Məhkəmə qərarları › İş №2(111)-139/2022

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-139/2022

25.08.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-139/2022 25.08.2022 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, məhkəmə iclas katibi Mənsimova İnnamə Zəfər qızının katibliyi, iş üzrə ərizəçinin nümayəndəsi Nümayəndə və Maraqlı şəxs rəisi X5 iştirakı ilə Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək xx xxxx 1955-ci il tarixdə Ermənistan SSR-in Əzizbəyov rayonunun Gomur kəndində, atası -1936-cı il təvəllüdlü X6, anası - 1936-cı il təvəllüdlü X1 birgə nikahından doğulmağının qeyd edilmə faktının müəyyən olunmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1955-ci ildə Ermənistan SSRnin Əzizbəyov rayonunun Gomur kəndində doğulmuşdur. X3, anası isə X2r. 1988- ci ildə Ermənistan-Azərbaycan münaqişəsinə görə Ermənistandan köçüb gəlmişlər. Haliyədə Kəngərli rayon Çalxanqala kəndində yaşayırlar. Ermənistandan köçərkən bəzi sənədləri, o cümlədən doğum haqqında şəhadətnaməsini gətirə bilməmişdir. Şəxsiyyət vəsiqəsini də sovet pasportu ilə almışdır. İndiyə kimi də doğum haqında şəhadətnaməsi lazım olmamışdır. Hazırda dövlət orqanlarında hər hansı bir sənədləşmə (vərəsəlik, əmlak məsələləri) aparmaq üçün doğum haqqında şəhadətnamə tələb olunur. Doğum haqqında şəhadətnaməsi olmadığı üçün bəzi şeylərdən məhrum olur. Doğulmağı barədə qeydiyyat şöbəsinin arxivində də heç bir məlumat yoxdur. Doğum haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etsə də, doğumdan uzun müddət keçdiyinə görə və lazım olan sənədləri təqdim edə bilmədiyinə görə ona doğum haqqında şəhadətnamə verilməsindən imtina edilmiş və bu barədə ona müvafiq məktub verilmişdir. İş üzrə təyin olunmuş məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq Ərizəçi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmiş, nümayəndə ilə təmsil olunmuşdur. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı ilə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə dindirilən ərizəçinin nümayəndəsi Nümayəndə izahatında ərizəçinin onun əri olduğunu, haliyədə problemləri olduğundan Moskva şəhərində yaşayan oğlanlarının yanına getdiyini, ərinin doğum haqqında şəhadətnaməsinin Rusiyada oturum almaq üçün lazım olduğunu, ərizədə göstərilən dövlət orqanlarında hər hansı bir sənədləşmə ilə əlaqədar vərəsəlik və əmlak məsələlərindən xəbərinin olmadığını və həmin sənədlər barədə məhkəməyə heç bir sənəd təqdim edə bilməyəcəyini bildirərək ərizənin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş üzrə məhkəmədə dindirilən Maraqlı şəxs rəisi X8 qanuni qərar çıxarılmasını xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə baxılmamış saxlanılmalıdır. Belə ki, ərizəçi ərizəsində hazırda dövlət orqanlarında hər hansı bir sənədləşmə (vərəsəlik, əmlak məsələləri) aparmaq üçün doğum haqqında şəhadətnamə tələb olunduğunu, doğum haqqında şəhadətnaməsi olmadığından bəzi şeylərdən məhrum olduğunu göstərsə də, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmiş, iş üzrə 10 avqust 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında hakim tərəfindən işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən yuxarıda qeyd edilən həmin nöqsanları aradan qaldırmaq ərizəçiyə təklif edilmiş, lakin ərizəçi həmin nöqsanları aradan qaldırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2, 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 259.0.12-ci maddəsinə əsasən ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələlər haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3№-li Qərarının 1.6-cı bəndində məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310.1-ci maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. Belə olan halda ərizə baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə X7 branch ünvanından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 259.0.12, 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi doğum haqqında akt qeydinin bərpa olunması tələbinə dair ərizəsi baxılmamış saxlanılsın. Ərizəçi tərəfindən xx.xx.2022-ci il tarixdə, ********* nömrəli qəbzlə X7 branch ünvanından ödənilmiş 100 (yüz) manat dövlət rüsumu özünə qaytarılsın. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar