Azərbaycan Respublikası adından QƏTNAMƏ Qıvraq qəsəbəsi İş № 2(111)-21/2025 20.11.2025 NAXÇIVAN MR KƏNGƏRLİ RAYON MƏHKƏMƏSİ X6 Sadət oğlunun sədrliyi, X4 məhkəmə iclas katibliyi, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2, cavabdeh və Cavabdeh3 nümayəndəsi Nümayəndə3 iştirakları ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh3 və qeyrilərinə qarşı “Fərdi yaşayış evindən çıxarılma və istifadə hüququnun itirilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər - Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 Naxçıvan MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2 , 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılmaları, cavabdehlər - Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2 , 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüquqlarının itirilmiş hesab edilərək xitam verilməsi və mediasiya xərci olaraq ödənilmiş 50 manatın, dövlət rüsumu olaraq ödənilmiş 50 manatın tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 cavabdehə 2011-ci ildə 24 ay müddətinə 30000 kredit verildiyini, kreditin vaxtında qaytarılmadığını, bununla əlaqədar İddiaçı ASC tərəfindən məhkəməyə müraciət edildiyini, 09 aprel 2015-ci ildə Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsində kredit borcunun qarşı tərəfdən alınması ilə bağlı iddianın təmin olunduğunu, kreditin 6%-lə verildiyini, həmin kreditin az hissəsinin ödənildiyini, sonra bu işlə əlaqədar Apellyasiya Məhkəməsində və Kommersiya Məhkəməsində işə baxıldığını, sonradan əmlakın boşaldılması iılə bağlı Kommersiya Məhkəməsinə müraciət edildiyini, həmin məkkəmədə xx.xx.2024-cü il tarixdə iddianın təmin edildiyini, İnzibati Məhkəmənin qətnaməsinin icrası ilə əlaqədar əmlak hərraca çıxarıldığını, lakin əmlakı heç kimin almadığını, bankın pulu ödəməklə aldığını, cavabdeh tərəfin evi almaq üçün onun dəyərini ödəməli olduğunu bildirərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə iclasında iştirak edən cavabdeh və Cavabdeh3 nümayəndəsi Mirzəyev X1 mərkəzində özəlləşdirmə yolu ildə aldığı bina söküldükdən sonra ailəsini saxlamaq üçün bir işlə məşğul olmaq istədiyini, İqtisadi İnkişaf Nazirliyinə müraciət etdiyini, onlara biznes planını təqdim etdiyini, ona 30000 manat pul verildiyini, İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə2 ev üçün ilkin olaraq 5000-6000 manat, sonra qrafiklə ödəmək istədiyini təklif etdiyini, lakin bank tərəfindən borcun tam şəkildə qaytarılmasının tələb edildiyini, imkanı olmadığından borcunu tam şəkildə ödəyə bilmədiyini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 məhkəmə iclasına gəlməmişlər və gəlməməsinin səbəbləri barədə də məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə cavabdehlərin məhkəməyə gəlməməsinin səbəblərini üzrsüz hesab edərək və məhkəmə baxışı iclasını onların iştirakı olmadan keçirib müvafiq qərar qəbul etməsi barədə iddiaçının xahişini nəzərə alaraq, hazırkı işdə toplanmış sənədlərə əsasən məhkəmə iclasına gəlməyən cavabdehlərin iştirakı olmadan mülki işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Mülki işin icraatı zamanı cavabdehlər tərəfindən iddia üzrə rəy və etirazlar daxil olmamışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki: Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”ın surətindən görünür ki, Naxçıvan MR, Kəngərli rayon, Qarabağlar kəndində 0,0270 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256,60 kv.m olan fərdi yaşayış evi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına daşınmaz əmlakın dövlət reyestrində ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə qeydiyyat alınmışdır; Banklar tərəfindən verilmiş kreditlərin təminatı olaraq fiziki və hüquqi şəxslər tərəfindən girov (ipoteka) qoyulmuş əmlakın açıq hərracda satışı üzrə hərrac komissiyasının hərrac yekunları barədə 26 may 2023-cü tarixli Protokolun surətindən və satıcı - Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzi ilə alıcı - İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 arasında bağlanmış 26 may 2023-cü il tarixli “hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə” müqavilənin surətindən görünür ki, "xxxx" ASC Kəngərli Rayon İcra və Probasiya Bölməsinin 25 yanvar 2019-cu il tarixli, 75 saylı sifariş məktubuna əsasən Naxçıvan Muxtar Respublikası Auksion Mərkəzində keçirilmiş hərracı udmuş, Kəngərli rayon Qarabağlar kəndində ümumi sahəsi 256.6 kvadratmetr, 221.8 kvm yaşayış, 34.8 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evini 17850 manata, Kəngərli rayon Qarabağlar kəndində 0,2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kvm yaşayış, 211.61 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evini isə 10837.50 manata əldə etmişdir. Naxçıvan Muxtar Respublikası İnzibati-İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-2(087)-11/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh Nümayəndə3 34676.67 manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca illik 6% dərəcəsi ilə hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu tutularaq "Kapital Bank” ASC Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcu ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ Nümayəndə3 məxsus olan Naxçıvan MR Kəngərli rayon, Qarabağlar kəndində 256.6 kvadratmetr, 221.8 kvm yaşayış, 34.8 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə, mülkiyyət hüququ Cavabdeh3 məxsus olan Naxçıvan MR Kəngərli rayon, Qarabağlar kəndində mülkiyyətində olan Kəngərli rayon Qarabağlar kəndində 0,2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kvm yaşayış, 211.61 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmişdir; Kəngərli rayon İcra Hakimiyyəti Qarabağlar kənd İƏDÜN tərəfindən verilmiş 21 noyabr 2023-cü il tarixli, 1223/23 nömrəli arayışdan görünür ki, Kəngərli rayon Qarabağlar kəndində yerləşən 0.0270 ha torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 256.60 kvm olan fərdi yaşayış evində "Kapital Bank” ASC-yə məxsus olan fərdi yaşayış evində Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeydiyyatdadırlar. 30 nömrəli ödəniş tapşırığından görünür ki, "Kapital Bank” ASC tərəfindən X2 50 manat ödənilmişdir. ********** nömrəli ödəniş qəbzindən görünür ki, "Kapital Bank” ASC tərəfindən iddia qaldırılarkən 50 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə ilk növbədə iddia tələbinə mülki və mülki prosessual qanunvericiliyin tələblərinə uyğun hüquqi qiymət verilməsini zəruri hesab edir. Mülki işin araşdırılmış hallarından görünür ki, Naxçıvan Muxtar Respublikası İnzibati- İqtisadi Məhkəməsinin 09 aprel 2015-ci il tarixli, 2-2(087)-11/2015 saylı qətnaməsindən görünür ki, iddia təmin edilərək, cavabdeh Nümayəndə3 34676.67 manat məbləğində kredit borcu, bu borcun tam ödənildiyi günədək əsas borca illik 6% dərəcəsi ilə hesablanacaq faizlər və 30.0 (otuz) manat dövlət rüsumu tutularaq "Kapital Bank” ASC Kəngərli rayon filialının xeyrinə ödənilməsi, kredit borcu ödənilmədiyi təqdirdə, kredit borcu ipoteka ilə yüklü edilmiş, mülkiyyət hüququ Nümayəndə3 məxsus olan Naxçıvan MR Kəngərli rayon, Qarabağlar kəndində 256.6 kvadratmetr, 221.8 kvm yaşayış, 34.8 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə, mülkiyyət hüququ Cavabdeh3 məxsus olan Naxçıvan MR Kəngərli rayon, Qarabağlar kəndində mülkiyyətində olan Kəngərli rayon Qarabağlar kəndində 0,2373 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, 50.31 kvm yaşayış, 211.61 kvm köməkçi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi və həmin əmlakların açıq hərracda satılaraq kredit borcunun ödənilməsi qət edilmişdir. Əmlaka dair İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyət hüquqları ********** nömrə ilə xx.xx.2023-cü il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış və bankın adına çıxarış alınmışdır. Cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 qeyd edilən fərdi yaşayış evində yaşayırlar. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, əmlakın İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh şəxslər fərdi yaşayış evindən çıxmamış və haliyədə də orada yaşayırlar. Bu hal da mülkiyyətçinin fərdi yaşayış evinə dair hüquqlarını həyata keçirilməsinə mane olur, iddiaçının mülkiyyət hüquqlarını kobud şəkildə pozur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyasının 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 nömrəli protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüquq subyektin mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərənsam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən - mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 26 sentyabr 2007-ci il qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşsa və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşlərsə, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi cəhətdən təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, iddia təmin edilməli, cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mirzəyev X5 MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2 , 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılmalı, mənzil boşaldılmalı və iddiaçıya təhvil verilməli, cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilməlidir. İddia təmin olunduğuna görə iş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər - Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Mirzəyev X5 MR Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin xx.xx.2023-cü il tarixli, **********61-10301 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən iddiaçıya məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2, 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evindən çıxarılsın. Cavabdehlər Nümayəndə3, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh5 İddiaçı ASC-yə məxsus Kəngərli rayonu, Qarabağlar kəndində 0.2516 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 256.6 m2 , 221.8 m2 yaşayış, 34.8 m2 köməkçi sahədən ibarət olan fərdi yaşayış evinə olan istifadə hüquqlarına xitam verilsin. İş üzrə ödənilmiş 50 manat dövlət rüsumu və 50 manat mediasiya xərci cavabdehlərdən müştərək qaydada alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Kəngərli Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham İbrahimov
Məhkəmə qərarları › İş №2(111)-21/2025
Naxçıvan MR Kəngərli Rayon Məhkəməsi Qətnamə — İş №2(111)-21/2025
20.11.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver