görə isə tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Мülki-Prossesual Мəcəllənin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə ərizəni baxılmamış saxlayarkən İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən Kapital Bank ASC-in Şərur Filialı vasitəsilə vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.7, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı torpaq sahəsinin boşaldılması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən Kapital Bank ASC-in Şərur Filialı vasitəsilə vasitəsilə ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar