Məhkəmə qərarları › İş №2(111)-163/2021

Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-163/2021

20.10.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-163/2021 20.10.2021 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Zülfüqar Əziz oğlunun sədrliyi, X5 məhkəmə iclas katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Kəngərli Rayon Notariat Ofisini maraqlı şəxs qismində cəlb etməklə şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması tələbinə dair mülki işə Kəngərli Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək 26.07.2010-cu ildə vəfat etmiş X4 onun anası olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi məhkəməyə təqdim etdiyi ərizəsini onunla əsaslandırmışdır ki, 1939-cu ildə Şərur rayon Qıvraq kəndində anadan olmuş və haliyədə həmin kənddə yaşayır. X1, anası isə X6 olmuşdur. Atası 1939-cu ildə evdən çıxmış və bir daha geri qayıtmamışdır. Anası 2010-cu ildə vəfat etmişdir. Anası ilə atasının rəsmi nikahları olmamışdır. Özünün şəxsiyyət vəsiqəsi var, amma doğum haqqında şəhadətnaməsi yoxdur. X4 onun anası olması barədə qeydiyyat şöbəsinin arxivində də heç bir məlumat yoxdur. Hazırda anasından Qıvraq qəsəbəsində fərdi yaşayış evi və torpaq sahəsi ona qalmışdır. O anasından qalan mirası öz adına keçirmək istəyir. Anasının ölümündən sonra onun vərəsəsi kimi ondan miras qalmış evdə və torpaq sahəsində yaşayır. Faktiki olaraq mirası qəbul edərək idarə edir. Özündən başqa anasının heç bir vərəsəsi yoxdur. Miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Dövlət Notariat Kontoruna müraciət etmişdir. Doğum haqqında şəhadətnaməsi, X4 onun anası olması, yəni anası ilə qohumluq əlaqəsini təsdiq edən sənəd olmadığından ona vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün olmamışdır. X4 onun anası olması faktını şahidlər də təsdiq edə bilərlər. 26.07.2010-cu ildə vəfat etmiş X4 onun anası olması faktının müəyyən edilməsini məhkəmədən xahiş edir. Məhkəmədə izahat verən ərizəçi ərizəyə uyğun izahat verərək, ərizəsinin təmin olunaraq mərhum anası -26.07.2010-cu ildə vəfat etmiş X4 onun anası olması faktının müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmədə mülki iş üzrə maraqlı şəxs qismində cəlb olunmuş Maraqlı şəxs lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndə tərəfindən təmsil olunmamış və bu barədə məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X7 ifadəsində Ərizəçi onun dayısı oğlu olduğunu, onu çox yaxından tanıdığını, bir qonşuluqda yaşadıqlarını, Əgahın anası Zörabanının onun dayısının yoldaşı olduğunu, Zörabanının o vaxtlar iki uşağının olduğunu bildiyini, birinin Əgah və deyilənə görə digərinin qız olduğunu, qızının rəhmətə getdiyini və onu görmədiyini və tanımadığını, Məşədiheydər dayısını da görmədiyini, çünki o vaxtlar müharibəyə gedib və qayıtmadığını, dayısının yoldaşı Zörabanının rəhmətə getdiyini, Zörabanıın həmişə Cəfərov Agahla bir evdə yaşadıqlarını, Zörabanının Ərizəçi anası olduğunu təsdiq etdiyini göstərdi. Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində Ərizəçiı tanıdığını, həmkəndli olduqlarını, Ərizəçi atasını da gördüyünü, o vaxtlar mağazada işlədiyini, sonra Əgahın atasının müharibəyə getdiyini və qayıtmadığını, Əgahın anası Zörabanını çox yaxından tanıdığını, çünki onunla kolxozda birgə işlədiklərini, kolxozda o vaxtlar suçu işlədiyini, hətta Zörabanı ilə Qıvraqda hərbi hissədə birgə işlədiklərini, hərbi hissədə paltar yuduğunu, Zörabanının onun fəhləsi olduğunu, Ərizəçi Zörabanının öz oğlu olduğunu bildiyini, Zörabanının 10 il bundan qabaq rəhmətə getdiyini, Əgahın anası rəhmətə gedənə qədər onunla birgə yaşadığını, Zörabanı rəhmətə getdikdən sonra da həmin evdə yaşadığını, onların başqa uşaqlarının olmasını bilmədiyini və bu barədə məlumatının olmadığını göstərdi. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən Ərizəçi xx.xx.1939-cu ildə Şərur rayon Qıvraq kəndində doğulmuş, hazırda Kəngərli rayon Qıvraq qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan AZ-İ 375038 nömrəli ölüm haqqında şəhadətnamənin surətinə əsasən X6 26 iyul 2010-cu ildə ölmüşdür. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat şöbəsinin 23 avqust 2021-ci il tarixli 367 nömrəli arayışına əsasən 1915-ci il təvəllüdlü X4 nikah akt qeydi tapılmamışdır. İş materiallarında olan Kəngərli Rayon Qeydiyyat şöbəsinin 19 may 2021-ci il tarixli 307 nömrəli arayışına əsasən Ərizəçi doğum akt qeydi tapılmamışdır. İş materiallarında olan Kəngərli Rayon Dövlət arxivinin 20 avqust 2021-ci il tarixli 63 nömrəli arayışına əsasən mərhum X4 1. Ərizəçi M.Heydər oğlu - oğlu, 2. Cəfərova Nənəxanım M.Heydər qızı - qızı tərkibdə ailə üzvləri olmuşdur. İş materiallarında olan Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin MH seriyalı, ******* nömrəli çıxarışına əsasən X4 adına Kəngərli rayon Qıvraq qəsəbəsində fərdi yaşayış evi qeydiyyata alınmışdır. İş materiallarında olan Maraqlı şəxs 26 avqust 2021-ci il tarixli 85 nömrəli Ərizəçi ünvanlanmış məktubuna əsasən X6 ilə qohumluq münasibətləri müəyyən edilmədiyindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Məhkəmə iş materiallarını hərtərəfli, tam və obyektiv araşdıraraq, ərizəçinin izahatını və şahid ifadələrini dinləyərək belə nəticəyə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, işin araşdırılan halları ilə müəyyən olunur ki, 26.07.2010-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmiş X6 Ərizəçi anasıdır və Ərizəçi onun birinci növbə vərəsəsidir. Qeyd edilən hallar işdə olan materiallarla və şahid ifadələri də təsdiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə görə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ-ci bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. 1159.1.1-ci maddəsinə əsasən birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər). 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarın: - 2.1-ci bəndində göstərilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qohumluq münasibətində olma faktının müəyyən edilməsi mirasdan pay almaq məqsədi daşıdıqda Mülki Məcəllənin vərəsələrin dairəsini müəyyən edən normaları, pensiya təminatı və sosial müavinət almaq məqsədi daşıdıqda, pensiya və sosial müavinət haqqında qanunvericilik rəhbər tutulmalıdır. - 2.3-cü bəndində göstərilmişdir ki, qohumluq münasibətlərində olma faktının müəyyən edilməsi haqqında işlərə dair məhkəmənin qətnaməsində ərizəçinin müvafiq şəxslə qohumluğunun dərəcəsi göstərilməlidir. Əgər ikinci və sonrakı növbə vərəsələrlə qohumluq münasibətlərinin müəyyən edilməsi xahiş olunursa, onda qətnamədə əvvəlki növbə vərəsələrin olmaması da öz əksini tapmalıdır. Beləliklə yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə belə nəticəyə gəlir ki, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır. Ərizəçi miras qalmış evə və torpaq sahəsinə vərəsəlik hüququ haqqında şəhadətnamə almaq üçün Dövlət Notariat Ofisinə müraciət etsə də, onun X6 ilə qohumluq münasibətləri müəyyən edilmədiyindən vərəsəlik şəhadətnaməsi verilməsindən imtina edilmişdir. Haliyədə ərizəçinin doğum haqqında şəhadətnaməsi olmadığından və atası ilə anasının nikahda olma qeydi dövlət orqanlarında tapılmadığından X3 qalmış mirası öz adına sənədləşdirə bilmir. Həmçinin məhkəmə qeyd edir ki, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz. Ona görə də ərizə təmin edilməli, 26.07.2010-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmiş X4 Kəngərli rayon Qıvraq qəsəbə sakini xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi anası olması faktı müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 311, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 26.07.2010-cu il tarixdə Kəngərli rayon Qıvraq qəsəbəsində vəfat etmiş X4 Kəngərli rayon Qıvraq qəsəbə sakini xx.xx.1939-cu il təvəllüdlü Ərizəçi anası olması faktı müəyyən edilsin. Qətnamədən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Kəngərli Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən Zülfüqar Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar