Məhkəmə qərarları › İş №2(111)-16/2025

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-16/2025

23.01.2025 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-16/2025 23.01.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməsi tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: İddiaçı1 və qeyriləri iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Kəngərli rayon Şahtaxtı kəndində yerləşən JN-209A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında evin tərkib hissəsindən İddiaçı1, İddiaçı4 Cəmaləddin oğlunun, İddiaçı2 Cəmaləddin qızının və İddiaçı3 yaşayış və istifadə hüququnun tanınması və İddiaçı1, İddiaçı4 Cəmaləddin oğlunun, İddiaçı2 Cəmaləddin qızının və İddiaçı3 Kəngərli rayon Şahtaxtı kəndində yerləşən evə məcburi köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Mülki iş məhkəmənin hazırlıq iclasında baxılması üçün 13 dekabr 2024-cü il, 07 yanvar 2025-ci il və 23 yanvar 2025-ci tarixlərə təyin olunmuş, tərəflərə məhkəmə hazırlıq iclasının yeri və vaxtı barədə məlumat verilmiş, tərəflər heç bir üzrlü səbəb olmadan məhkəmənin hazırlıq iclaslarına gəlməmiş və bu barədə məhkəməyə heç bir məlumat verməyərək onların iştirakı olmadan işə baxmağı xahiş etməmişlər. İş üzrə İddiaçı1 vəkili Vəkil 23 yanvar 2025-ci il tarixdə məhkəməyə elektron ərizə göndərərək İddiaçı1 müalicə olunması üçün Bakı şəhərində olduğundan iddianın baxılmamış saxlanılmasını istədiyini bildirmişdir. Mülki iş üzrə tərəflərin məhkəməyə gəlməməyi səbəbindən iş kifayət qədər hazırlanmış hesab edilməyərək məhkəmə baxışına təyin edilməsi mümkün olmamışdır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndində göstərilir ki, “məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər.” Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışında gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Məhkəmə yuxarıda qeyd edilənləri və iddiaçının məhkəmə hazırlıq iclasına gəlməməsini, eləcə də qaldırılan tələbin nədə ifadə olunmasını, hər bir cavabdehə qarşı yönələn tələbin müəyyən olunmadığını nəzərə alaraq hesab edir ki, mülki işin məhkəmə baxışına təyin edilməsi mümkün deyil və iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eyni zamanda məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.3-cü maddəsinə əsasən büdcədən dövlət rüsumunun qaytarılması məsələsini müzakirə edərək belə nəticəyə gəlir ki, İddiaçı1 22 oktyabr 2024-cü il tarixli ********** nömrəli qəbzlə ödədiyi 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən ərizə baxılmamış saxlanılarsa dövlət rüsumu qaytarılır. Tərəflərə izah olunmalıdır ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 260.1, 260.6, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı1 və qeyrilərinin cavabdehlər Cavabdeh4 və qeyrilərinə qarşı yaşayış və istifadə hüququnun tanınması və mənzilə məcburi köçürülməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı1 22 oktyabr 2024-cü il tarixli ********** nömrəli qəbzlə ödədiyi 100 manat məbləğində dövlət rüsumu özünə qaytarılsın. Tərəflərə izah olunsun ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzrlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsasla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Qərardaddan o, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim: Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar