Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-151/2021 17.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi “şəxsin ölmüş elan edilməsi” tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək atası X1 ölmüş elan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iş üzrə ərizəçi məhkəməyə ərizə təqdim edərək ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iş üzrə ərizəçinin ərizəsi baxılmamış saxlanmalıdır. Çünki ərizəçi ərizəsinin qaytarılması barədə ərizə vermişdir. Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası MPM-in 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək, belə nəticəyə gəlir ki, ərizəçinin 21 may 2021-ci il tarixli 27339 nömrəli qəbz əsasında X5 Filialı vasitəsilə Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödədiyi 10 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-in 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının MPM-in 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi: Ərizəçi şəxsin ölmüş elan edilməsi tələbinə dair ərizəsi baxılmamış saxlanılaraq ərizə və əlavə olunmuş sənədlər ərizəçiyə geri qaytarılsın. Ərizəçi 21 may 2021-ci il tarixli 27339 nömrəli qəbz əsasında X5 Filialı vasitəsilə Naxçıvan MR Maliyyə Nazirliyinin hesabına ödədiyi 10 manat məbləğində dövlət rüsumu qaytarılsın. Qərardaddan o, rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-151/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-151/2021
17.08.2021 · Şəxsin ölmüş elan edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver