Azərbaycan Respublikası adından QƏRARDAD Qıvraq qəsəbəsi İş № 2(111)-161/2021 20.08.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Mən, Kəngərli Rayon Məhkəməsinin hakimi Əhmədov Zülfüqar Əziz oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdim: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 1980-1989-cu illərdə Ermənistan Respublikasının Ararat rayonunda işlədiyi 9 il stajının hüquqi əhəmiyyəti olan faktın müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi 20 avqust 2021-ci il tarixdə məhkəməyə ərizə təqdim edib ərizəsinə baxılmasını istəmədiyini qeyd edərək, ərizəsinin icraata qəbul olunmadan geri qaytarılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə nəticəyə gəlirəm ki, ərizəçinin ərizənin geri qaytarılması barədə vəsatəti nəzərə alınmalı, ərizə və əlavə olunmuş sənədlər icraata götürmədən geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152.1.9-cu maddəsinə əsasən iddia ərizəsini icraata götürmək haqqında qərardad çıxarılana qədər iddiaçıdan iddia ərizəsinin qaytarılmasına dair ərizə daxil olduqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.3-cü maddələrinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa ödənilmiş dövlət rüsumu qaytarılır. Ərizə qaytarıldığına görə Ərizəçi tərəfindən 29 iyul 2021-ci il tarixli, 1924 nömrəli qəbzlə ödənilmiş 10 manat dövlət rüsumu da qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 152.1.9, 263, 264, 267 və 268ci maddələrini rəhbər tutaraq qərar verdim: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən olunması tələbi barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi tərəfindən 29 iyul 2021-ci il tarixli, 1924 nömrəli qəbzlə ödənilmiş 10 (on) manat dövlət rüsumu geri qaytarılsın. Qərardaddan o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Kəngərli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Zülfüqar Əhmədov
Məhkəmə qərarları › İş №2(111)-161/2021
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qərardad — İş №2(111)-161/2021
20.08.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver