Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-131/2020 11.11.2020 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, iddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil qızının, onun vəkili Vəkil, Cavabdeh1 və Məmmədova (Rüstəmova) Leyli İman qızının iştirakı ilə, İddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı "ümumimülkiyyətə verilmiş torpaqsahəsindənpayların müəyyən olunması” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : İddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil qızı cavabdehlər Cavabdeh1, Məmmədova (Rüstəmova) Leyli İman qızına, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Tağıyeva (Rüstəmova) Mənzər Xəlil qızına qarşı "ümumi mülkiyyətə verilmiş torpaq sahəsindən payların müəyyən olunması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-388A, KOD 10800038 şəhadətnaməsi ilə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsindən və torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında verilmiş 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsindən paylarının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ona və iddia ərizəsində göstərdiyi cavabdehlərə Kəngərli rayon Xok kəndində 0.20 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilməklə JN-388 A, KOD 10800038 olan torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə və yenə həmin cavabdehlərlə birlikdə həmin qərar əsasında Kəngərli rayon Xok kəndi ərazisində 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilməklə JN-0954, KOD 10800038 olan torpağa mülkiyyət hüququna dair dövlət aktı rəsmiləşdirilmişdir. Hər iki torpaq sahəsində paylar müəyyənləşdirilməyib, ümumi mülkiyyət kimi mövcuddur. İstəyir ki, payı müəyyən olunsun, öz torpaq sahəsindən istədiyi kimi istifadə etsin. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsində göstərilir ki, işdə iştirak edən şəxslər məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Tağıyeva (Rüstəmova) Mənzər Xəlil qızı məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iş üzrə cavabdehlər Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Tağıyeva (Rüstəmova) Mənzər Xəlil qızının məhkəmə iclasına heç bir üzürlü səbəb olmadan gəlmədiyini nəzərə alaraq hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən digər cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə iddiaçı qismində dindirilən Həsənova (Rüstəmova) Vəfa İsrafil qızı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini, cavabdehlərlə paylı mülkiyyətdə torpaqlarının olduğunu, həyat yoldaşı Cavabdeh4 ilə boşanıb ayrı yaşadığını, paylı mülkiyyətdə olan həyətyanı torpaq sahəsində Cövdətin valideynlərinin yaşadığını, onlarla münasibəti isti olmadığından razılığa gələ bilmədiyini və payına düşən həmin torpaq sahələrindən öz istədiyi kimi istifadə edə bilmədiyini bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə dindirilən iddiaçının vəkili Vəkil izahatında iddianı müdafiə etdiklərini, iş üzrə iddiaçının ümumi mülkiyyətdə olan payının müəyyən edilməsinin zəruri olduğunu bildirərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh1 izahatında iddia tələbini qəbul etmədiyini, iddiaçının onun oğlu Cavabdeh4 ilə evli olduqlarını, boşandıqdan sonra Vəfanın özünün çıxıb getdiyini, qeyd edilən həyətyanı torpaq sahəsində yerləşən evdə həyat yoldaşı Leyli ilə yaşadıqlarını, bu gün yenə də gəlini Vəfanı uşaqları ilə birlikdə qəbul etdiklərini, yaşlı insanlar olduqlarından Vəfanın uşaqları ilə gəlib bizimlə birlikdə yaşamasını və bizlərdən də muğayat olmalarını istədiklərini və əgər torpaq payı müəyyən edilərsə buna etiraz etmədiyini bidirərək qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Məmmədova (Rüstəmova) Leyli İman qızı izahatında iddia tələbini qəbul etmədiyini, Cavabdeh1 arvadı olduğunu və onunla birlikdə yaşadığını, iddiaçının özünün onun oğlu Cavabdeh4 evdə xəstə qoyub boşanaraq evdən çıxıb getdiyini, Vəfanın həyətyanı torpaq sahəsində olan evdən pay almaq məqsədinin olduğunu, həmin evdən ona pay düşmədiyini, həmin torpaq sahəsi öz zəhməti hesabına əri tərəfindən alındığını bildirərək qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını və təqdim edilmiş iş materiallarını hərtərəfli, tam və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 388A, KOD 10800038 nömrəli şəhadətnamənin və Torpağa mülkiyyət hüququna” dair JN- 0954, KOD 10800038 nömrəli dövlət aktının surətindən görünür ki, Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində ümumi mülkiyyətə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi və 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə verilmiş və X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4 və İddiaçı ailə uzvləri kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Kəngərli Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(111)-133/2017 nömrəli qətnamədən çıxarışdan görünür ki, Cavabdeh4 ilə İddiaçı arasında xx xxxxxx 1988-ci il tarixdə Kəngərli rayon Xok kənd icra nümayəndəliyində bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 43 nömrə ilə qeydə alınmış nikah pozulmuşdur. İş materiallarına əlavə olunmuş AZ-İ 175470 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh4 ilə İddiaçı arasındakı nikah pozulmuş və qadına “Həsənova” soyadı verilmişdir. Həmçinin, iş materiallarında olan maliyyə sənədlərindən görünür ki, iddia üzrə ödənilmiş dövlət rüsumu 10 (on) manat təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin tək başına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Bu Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. “Sovxoz və kolxozların islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 7ci maddəsinin İ və İV hissələrinə əsasən Rayon X5nı rayon (şəhər) icra hakimiyyətinin başçısı təşkil edir. Azərbaycan Respublikası Dövlət X5 və ya Naxçıvan Muxtar Respublikası X5 rayon X2 tərkibi barədə sərəncamı təsdiq edir və onun sədrini təyin edir. Komissiya həmin vaxtdan fəaliyyətə başlayır. Komissiya: rayon aqrar islahat proqramını hazırlayır və Azərbaycan Respublikası Dövlət X2 (Naxçıvan Muxtar Respublikası X2) təsdiqinə təqdim edir; rayon ərazisində aqrar islahatın aparılmasını təmin edir; islahatın maliyyə təminatı ilə əlaqədar təkliflərini aidiyyəti üzrə müvafiq orqanlara təqdim edir və ayrılan vəsaitin təyinatı üzrə istifadəsini təmin edir; bələdiyyə mülkiyyətinə veriləcək torpaq və əmlak haqqında təkliflərini (müvafiq nazirlik və baş idarələrin rəyləri ilə) Azərbaycan Respublikası Dövlət X3 və ya Naxçıvan Muxtar Respublikası X3 təqdim edir; yerli aqrar islahat komissiyalarına səlahiyyətinə aid məsələlər üzrə zəruri normativ sənədləri və təlimatları çatdırır, komissiyaların üzvlərinə məsləhətlər verir; islahatla əlaqədar daxil olmuş müraciətlərə baxır və s. Bu Qanunun 11-ci maddəsinin İ hissəsinə əsasən sovxozlarda və digər dövlət kənd təsərrüfatı istehsalı müəssisələrində əmlak payı aşağıdakı qaydada müəyyənləşdirilir: əmlak inventarlaşdırılır və qiymətləndirilir; müəssisənin debitor və kreditorlarla haqqhesabı aparılır və əmək haqqı üzrə borclar ödənilir; əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirilir; müəssisənin əmlakında bölünməyən və bölünən hissələr müəyyənləşdirilir. Ümumi istifadəsi zəruri hesab edilən əmlak bölünməyən, yerdə qalan əmlak bölünən əmlaka aiddir; əmlak payları əmək fəaliyyəti nəzərə alınmaqla müəyyənləşdirilir və mülkiyyətçilərə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinin İ hissəsinə əsasən torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilir. İş üzrə təqdim olunmuş sənədlərlə müəyyən olunur ki, Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində yerləşən 0.20 ha həyətyanı torpaq sahəsi və 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi Cavabdeh1 mülkiyyətinə ailə uzvləri X6, Cavabdeh1, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4, X4 və İddiaçı daxil olmaqla verilmişdir. Göründüyü kimi əmlakdan pay almaq hüququ olan şəxslərin siyahısı müəyyənləşdirildikdən sonra torpaq payı naturada pay almaq hüququ olan şəxslərin (ailənin) xüsusi mülkiyyətinə verilmişdir. Bu mənada, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 213-cü maddəsinin İ, İİ, İV, V hissələrinə əsasən iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Ümumi mülkiyyət təyinatı dəyişdirilmədən bölünə bilməyən əşyanın (bölünməz əşya) və ya bu Məcəlləyə görə bölünməli olmayan əşyanın iki və ya bir neçə şəxsin mülkiyyətinə daxil olması zamanı yaranır. Bölünən əşyaya ümumi mülkiyyət bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulmuş hallarda yaranır. Birgə mülkiyyət iştirakçılarının razılaşması ilə, razılaşma əldə edilmədikdə isə məhkəmənin qərarına əsasən ümumi əşyaya bu şəxslərin paylı mülkiyyəti müəyyənləşdirilə bilər. Beləliklə, yuxarıda qeyd olunan normativ hüquqi aktların hüquqi mənasından irəli gələrək məhkəmə qeyd edir ki, tərəflər birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları kimi “Torpağın mülkiyyətə verilməsinə” dair JN-388A, KOD 10800038 nömrəli şəhadətnamə və Torpağa mülkiyyət hüququna” dair JN-0954, KOD 10800038 nömrəli dövlət aktına əsasən Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində ümumi mülkiyyətə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi və 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində bərabər paylara malik olan mülkiyyətçilərdir. Bununla belə, tərəflər ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədiklərindən, iddiaçı torpaq sahəsi üzərində paylarının müəyyən edilməsi bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə olan təqdirdə, iddiaçı birgə mülkiyyətdə olan torpaq sahəsi üzərində paylarının müəyyən edilməsini tələb etməkdə haqlıdır və onun pozulmuş hüquqları məhkəmə qaydasında bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflərin aralarında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, “Torpağın mülkiyyətə verilməsinə” dair JN-388A, KOD 10800038 nömrəli şəhadətnamə və Torpağa mülkiyyət hüququna” dair JN-0954, KOD 10800038 nömrəli dövlət aktına əsasən Şərur rayon X2 xx xxxxxxx 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində ümumi mülkiyyətə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi və 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində iddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil qızının və cavabdehlər Cavabdeh1, Məmmədova (Rüstəmova) Leyli İman qızının, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Tağıyeva (Rüstəmova) Mənzər Xəlil qızının hər birinə 1/7 hissədə olmaqla payları müəyyən edilməlidir. Azərbaycan Respublikasının MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 119.1, 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Şərur rayon X2 25 0ktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə Kəngərli rayon Xok kəndində torpağın mülkiyyətə verilməsinə dair JN-388A, KOD 10800038 nömrəli şəhadətnamə ilə ümumi mülkiyyətə verilmiş 0.20 ha həyətyanı torpaq sahəsi və torpağa mülkiyyət hüququna dair JN-0954, KOD 10800038 nömrəli dövlət aktına əsasən ümumi mülkiyyətə verilmiş 0.98 ha kənd təsərrüfatı məhsullarının istehsalı üçün nəzərdə tutulmuş torpaq sahəsi üzərində iddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil qızının və cavabdehlər Cavabdeh1, Məmmədova (Rüstəmova) Leyli İman qızının, Cavabdeh3, Cavabdeh6, Cavabdeh4 və Tağıyeva (Rüstəmova) Mənzər Xəlil qızının hər birinə 1/7 hissədə olmaqla payları müəyyən edilsin. İddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçı Həsənova (Rüstəmova) Vəfa İsrafil qızına aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(111)-131/2020
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-131/2020
11.11.2020 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver