Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-157/2020 08.12.2020 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh pul tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Cavabdeh avtomobilin 2 aylıq icarə haqqı 700 manat, ona əlavə xərc çəkdiyi 350 manat və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi, cəmi 1080 manat tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ona məxsus olan Naz-Lifan markalı **-TA- *** qeydiyyat nişanlı avtomobili saz və istifadəyə yararlı vəziyyətdə xx xxxx 2019-cu il tarixdə Cavabdeh Nəqliyyat Nazirliyinin müqaviləsi əsasında ayda 350 manata icarəyə vermiş, lakin Hacı ona 2 aylıq ödənişi, yəni 700 manatı müxtəlif bəhanələrlə ödəməmiş və avtomobili nasaz vəziyyətdə gətirib vermişdir. Bundan da əlavə avtomobilin üzərinə 350 manat xərc qoymuşdur. İcarə haqqında AR Qanununun 7.5-ci maddəsinə əsasən icarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Göstərilənlər nəzərə alınaraq Cavabdeh avtomobilin 2 aylıq icarə haqqını, yəni 700 manat məbləğində vəsaitin, ona əlavə olaraq xərc çəkdiyi 350 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın, ümumilikdə 1080 manatın tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş edir. Məhkəmədə iddiaçı qismində izahat verən İddiaçı izahatında iddia ərizəsində göstərdiklərini təsdiq edərək Cavabdeh avtomobili saz və istifadəyə yararlı vəziyyətdə xx xxxx 2019-cu il tarixdə bir il müddətinə ayda 350 manata icarəyə verdiyini, müqavilə bitdiyində Hacının 2 aylıq ödənişi, yəni 700 manatı ödəmədiyini və avtomobili nasaz vəziyyətdə təhvil verdiyini, bundan sonra avtomobilin üzərinə 350 manat xərc qoyduğunu, Hacıya bu barədə bildirdikdə borcunu az-az verəcəyini bildirdiyini, lakin bu günə kimi vermədiyini, sonuncu dəfə də borcun ödənilməsini istədikdə borcu olmadığını bildirdiyini, ona görə də məcbur qalıb məhkəməyə müraciət etdiyini göstərərək Cavabdeh avtomobilin 2 aylıq icarə haqqını, yəni 700 manat məbləğində vəsaitin, avtomobilə əlavə olaraq xərc çəkdiyi 350 manatın və dövlət rüsumu olaraq ödədiyi 30 manatın, ümumilikdə 1080 manatın tutulub ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmədə cavabdeh qismində izahat verən Cavabdeh izahatında iddianı qəbul etmədiyini, 2019-cu ildə Pərvizlə müqavilə bağlayaraq onun taksisini bir illik icarəyə götürdüyünü, 2020-ci ilin iyul ayında müqavilənin müddətinin bitdiyini, avtomobili təhvil verdiyini, lakin 2 aylıq icarə haqqını vermədiyini və borcunun qaldığını, ondan əvvəl maşının mühərrikinin xarab olduğundan 2000 manat xərc çəkdiyini, ona görə də 2 aylıq icarə haqqını vermədiyini, maşını saz vəziyyətdə təhvil verdiyini, ondan sonra maşının üzərinə hər hansı xərc qoyulubsa, onunla əlaqədar olmadığını göstərərək iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş İddiaçı ilə Cavabdeh arasında bağlanmış və Naxçıvan Muxtar Respublikası Dövlət Nəqliyyat Xidmətinin “Nəqliyyatda əlaqələndirmə və sertifikatlaşdırma sektoru”nun müdiri Z.V.Əliyevin razılığı və möhürü ilə təsdiq olunmuş xx xxxx 2019-cu il tarixli, 07/20 nömrəli icarə müqaviləsinə əsasən “İcarəyə verən” öz mülkiyyətində olan “Naz Lifan” markalı ** TA *** dövlət nömrə nişanlı avtomobili “İcarəçi”nin istifadəsinə verməyi, “İcarəçi” isə razılaşma əsasında “İcarəyə verən”ə hər ay 350 manat icarə haqqı ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2020-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, İddiaçı tərəfindən “Kapital Bank” Kəngərli Rayon Filialının hesabına 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İş üzrə başqa sübutlar təqdim olunmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını iş üzrə təqdim olunmuş sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini tam, hərtərəfli və obyektiv araşdırıb onlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 700 (yeddi yüz) manat alınaraq İddiaçı oğluna ödənilməlidir. Belə ki, iddiaçının, cavabdehin izahatları və tədqiq olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh İddiaçı ilə icarə müqaviləsi bağlayaraq İddiaçı mülkiyyətində olan avtomobili ayda 350 manat icarə haqqı ödəmək şərti ilə icarəyə götürmüş, müqavilənin müddəti bitdikdən sonra avtomobili təhvil vermiş, lakin 2 aylıq icarə haqqını icarəyə verənə ödəməmişdir. Haliyədə cavabdehin iddiaçıya ödənilməmiş 2 aylıq icarə haqqı - 700 manat borcu vardır. Məhkəmə qeyd edir ki, iddia tələbi iki hissədən ibarətdir. Bunlardan birincisi, iddiaçı Cavabdeh icarə müqaviləsi üzrə ödənilməmiş 2 aylıq icarə haqqı - 700 manatın, ikincisi təhvil verildikdən sonra icarə predmeti olan avtomobilə çəkilmiş - 350 manat xərcin iddiaçının xeyrinə tutulmasını tələb edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 14.2.1-ci maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsinin əsasıdır; 21-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür; 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; 390.1-ci maddəsinə əsasən, fiziki və hüquq şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər; 390.5-ci maddəsinə əsasən, müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir; 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; 427.3-cü maddəsinin tələblərinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.2-ci maddəsinə əsasən İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər; 700.3-ci maddəsinə əsasən Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun: 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, İddiaçı müqavilə üzrə ödənilməmiş 2 aylıq icarə haqqı - 700 manat borcun ödənilməsi tələbi hissəsində iddiası əsaslıdır, iddiaçı iddiasının əsaslı edən müvafiq sübutlarını məhkəməyə təqdim etmiş, həmin sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə tam olaraq öz təsdiqini tapmışdır. Ona görə də iddia ərizəsi həmin hissədə təmin edilməli, Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilməlidir. Lakin iddiaçı iddia ərizəsinin 350 manat xərcin tutulması tələbi hissəsinə dair hər hansı sübutlarını məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən və məhkəmə araşdırması zamanı sübuta yetirilmədiyindən iddia ərizəsi qeyd edilən hissədə əsassız hesab olunmalı və rədd edilməlidir. Məhkəmə xərclərinin tərəflərə aid edilməsi məsələsini müzakirə edərək məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin olunduğuna görə iddia qaldırılarkən iş üzrə İddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun iddianın təmin olunmuş hissəsinə münasib olan 20 manatlıq hissəsi iş üzrə cavabdeh Cavabdeh alınaraq İddiaçı verilməlidir. Çünki Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh iş üzrə ödənilmiş dövlət rüsumunun əvəzi 20 (iyirmi) manat tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, o, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Zülfüqar Əhmədov.
Məhkəmə qərarları › İş №2(111)-157/2020
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-157/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - Digər icarə müqavilələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver