Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-135/2022 19.07.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Kəngərli Rayon Məhkəməsinin hakimi əvəzi X14 oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi, İddiaçı, cavabdeh təşkilatın nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Sadıqov X9 Rayon Məhkəməsinə müraciət edərək Cavabdehnə mühəndis vəzifəsinə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə baxışı iclasında iddiaçı qismində izahat verən İddiaçı iddia ərizəsinə uyğun olaraq izahatında bildirdi ki, 1997-ci ildən Cavabdehndə nəzarətçi montyor, sahə rəisi, mühəndis vəzifələrində işləyibdir, 24 noyabr 2021-ci il tarixdə isə o işdən azad edilibdir, işlədiyi müddət ərzində o işini qüsursuz yerinə yetirib, əmək funksiyasını pozmayıbdır, tərəfindən müəssisəyə hər-hansı bir ziyan vurulmayıbdır, O Cavabdehndə müdir əvəzi vəzifəsində işlədiyi müddətdə idarənin dirəyini satıblar və bunun müqabilində də ona 50 manat pul veriblər, sonra o həmin qaytarıbdır, O həmin pulu bir səhvlik edərək götürübdür, həmin idarədə O, 30 il qüsursuz işləyibdir, əmək funksiyamı heç bir şəkildə pozmayıbdır, işlədiyi dövrdə idarəyə ciddi bir ziyan vurmayıbdır, sadəcə bir səhvliyə yol veribdir, səhvliyindən də çox peşmandır, o hal-hazırda banka kredit ödəyir, onun himayəsində dörd uşaq vardır, sonda İddiaçı göstərilənləri nəzərə alaraq nəzərə alaraq məhkəmədən iddiasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə sualları cavablandıran İddiaçı bildirdi ki, işdən azad olunması ilə əlaqədar Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 müraciət etməyibdir, onun işdən çıxmasına görə idarə ilə son haqq-hesabı 2021-ci ilin noyabr ayında kəsilib və cəmi 200 manat pul ona ödənilibdir, işdən azad edilməsi barədə Rabitə və Yeni Texnologiyalar nazirliyinə də müraciət edibdir, lakin onun şikayətinə baxılmayıbdır, əmək kitabçasını o, 24 noyabr 2021-ci ildə özü alıb və alması barədə siyahıya imza edibdir, verdiyi izahatı da özü verib və imzalayıbdır, faktiki işdən çıxarılmağını da 24 noyabr 2021-ci ildən bilibdir, sadəcə əmrin surəti ona 02 may 2022-ci il tarixdə verildiyindən, həmin vaxt mediasiya qurumuna müraciət edibdir, əmrin surətini aldıqdan sonra məhkəmədə iddia qaldırıbdır. Məhkəmə baxışı iclasında cavabdeh təşkilatın nümayəndəsi qismində izahat verən X5 iddianı qəbul etməyərək izahatında bildirdi ki, İddiaçı dedikləri əsassızdır, İddiaçı Qıvraq qəsəbəsində xətdə işləyərkən Qivraq qəsəbə sakini Nəcəf adlı şəxs ona həyətyanı sahəsində olan bir ədəd taxta dirək və dayağın onun həyətyanı sahəsınə çapar çəkməsinə mane olduğunu bildirmiş, İddiaçı idarənin işçisi ilə birlikdə bir ədəd taxta dirəyi və onun dayağını çıxararaq idarənin işçisinin həyətinə aparmış və bu haqda idarənin rəisinə heç bir məlumat verməmişdir, bir ay sonra heç bir hüquqi əsası olmadan, heç kimdən tapşırıq almadan və idarənin rəisinə heç bir məlumat vermədən vəzifə səlahiyyətlərini aşaraq, qanunsuz olaraq bir ǝdəd taxta dirək və dayağı mənimsəyərək Qivraq qəsəbə sakini Elli adlı şəxsə 100 (bir yüz) manat müqabilində satmış və həmin vəsaiti idarə işçisi ilə öz aralarında bölmüşlər. 2021-ci ilin 23 noyabr tarixdə Kəngərli Rayon Polis Şöbəsinin polis əməkdaşları tərəfindən keçirilərək saxlanılmış və polis şöbəsinə aparılmışlar, şöbədə də törətdikləri əmələ görə barələrində müvafiq inzibati tədbirlər görülmüşdür, qeyd olunanlarla əlaqədar Cavabdeh tərəfindən 23 noyabr 2021-ci il tarixdə hər iki əməkdaşdan izahatlar alınmış və izahatlarında əməllərini etiraf etmişlər, iddiaçı izahatında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq öz əmək funksiyasını və əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyini, habelə qanunvericiliyinə uyğun barələrində tədbir görülməsinə heç bir etirazının olmadığını göstərmişdir. Bundan sonra Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 80-ci maddəsinə əsasən Cavabdeh işçiləri Həmkarlar İttifaqı Komitəsinə 24 noyabr 2021-ci il tarixdə təqdimat göndərilmiş və Cavabdeh işçiləri Həmkarlar İttifaqı Komitəsinin 24 noyabr 2021-ci il tarixli 02 nömrəli Qərarı nəzərə alınmaqla Cavabdeh 24 noyabr 2021-ci il tarixli 68 nömrəli əmri ilə İdarənin Rabitə xətt və abunə qurğularının istismarı bölməsinin mühəndisi İddiaçı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən ləğv edilmiş və tutduğu vəzifədən azad olunmuşdur. Eyni zamanda X10 ali təhsilə malik olmadan qanunsuz olaraq mühəndis vəzifəsində çalışmışdır. Əlavə olaraq nümayəndə S.Əsgərov bildirdi ki, İddiaçı işdən azad olunmasını 24 noyabr 2021-ci il tarixdən bilibdir və qanunvericiliyə görə bir aylıq müddətdə məhkəməyə müraciət etmək imkanı olubdur, bu müddət ərzində iddiaçı məhkəməyə müraciət etməyibdir, sonda cavabdeh təşkilatın nümayəndəsi S.Əsgərov qeyd edilənləri nəzərə alaraq məhkəmədən iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin nümayəndəsi X7 məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin nümayəndəsi X4 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 07 iyul 2022-ci il tarixli baxış iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçüncü şəxs Naxçıvan MR Rabitə və Yeni Texnologiyalar Nazirliyinin nümayəndəsi X7 izahatında İddiaçı iddiasının əsassız olduğunu, iddiaçı işdən çıxarılan zaman Cavabdeh tərəfindən Əmək Məcəlləsinin tələblərinə əməl edildiyini, iddiaçının əməlinin rabitə xidmətinin adına xələl gətirdiyini, iddiaçının işə bərpa olunacağı təqdirdə, bunun idarənin adına pis nümunə olacağını, iddiaçı tərəfindən vəzifə səlahiyyətlərindən suiistifadə etdiyini bildirərək, sonda iddianın rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş: Əmək kitabçasının təsdiqlənmiş surətinə əsasən, İddiaçı 07 oktyabr 2004-cü il tarixdən 24 noyabr 2021-ci il tarixə qədər Cavabdeh Vİ dərəcəli elektro-mantyor kimi fəaliyyət göstərmişdir. Kəngərli rayon Həmkərlar İttifaqının Cavabdeh yerli təşkilatının iclasının 02 nömrəli 24 noyabr 2021-ci il tarixli Protokolundan aydın olur ki, Cavabdeh rabitə xətt və abunə qurğularının istismarı bölməsinin mühəndisi İddiaçı ilə əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilməsini məqsədəmüvafiqdir. X8 24 noyabr 2021-ci il tarixli izahatı ilə onun əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini, buna görə barəsində müvafiq tədbirlərin görülməsinə etirazının olmadığı, əməlindən peşman olduğu müəyyən edilir. Cavabdeh 24 noyabr 2021-ci il tarixli, 68 nömrəli əmrinin surəti ilə müəyyən olunur ki, Cavabdeh rabitə xətt və abunə qurğularının istismarı bölməsinin mühəndisi İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən əmək funksiyasını kobud şəkildə pozduğuna görə tutduğu vəzifədən azad edilmişdir. Məhkəmə mülki işin materiallarını, işin faktiki və hüquqi hallarını, iddia ərizəsinə iddiaçı tərəfindən təqdim edilən sənədləri, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməsi tələb olunan sənədləri, tərəflərin ifadələrini əlaqəli şəkildə yoxlayıb, təqdim olunan sübutları qiymətləndirib, hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Əmək Məcəlləsinin 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 70-ci maddəsinin “ç” bəndində qeyd olunur ki, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. 71-ci maddəsinin 2-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. 76-cı maddəsinin 1-ci hissəsinə əsasən, işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. 80-ci maddəsinin 1-ci hissəsinə əsasən, bu Məcəllənin 70-ci maddəsinin b və ç bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci on gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Məhkəmə işin faktiki hallarını maddi hüquq normaları ilə müqayisəli təhlil edib qeyd edir ki, əmək müqaviləsinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi üçün İdarənin yerli Həmkarlar Təşkilatına təqdimatla müraciət olunmuş və həmin müraciətə baxılaraq Təşkilat tərəfindən qərar işəgötürənə təqdim olunmuşdur. İddiaçı iddia ərizəsində və izahatında onun işdən azad edilməsi barədə əmrinin və əmək kitabçasının ona verilmədiyini, işdən azad olma əmrinin və əmək kitabçasının verilməməsi nəticəsində onun hüquqlarının pozulması ilə əsaslandırmışdır. Məhkəmə iddia ərizəsində qeyd olunan həmin hallar bağlı qeyd edir ki, əmək kitabçasının və əmrin iddiaçının işdən azad edildiyi 24 noyabr 2021-ci il tarixdə deyil, 02 may 2022-ci il tarixdə alması iddiaçının iddia etdiyi kimi, işdən azad edilməsi haqqında əmrin həqiqətdə 24 noyabr 2021-ci il tarixdə verilməməsi nəticəsinə gəlməyə əsas vermir. Bununla bağlı məhkəmə bildirmək istəyir ki, əmrin və əmək kitabçasının verilməsi şəxsin hüquqlarının müdafiəsi üçün məhkəmə müraciət etmək hüququnun başlandığı müddətdir. Azərbaycan Respublikası əmək qanunvericiliyində müəyyən edilmiş qaydalara riayət edilməklə əmr verilmiş, əmrin verilməsindən sonra qanunla müəyyən edilmiş müddətdən gec şəxsə təqdim edilməsi həmin əmrin qanunsuz olmasına və ya tarixinin fərqli olmasına əsas vermir. Eyni zamanda istər iddiaçının izahatı istərsə də iş materiallarına əlavə edilmiş əmək kitabçasının alınmasına dair siyahıdan müəyyən olunur ki, İddiaçı 24 noyabr 2021-ci il tarixdə işdən azad olunması barədə məlumatlı olubdur və o əmək kitabçasının götürməsi barədə siyahıya imza edibdir. Həmin hal iddiaçının məhkəməyə verdiyi izahatı ilə də təsdiq olunur, belə ki, iddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında əmək kitabçasını onun özünün 24 noyabr 2021-ci ildə aldığını və alması barədə imza etdiyini bildirmişdir. Beləliklə işin faktiki hallarından aydın olur ki, cavabdeh tərəfindən iddiaçı ilə bağlanmış əmək müqaviləsinin xitamı zamanı qanunla nəzərdə tutulmuş bütün məcburi tələblərə riayət edilmiş, Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) əsasən İddiaçı işdən azad edilməsi zamanı əmək müqaviləsinin ləğv edilməsi əsaslarına və qaydalarına əməl edilmişdir. Ona görə də iddia əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda 19 iyul 2022-ci il tarixdə iş üzrə cavabdeh təşkilatın nümayəndəsi Səxavət Əsgərov ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı Cavabdehndə rabitə idarəsinin mühəndisi vəzifəsində işlədiyi müddət ərzində dəfələrlə üzərinə düşən vəzifələri yerinə yetirmədiyi üçün və əmək qanunvericiliyinin tələblərini kobud şəkildə pozduğuna görə Cavabdeh 24 noyabr 2021-ci il tarixli əmri ilə işdən azad edildiyini, bundan sonra İddiaçı ilə sonuncu haqq hesab kəsildiyini və ona əmək kitabçası və əmrin surətinin idarədən götürülməsi bildirildiyini, İddiaçı 2021-ci ilin noyabr ayında idarəyə gələrək əmək kitabçasını götürdüyünü, İddiaçı işdən azad olunduğu üçün müxtəlif orqanlara müraciət etsə də o, işdən azad olunmasını bildiyi halda müvafiq olaraq məhkəməyə müraciət etmədiyini, çünki İddiaçı təqsirli olduğu və öz vəzifələrini yerinə yetirmədiyi üçün işdən azad olunduğunu, artıq İddiaçı işdən azad olunmasının üzərindən altı ay keçməsinə baxmayaraq o yenidən işə bərpa olunması üçün məhkəməyə müraciət etdiyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinin tələbinə görə bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. İddiaçı işdən azad olunmasından yeddi ay keçdiyindən o iddia qaldırmaq müddətini buraxdığını, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2.-ci maddəsinin tələbinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçı işə bərpa barədə məhkəməyə iddia müddətini keçirməklə müraciət etdiyindən və yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən İddiaçı Cavabdehnə qarşı işə bərpa olunması barədə iddiasının iddia müddətinin tətbiq edilməklə rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia müddətinin tətbiq edilməsi barədə cavabdeh tərəfdən verilmiş ərizə ilə bağlı ilk olaraq onu qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir və mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İstər iş materiallarından, istərsə də məhkəmə iclasları zamanı işdə iştirak edən şəxslərin verdikləri izahatlarından məlum olur ki, İddiaçı hüququnun pozuntusunu məhz 24 noyabr 2021-ci il tarixdə öyrəndiyi təsdiq olunur. Belə ki, İddiaçı məhkəmə baxışı zamanı verdiyi izahatında əmək kitabçasını onun 24 noyabr 2021-ci il tarixdə götürərək götürməsi barədə siyahıya imza etdiyini bildirmişdir. Beləliklə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsinin başlanğıc tarixinin hesablandığı 24 noyabr 2021-ci il tarixdən keçən bir aylıq müddətin bitdiyi 24 dekabr 2021-ci il tarixədək keçən müddət ərzində əmək qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məhkəməyə müraciət etməmiş və beləliklə qanunvericiliklə nəzərdə tutulmuş fərdi əmək mübahisəsinin həll edilməsi məqsədilə məhkəməyə müraciət etmək üçün müəyyənləşdirilmiş 1 aylıq iddia müddətini ötürmüş, iş üzrə cavabdehin nümayəndəsi də iddia müddətinin tətbiq olunaraq iddianın rədd olunması barədə ərizə vermişdir. Ona görə də iddia müddəti tətbiq edilməklə iddiaçının işə bərpa tələbinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 296-cı maddəsinin 2ci hissəsinin tələbinə əsasən, fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən biləbilə qəsdən pozulduğu gündür. Maddənin məzmunundan da göründüyü kimi, fərdi əmək mübahisələri zamanı iddia müddətinin axımı işçi öz hüququnun pozulduğunu aşkar etdiyi gündən başlanır. İşçinin hüququnun pozulmasının aşkar edildiyi gün isə işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün hesab olunur. İddiaçı işdən azad olunmasından beş aydan çox vaxt keçsə də, iddiaçı hüququnun pozulduğunu bilməsinə baxmayaraq, keçən bu müddət ərzində hüquqularının bərpa olunması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında iddia müddətinin əhəmiyyəti ilə əlaqədar qeyd etmişdir ki, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddətləri tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanını yaradır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin yuxarıda sözü gedən qərarında da qeyd olunduğu kimi, Avropa İnsan Hüquqları Məhkəməsi anoloji hüquqi mövqedən çıxış edərək Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qayada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Avropa İnsan Hüquqları Məhkəməsi, Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar (§ 33). Beləliklə yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddiası yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddiaçı cavabdeh təşkilat Cavabdehnə qarşı «işə bərpa» tələbinə dair iddiası rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi (elektron qaydada) vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Daşqın Səfərov
Məhkəmə qərarları › İş №2(111)-135/2022
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-135/2022
19.07.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver