Məhkəmə qərarları › İş №2(111)-107/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-107/2025

02.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-107/2025 02.05.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, Ərizəçi hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi vəkil və nümayəndə vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək X4 xx.xx.1976-cı ildə Ermənistan SSR-in Yexeqnadzor rayonunun Qavuşuq kəndində doğulmasının qeyd edilmə faktı müəyyən edilərək atasının X11, anasının X12 olmasının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə ərizəçi tələbini onunla əsaslandırmışdır ki, X2 ilə anası X6 birgə nikahlarından yeddi övladları olmuş, bacısı Hüseynova (Namazova) Tuba Hacıağa qızı, bacısı Erten (Namazova) Şahnaz Hacıağa qızı, bacısı Hacıyeva (Namazova) Nəsibə Hacıağa qızı, bacısı X13, bacısı Tarverdiyeva (Namazova) Sabunə Hacıağa qızı, qardaşı X14 və özü İsayeva (Namazova) X5 SSR Yexeqnadzor rayon Qavuşuq kəndində xx.xx.1976-cı il tarixində anadan olmuşdur. 1988-ci il tarixdə Azərbaycan Respublikası Naxçıvan MR Respublikası Sədərək rayon Qaraağac kəndinə ailəsi ilə birlikdə gəlib həmin kənddə bir müddət yaşamışdır. Kəngərli rayon Çalxanqala kənd sakini ilə ailə həyatı qurmuş, ərinin soyadı olaraq İsayeva soyadını götürmüşdür. X2 *4.*1.2*15-ci il tarixdə vəfat etmişdir. Mərhum X2nun ölümündən sonra Sədərək rayon Dəmirçi kəndində ev və torpaq sahəsi miras qalmışdır. Vərəsəlik şəhadətnaməsini almaq üçün doğum haqqında şəhadətnaməni istədiklərindən və doğum haqqında şəhadətnaməni tapa bilmədiyindən nümayəndəsi vasitəsi ilə Naxçıvan MR Ədliyyə Nazirliyinə müraciət etmiş, Naxçıvan MR Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyəti aktının avtomatlaşdırılmış elektron informasiya sistemi”nə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir doğum akt qeydi müəyyən edilmədiyindən bu barədə arayış verilmişdir. Bundan sonra yenidən nümayəndəsi vasitəsi ilə Maraqlı şəxsnə doğum haqqında şəhadətnamənin verilməsi üçün müraciət etmiş, həmin zaman müəyyən olunmuşdur ki, onun doğum haqqında şəhadətnaməsi qeydiyyata alınmamış, doğum haqqında şəhadətnamə Ermənistan SSR-nın tərtib edildiyi üçün vətəndaşa doğum haqqında şəhadətnamə verilməsi mümkün olmadığı qeyd olunmuşdur. Ona doğum haqqında şəhadətnamə atasından qalmış mirasın qəbul edilməsi Naxçıvan MR Ədliyyə Nazirliyinin 27.*1.2*25-ci il tarixli *4 nömrəli arayışına əsasən Naxçıvan MR Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyəti aktının avtomatlaşdırılmış elektron informasiya sistemi”nə daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və heç bir doğum akt qeydi müəyyən edilməmişdir. Maraqlı şəxs 21.*2.2*25-ci il tarixli 3-16-5/8-15-19/25 nömrəli arayışına əsasən Namazova (İsayeva) Rəsmiyə Hacıağa qızı Ermənistan Respublikasında anadan olduğundan Maraqlı şəxsndə onun adına doğum akt qeydi tərtib edilmədiyindən şəhadətnamə verilməsi mümkün deyildir. O, 1988-ci il tarixdən Naxçıvan MR ərazisində yaşamış və doğum haqqında şəhadətnamə indiyədək qeydiyyata aldırmamışdır. Hazırda doğum haqqında şəhadətnaməmin almaq istəsə də, doğum haqqında qeydi qeydiyyat şöbəsi tərəfindən aparılmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq ərizəçi və onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, lakin ərizəçinin vəkili və nümayəndəsi Vəkil 3* aprel 2*25-ci il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsinə əlavə olunacaq hər hansı sübutunun olmadığını, iş üzrə şahidlərin dindirildiyini, *2.*5.2*25 saat 11:**-a təyin edilmiş məhkəmə baxışında iştirak edə bilməyəcəklərini bildirərək iştirakları olmadan işə baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Mülki iş üzrə 18 aprel 2*25-ci il tarixdə keçirilən məhkəmə iclasında iştirak edən ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəçinin izahatına uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilərkən şahidlər Şahid2 və Şahid1 məzmunca eyni ifadələr verərək Ərizəçi ilə qohum olduqlarını, onun 1976-cı il tarixdə Ermənistan SSR Yexeqnadzor rayon Qavuşuq kəndində anadan olduğunu, ailəsi ilə birlikdə 1988-ci ildə Azərbaycana köçdüyünü, Sədərək kəndində məskunlaşdığını, sonradan isə Kəngərli rayon Çalxanqala kənd sakini ilə ailə qurduğunu, milliyyətləri azərbaycanlı olmaqla atasının X11, anasının isə X12 olduğunu göstərdilər. İş materiallarına əlavə olunmuş Ərizəçi məxsus AA******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən o, xx.xx.1976-cı il tarixdə Ermənistanda doğulmuşdur. İş materiallarına əlavə olunmuş “Azemis” Elektron Məhkəmə İnformasiya Sistemindən Ərizəçi şəxsi məlumatlarından çıxarışdan görünür ki, o, xx.xx.1976-cı il tarixdə doğulmuşdur və Kəngərli rayon Çalxanqala kəndində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 21 fevral 2*25-ci il tarixli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarına əlavə olunmuş Maraqlı şəxs 21 fevral 2*25-ci il tarixli, 3-16-5/8-15- 19/2*25 nömrəli məktubuna əsasən Ərizəçi doğum akt qeydinin bərpa edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə olunmuş AZ-İİ 4596*6 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 *4.*1.2*15-ci il tarixdə vəfat etmişdir. İş materiallarına əlavə olunmuş Hüquqların Dövlət Qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH **1*921 nömrəli çıxarışdan görünür ki, X7 adına Şərur rayon Dəmirçi kəndində yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan “Asan” Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən verilmiş nikah akt qeydindən çıxarışa əsasən X8 *3 oktyabr 1996-cı il tarixdə X18 nikaha daxil olmuş və “İsayeva” soyadını qəbul etmişdir. İş materiallarına əlavə olunmuş Sədərək Rayon İcra Hakimiyyəti Qaraağac kənd İ.Ə.D-si üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2*24-cü il tarixli 21/543 nömrəli arayışdan görünür ki, X7 ailə tərkibində qızı İsayeva (Namazova) Rəsmiyə Hacıağa qızının doğum tarixi xx.xx.1976-dır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, məhkəmədə dindirilən ərizəçinin izahatı, şahidlərin ifadəsi və tədqiq olunmuş hüquqi sənədlərlə təsdiq olunur ki, Namazova (İsayeva) Rəsmiyə Hacıağa qızı xx.xx.1976-cı ildə Ermənistan SSR-in Yexeqnadzor rayonunun Qavuşuq kəndində doğulmuşdur. Doğum akt qeydi də orada aparılmışdır. X2, anası X9r. Milli münaqişə ilə əlaqədar olaraq X1* ailəsi ilə birlikdə Ermənistandan məcburi qovulmuş və Naxçıvan Muxtar Respublikasında məskunlaşmışlar. R.X3 ilə rəsmi nikaha daxil olmuş və “İsayeva” soyadını qəbul etmişdir. Ərizəçi atası vəfat etmiş və atasından fərdi yaşayış evi miras qalmışdır. Vərəsəlik şəhadətnaməsi almaq üçün müvafiq orqanlara müraciət etmiş, lakin doğum haqqında şəhadətnaməsi olmadığına görə vərəsəlik açılması mümkün olmamışdır. Ərizəçi isə hazırda Ermənistan SSR-in Yexeqnadzor rayonunun Qavuşuq kəndində doğulmasını təsdiq edən sənədləri başqa qaydada ala bilmir və bərpası mümkün deyildir və “doğum haqqında şəhadətnamə”sinin olmaması iddiaçıya bir sıra hüquqlarını realizə etmək üçün ciddi çətinliklər yaradır. Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət edir. Odur ki, Ərizəçi xx.xx.1976-cı il tarixdə Ermənistan SSR-in Yexeqnadzor rayonunun Qavuşuq kəndində doğulmasının qeyd edilməsi faktı, atasının X11, anasının isə X12 olması müəyyən edilməlidir. Çünki doğum haqqında şəhadətnamə ərizəçinin hüquqlarının həyata keçirilməsi üçün lazımdır və hüquqi əhəmiyyət kəsb edir. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bəzi hallarda doğumun qeyd edilmə faktı şübhə yarada bilər. Arxivlərin məhv və ya əlçatmaz olması səbəbindən onu bərpa etmək mümkün deyildirsə həmin faktlar məhkəmə tərəfindən müəyyən edilə bilər. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən də, vətəndaşlıq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin, həqiqətən, olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2**1-ci il 1 mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”ın 13 və 14-cü bəndlərinə əsasən, vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. İtmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Həmin normativ-hüquqi aktın 16-cı bəndinə əsasən Doğum, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında itmiş akt qeydləri yalnız müvafiq akt qeydinin əvvəllər olduğunu təsdiq edən sənədlər olduqda və ya məhkəmənin qətnaməsinə əsasən bərpa edilir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.3-cü maddəsinə əsasən məhkəmə, doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktlarının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*7.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 3*8-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmadığından ərizəçinin doğumun qeyd edilməsi faktı müəyyən olunmalı, ona doğum haqqında şəhadətnamə verilərək həmin şəhadətnamədə ata qrafasında X11 (milliyyəti azərbaycanlı), ana qrafasında X12 (milliyyəti azərbaycanlı) qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 3*5.1.1, 3*7, 216-22*, 358.*.3 və 36*-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1976-cı ildə Ermənistan SSR-in Yexeqnadzor rayonunun Qavuşuq kəndində doğulmasının qeyd edilməsi faktı, atasının - (milliyyəti azərbaycanlı) X11, anasının - (milliyyəti azərbaycanlı) X12 olması müəyyən edilsin. Həmin qətnamə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar