Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-136/2021 27.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, Əsədli Cavid Yadulla oğlunun katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdeh iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı "mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülkiyyətlərində olan Kəngərli rayonu Xok kəndində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsindən istifadəyə olan maneənin aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələblərini onunla əsaslandırmışlar ki, Şərur rayon Aqrar İslahat komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ünvan 1ində bizə 0.19 ha həyətyanı torpaq sahəsi mülkiyyətlərinə verilmişdir. Mülkiyyətlərinə verilmiş torpaq sahəsindən onlar Cavabdeh təqsiri üzündən istifadə edə bilmirlər. O, həmin torpaq sahəsini çəpərləyərək istifadə edir və onları torpaq sahəsinə buraxmır. Dəfələrlə mülkiyyətlərində olan torpaq sahəsindən istifadəyə maneçilik törətməməsini ondan xahiş etmələrinə baxmayaraq o, razılaşmır və onları torpaqlarına buraxmır. Onlar isə qanuni mülkiyyətlərində olan torpaq sahəsindən təyinatı üzrə istifadə etmək istəyirlər. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı1 izahatında iddia tələbini müdafiə etdi, iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək Cavabdeh onun doğma qardaşı olduğunu, hazırda cavabdehin onlara məxsus qanuni torpaq sahəsini çəpərləyərək istifadə etdiyini, ondan torpaq sahəsinin qaytarılmasını tələb etdiklərini, lakin cavabdehin isə torpaq sahəsini vermədiyini, həmin ərazidə Saminin tövləsi olduğunu, torpaq sahəsi onun istifadəsində olduğundan özlərinin həmin torpaq sahəsindən istifadə edə bilmədiklərini bildirərək torpaq sahəsi qaytarılmaqla maneənin aradan qaldırılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə iddiaçı qismində dindirilən İddiaçı2 izahatında iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirib cavabdehdən onlara məxsus qanuni torpaq sahəsinin qaytarılmasını tələb etdi. Məhkəmədə cavabdeh qismində dindirilən Cavabdeh izahatında iddia tələbini qəbul etmədiyini, Kənanın onun qardaşı olduğunu, həmin torpaq sahələrini atası sağ olarkən bölüb onlara verdiyini, təsərrüfatı həmin ərazidə yerləşdiyindən sözügedən tövlə də atasının sağlığında tikildiyini, təsərrüfatına yaxın olsun deyə ata evləri ilə həmin mübahisəli sahəni Kənana dəyişməyi təklif etdiyini, lakin Kənan bunu qəbul etmədiyini bildirərək iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatını dinləyib, sübutları tədqiq edib və toplanmış sübutların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş “Torpağın mülkiyyətə verilməsinə” dair JN- 1079 A, KOD 10800038 nömrəli şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Şərur rayon Aqrar İslahat Komissiyasının 25 oktyabr 1998-ci il tarixli, 08 nömrəli qərarı ilə ünvan 1ində ümumi mülkiyyətə verilmiş 0.19 ha həyətyanı torpaq sahəsi İddiaçı1 mülkiyyətinə verilmiş və İddiaçı2 ailə uzvləri kimi göstərilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin Kəngərli Rayon Şöbəsinin 11 avqust 2021-ci il tarixli 02/52 nömrəli məktubundan görünür ki, ünvan 1i ünvanında JN-1079 A, KOD 10800038 nömrəli torpaq sahəsi ünvan 1 sakini İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 adına birgə mülkiyyət kimi qeydə alınmışdır. Həmçinin, iş materiallarında olan maliyyə sənədlərindən görünür ki, iddia üzrə ödənilmiş dövlət rüsumu 10 (on) manat təşkil edir. İşin məhkəmə iclasında müəyyən edilən mübahisəsiz halları ondan ibarətdir ki, iddia ərizəsində adı qeyd olunan ünvan 1i ünvanında JN-1079 A, KOD 10800038 nömrəli torpaq sahəsi iddiaçılar ünvan 1 sakini İddiaçı1 və onun həyat yoldaşı İddiaçı2 məxsusdur. Cavabdeh qeyd olunan torpaq sahəsini qanunsuz şəkildə zəbt etmiş, iddiaçıların həmin torpaq sahəsindən istifadə etməsinə maneə yaradır, bununla da iddiaçının qanunla qorunan mülkiyyət hüquqlarını pozur. Hazırda iddiaçılar mülkiyyətlərində olan “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1079 A, KOD 10800038 nömrəli şəhadətnamə üzrə ünvan 1ində yerləşən 0.19 ha həyətyanı torpaq sahəsinin Cavabdeh qanunsuz sahibliyindən və istifadəsindən məcburi qaydada alınaraq ona qaytarılması, cavabdehlər tərəfindən həmin torpaq sahəsindən istifadəyə törədilən maneələrə son qoyulması barədə qətnamə qəbul edilməsini tələb edir. İddiaya hüquqi qiymət verərək tətbiq edilməli olan aşağıdakı maddi hüquq normalarına istinad edən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçıların mülkiyyət hüququna Dövlət tərəfindən təminat verilməklə, qorunur. Həmin hüququn həyata keçirilməsinə, o cümlədən mülkiyyət hüququnun tərkib hissəsi olan sahiblik və istifadə hüququna maneə törədilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İ hissəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİ hissəsinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.2-152.4-cü maddələrinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azəbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 19 noyabr 2004-cü il tarixli qərarında göstərmişdir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstitusiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də, mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstərilmişdir. Göründüyü kimi, iddiaçılar özlərinə məxsus torpaq sahəsini qanuni şəkildə əldə etsələr də, sahiblik və istifadə hüquqlarının sərbəst şəkildə cavabdeh tərəfindən yaradılmış maneələrə görə həyata keçirə bilmirlər. Bununla da iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tərəflər arasında olan münasibətini nəzərə alaraq, eyni zamanda toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, ünvan 1ində yerləşən “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1079 A, KOD 10800038 nömrəli şəhadətnamə üzrə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılmalı, Cavabdeh həmin torpaq sahəsindən istifadəsinə son qoyularaq torpaq sahəsi İddiaçı1 və İddiaçı2 qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Həmçinin, məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddia tələbi üzrə ödənilmiş 10 (on) manat dövlət rüsumunun tutulması həm iddia ərizəsində göstərilmədiyindən, həm də məhkəmə iclası zamanı iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən cavabdehdən tələb edilmədiyindən həmin məbləğ iddiaçının özünə aid edilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 119, 216-220 və 222.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1ində yerləşən “Torpağın mülkiyyətə verilməsinə” dair JN-1079 A, KOD 10800038 nömrəli şəhadətnamə üzrə İddiaçı1 və İddiaçı2 mülkiyyətində olan 0.19 ha həyətyanı torpaq sahəsinin istifadəsinə Cavabdeh tərəfindən yaradılan maneələr aradan qaldırılsın. Cavabdeh həmin torpaq sahəsindən istifadəsinə son qoyularaq torpaq sahəsi İddiaçı1 və İddiaçı2 qaytarılsın. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan MR Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-136/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-136/2021
27.08.2021 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver